Məhkəmə qərarları › İş №2(049)-2274/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2274/2023

16.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2274/2023 16.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X2, iddiaçı: İddiaçı, cavabdeh: Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDK və RPH şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən onun Lənkəran rayon, Şilavar kəndində mülkiyyətində olan 0.00435-ha torpaq sahəsinə həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə baxış keçirilməsi fərdi yaşayış evinin onun iştirakı ilə yerində müayinə etməyinə Cavabdeh tərəfindən törədilən maneələrin və qanunsuz hərəkətlərə son qoyulması cavabdeh tərəfindən həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində inşa edilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, iddiaçı daşınmaz əmlakın alqı satqı müqaviləsi əsasən 4Ə-1655,xx.xx.2018 10 saylı ərazi idarəsi tərəfindən mülkiyyətinə verilərək 0.00435-ha torpaq sahəsinə dair çıxarış vərəqəsi də almışdır. Mülkiyyətində olan 0.00435ha torpaq sahəsində fərdi yaşayış evin inşa olunmasına dair Lənkəran Rayon İcra hakimiyyətinin Memarlıq və tikinti şöbəsində icazə almış. Mülkiyyətində olan torpaq sahəsinin fərdi yaşayış evin inşa olunmasına dair Lənkəran Rayon İcra özünə bir mərtəbəli do otaqh ilərdi yaşayış- evi inşa edilmişdir. Hazırda isə ona ayrılmış torpaq sahəsinə həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair öz adıma çıxanş almaq istəyir. Bununla əlaqədar o özündə olan sənədləri toplayıb, ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və RPH şəxsin 10 saylı Lənkəran Ərazi İdarəsinin müraciət etmiş, Həmin idarənin mütəxəssisləri tərəfindən xx.xx.2023-ci il onun inşa etdiyi fərdi raşayış evinə baxış keçirmək və sözü gedən daşınmaz əmlakın həmin tarixdə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib etmək istədilər, lakin cavabdeh maneə yaratdığından mümkün olmadı cavabdehin qanunsuz hərəkətləri nəticəsində evini dövlət qeydiyyatına alınması mümkün olmamış, cavabdeh iddiaçının mülkiyyətində olan 0,00435-ha sahəsinin üzərində inşa etdiyi bir mərtəbəli iki otaqlı fərdi yaşayış evinə ümumi istifadəsi üçün buraxılmış gediş-gəliş yolunu dəmir torlardan hazırlanmış darvaza ilə bağlamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianın təmin edilməsini xahiş etdi. Məhhəmə iclasında iştirak edən Cavabdeh məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin verdiyi xx.xx.2020-ci il tarixli ********* saylı çıxarışından görünür ki, 0.00435 ha torpaq sahəsi İddiaçı adına rəsmiləşdirilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərzai idarəsinin 15 may 2023-cü il tarixli imtina bildirişindən görünür ki, faktiki yerində müayinənin keçirilməsi məqsədilə aydiyyatı mütəxəssisin ayrılmasına baxmayaraq tərəflər arasında mübahisə olduğundan ölçü işləri aparmaq mümkün olmamaışdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, 3-21-3-43/2-2273/2023 saylı mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə sənəd üzrə gediş-gəliş yolunun olmaması müəyyən olunmuşdur. Belə ki, sözügedən Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma "Sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi çevrədə mövcud daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş- gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 36 metr olması müəyyən edilmişdir. Bunun 26 metr məsafədə olan başlanğıc hissəsi (Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə qədər olan hissəsi) mövcud baza məlumatlarına əsasə və naturadakı vəziyyətə uyğun araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının istifadəsi üçün açıq alması müəyyən olunmuşdur. Qalan son 10 metr hissəsi yəni əsas mübahisə predmeti olan (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) hissəsinin isə mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu kimi olmaması müəyyən edilmişdir. Belə ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən həmin mübahisəli (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) torpaq sahəsinin bir hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlaKın Döviət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (Cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutlmaması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli, 10/6405 nömrəli məhkəmə tiktinti-texniki ekspertizası rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinin sərhədləri və döngə nöqtələri müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyətinin üst-üstə düşməsi müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış və **********98 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” ilə İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə sənəd üzrə gedişgəliş yolunun olmaması müəyyən olunmuşdur. Belə ki, sözügedən Çıxarışın verilməsinə əsas olmuş ilkin torpaqayırma "Sənədlərinə və mövcud baza məlumatlarına əsasən araşdırma zamanı həmin 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolunun nəzərdə tutulmaması müəyyən olunmuşdur. Mövcud baza məlumatlarına əsasən və naturadakı vəziyyətə uyğun araşdırma zamanı sözügedən torpaq sahəsinin yerləşdiyi çevrədə mövcud daşınmaz əmlak obyektlərinə gediş-gəliş yolunun mübahisə predmeti olan ərazidən deyil, Lənkəran-Lerik yerli əhəmiyyətli avtomobil yolu istiqamətində olması müəyyən olunmuşdur. İddiaçı tərəfindən mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş- gəliş yolu kimi iddia edilən torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Araşdırma zamanı iddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən torpaq sahəsinin başlanğıc hissəsindən son hissəsinə qədər uzunluğunun orta hesabla 36 metr olması müəyyən edilmişdir. Bunun 26 metr məsafədə olan başlanğıc hissəsi (Cavabdeh mülkiyyətində və istifadəsində olan torpaq sahəsinə qədər olan hissəsi) mövcud baza məlumatlarına əsasə və naturadakı vəziyyətə uyğun araşdırma zamanı bələdiyyə mülkiyyətinə aid gediş-gəliş yolu olması və hamının istifadəsi üçün açıq alması müəyyən olunmuşdur. Qalan son 10 metr hissəsi yəni əsas mübahisə predmeti olan (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) hissəsinin isə mövcud baza məlumatlarına əsasən gediş-gəliş yolu kimi olmaması müəyyən edilmişdir. Belə ki, İddiaçı tərəfindən gediş-gəliş yolu kimi iddia edilən həmin mübahisəli (iddiaçının mülkiyyətində olan torpaq sahəsinin giriş hissəsi) torpaq sahəsinin bir hissəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlaKın Döviət reyestrindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla Cavabdeh xüsusi mülkiyyətində olan torpaq sahəsinə, digər bir hissəsinin isə Cavabdeh istifadəsində olan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə aid olması müəyyən edilmişdir. İddiaçı mülkiyyətində olan 0,00435 ha torpaq sahəsinə gediş-gəliş yolu kimi iddia etdiyi torpaq sahəsinin əsas mübahisə predmeti olan hissəsinin (Cavabdeh tərəfindən tutulması iddia edilən hissəsinin) mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutlmaması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran rayonun Şiləvər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi arayışdan görünür ki, Səfərov X1 yaşayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsində göstərilənlərə hüquqi qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur.Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları tqədim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının tələbinin əsasını təşkil edən hallar üzrə məhkəməyə təqdim edilmiş, habalə məhkəmə hazırlıq iclası zamanı əldə edilmiş sübutlarla iddiaçının iddiası rədd edilməlidir. Belə ki, yuxarıda şərh olunan 04 sentyabr 2023-cü il tarixli, 10/6405 nömrəli məhkəmə tiktinti-texniki ekspertizası rəyi ilə konkret olaraq müəyyən edilmişdir ki, mübahisə predmeti ərazidı mövcud baza məlumatlarında gediş-gəliş yolu kimi nəzərdə tutlmaması müəyyən edilmişdir. Göstərilən hal, məhkəmə ekspertiza rəyi ilə yanaşı, tərəflərin iştirakı ilə keçirilmiş yerində müayinə ilə də tam təsdiq edilmişdir. Göstərilənlərə əsasən, mübahisə predmeti olan ərazidə yolun nəzərdə tutulmasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının Lənkəran rayon, Şilavar kəndində mülkiyyətində olan 0.00435-ha torpaq sahəsinə həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evinə baxış keçirilməsi, habelə həmin torpaq sahəsinə və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gedən ümumi istifadədə olan gediş-gəliş yolunun üzərində inşa edilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi barədə iddia tam rədd edilməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair idiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar