Məhkəmə qərarları › İş №2(049)-2275/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2275/2024

21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2275/2024 21.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X10, iddiaçının nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1, cavabdehin nümayəndəsi və vəkili: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması və sabit pul məbləğində aliment» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında Lənkəran Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək Lənkəran rayon məhkəməsinin 13 dekabr 2019-cu il tarixli 2(049)-2512/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan qazancın və başqa gəlirlərinin 1/3 hissəsi həddində aliment dəyişdirilərək ondan, yəni Cavabdeh əvvəlki 3 illik dövr hesablanmaqla xx.xx.2015-ci il tarixdə anadan olmuş X1 və xx.xx.2017ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 235 manat olmaqla cəmi iki uşaq üçün hər ay cəmi 470 manat sabit pul məbləğində alimentin və xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 235 manat sabit pul məbləğində alimentin və mediasiya təşkilatının hesabına ödədiyim 60 manat məbləğində pulun tutulub iddiaçının xeyrimə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.1995-ci il tarixdə Lənkəran şəhərində doğulmuşdur. İş üzrə Cavabdeh ilə faktiki nikaha daxil olaraq evlənmişlər. Nikahı isə 27 may 2015-ci il tarixdə Lənkəran rayon qeydiyyat şöbəsində 05 sayla qeydə aldırmışdır. Birgə nikahdan xx.xx.2015-ci il tarixdə Mədinə və xx.xx.2017-ci il tarixdə isə Mələy adlı iki uşağı doğulmuşdur. İddiaçı cavabdehlə uzun müddətdir ki, bir yerdə yaşamır, lakin buna baxmayaraq aralarında olan ər-arvad münasibətləri bu yaxın zamanlara kimi davam etmişdir. Belə ki, onların aralarında olan münasibətlər tamam pozulduqdan sonra iddiaçı aralarında olan nikah qeydinin pozulması ilə bağlı məhkəməyə müraciət etmək istəmiş və ona məlum olmuşdur ki, aralarında olan nikah qeydi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(049)-2512/2019 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan anadan olmuş uşaqların iddiaçının yanımda qalması müəyyən edilmişdir. Nikah pozularkən eyni zamanda uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçının ödənilməsi qət edilmişdir. İddiaçının bütün bunlardan heç bir xəbəri olmamışdır. Əgər iddiaçının bütün bunlardan xəbəri olsaydı iddiaçı, Cavabdeh Asil oğlu ilə birgə xx.xx.2020-ci il tarixdə Asif adlı uşağı doğulmazdı. Həmin uşağın adını da cavabdeh öz atasının adını qoymuşdur. Daha sonra iddiaçıya məlum olmuşdur ki, Lənkəran Rayon İcra və Probasiya Şöbəsində guya iddiaçı ərizə vermiş və alimentdən imtina etmişdir. Bildirir ki, iddiaçı tərəfindən hər hansı bu formada ərizə yazılmamışdır. Yuxarıda qeyd etdiyi kimi o, cavabdehlə uzun müddətdir ki, ayrılmış və cavabdeh heç vaxt uşaqların saxlanılmasında iddiaçıya maddi cəhətdən yardım etməmişdir. İddiaçını və uşaqlarını həmişə atası saxlamışdır və maddi cəhətdən də o, kömək etmişdir. Hazırda isə iddiaçının, cavabdehlə bütün münasibətləri kəsilmişdir. Cavabdeh ona qarşı belə bir hərəkətə yol verməsi əlbəttə k, iddiaçıya təsir edir. Yuxarıda qeyd etdiyi kimi Cavabdeh iddiaçının xəbəri olmadan onu boşamış və məhkəmə sənədlərini də iddiaçıdan gizlətmişdir. Hesab edir ki, onun bu hərəkətləri qanunvericiliyin tələbinə əsasən cəzalandırılmalıdır. Cavabdeh ayrıldığı vaxtdan bəri bir valideyn kimi uşaqları ilə maraqlanmamış və uşaqların saxlanması üçün iddiaçıya heç bir maddi köməklik göstərməmişdir. Baxmayaraq ki, Cavabdeh həm bankda işləyir və eyni zamanda fərdi əməklə məşğul olaraq yaxşı gəlir əldə edir.İddiaçı özü tək uşağı saxlamaqda çətinlik çəkir. Odur ki, iddiaçı ilkin olaraq cavabdehdən aliment tələbi ilə bağlı qanunvericiliyin tələbinə əsasən mediasiyaya müraciət etmişdir. Cavabdeh ora gəlmədiyi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 bildirdi ki, tərəflər yaxın müddətə qədər bir ailə kimi yaşamışlar və bu halı məhkəməyə təqdim etdiyi sənədlər və fotoşəkillər tam təsdiq edir. Hesab edir ki, qanunvericiliyə əsasən təyin edilmiş alimentin dəyişdirilməsinə heç bir əsas yoxdur. Buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2019-ci il tarixli, 2(049)-2512/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 05 saylı nikah qeydi pozulması, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-cı il tarixdə doğulmuş X2 anası İddiaçı yanında saxlanılmaqla xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanmasından ötrü atası Cavabdeh hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X8 xx.xx.2020-ci il tarixdə Lənkəran rayon, Girdəni kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X7 xx.xx.2017-ci il tarixdə Lənkəran rayon, Girdəni kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli Lənkəran Rayon Qeydiyyat Şöbəsinin arayışından görünür ki, X5 xx.xx.2015-ci il tarixdə Lənkəran rayon, Girdəni kəndində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli MŞL/MT014/2023-03028 saylı mediasiya arayışından görünür ki, iddiaçı cavabdehə qarşı “uşağın ananın yanında saxlanılması, aliment və alimentin artırılması” tələbi ilə ilkin mediasiya sessiyasında iştirak etmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı tərəfindən mediasiya xərci kimi 60 manat ödənilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2017-ci il tarixli Lənkran rayon, Moloja kənd Q.Hüseynov adına tam orta məktəbin direktoru Z.Ə.Ağayev tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X7 xx.xx.2023-cü il tarixdə Lənkəran rayon Moloja Q.Hüseynov adında tam orta məktəbin İ sinfinə qəbul edilmiş, xx.xx.2023-cü il tarixdə, Şagirdlərin yerləşdirilməsi vasitəsi ilə Lənkəran şəhər 10 saylı tam orta məktəbə yerdəyişmə etdiyindən adı Lənkəran rayon Moloja kənd Q.Hüseynov adında tam orta məktəbin şagird kontigenti sıralarndan çıxarılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli Lənkəran rayon Osaküçə tam orta məktəbin direktoru Arzu Mirzəyeva tərəfindən verilmiş arayışdan görünür ki, X5 2020-2021-ci il tarixdən İ.Hüseynov adına Osaküçə kənd tam orta məktəbinin hazırlıq sinfində, 2021-2022-ci il İ sinifdə 2023-2024-cü ilin dekabr ayına kimi məktəbin İİİ sinfində oxumuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli Lənkəran ŞİHB-nın Osaküçə kənd İƏD nümayəndiliyi tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçıyla cavabdeh xx.xx.20215-ci il tarixdə nikaha daxil olaraq Lənkəran rayon Moloja kəndidnə yaşamışlar, xx.xx.2019-cu il tarixdə nikahları pozulmuş, atası X9 verdiyi məlumata əsasaən Cavabdeh öz ailəsi ilə birlikdə xx.xx.2020-ci ildə yaşamaq üçün Lənkəran rayon Osaküçə kəndinə köçmüşlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2024-cü il tarixli, 98058 nömrəli məktubundan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2019-ci il tarixli, 2(049)-2512/2019 saylı qətnaməsi əsasında icra vərəqi şöbəyə daxil olduqdan sonra tələbkar İddiaçı tərəfindən məhkəmə qətnaməsinə əsasən borclu tərəfindən aylıq alimentin ödənilməsi barədə aralarında razılığın əldə olunmasına dair ərizə daxil olmuşdur. Həmin ərizə əsasında İcra haqqında qanunun 23.1.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixli qərarla məhkəməyə geri qaytarılmışdır. Həmin tarixdən xx.xx.2023-cü il tarixədək alimentin ödənilməsi ilə hər hanbsı rəsmi və ya şifahi müraciət edilməmişdir. xx.xx.2023-cü il tarixdə alimentlə bağlı icra sənədi tələbkarın ərizəsinə əsasən yenidən icra edilməsi üçün Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə gönədirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş fotoşəkillərdən görünür ki, iddiaçı, cavabdeh və uşaqları 2020-2023-cü il tarixlərdə müxtəlif ünvanlarda birlikdə olmuşlar. Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində kreditor vəzifəsində işləyir və əmək haqqın 650 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşağlarını saxlamadıqda uşağlarının saxlanması barədə vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, ötən 4 il ərzində iqtisadi fəallığın artması, yeni bazar qiymətlərinin müəyyən edilməsi, habelə yaşayış minimumunun da hər il müəyyən faiz məbləğində artırılması hazırda da məhkəməyə alimentin miqdarını artırmağa əsas verir. Məhkəmə hesab edir ki, alimentin artırılmasına məqsəd əlavə xərcləri deyil, məhz iqtisadi dinamika ilə əlaqədar minimum dolanacaq xərcələrinin qarşılanmasıdır. Məhkəmə əvvəlki qətnamə üzrə alinmentin əmək və haqqının 1/3 hissəsi kimi müəyyən edilməsini və cavabdehin 650 manat əmək haqqı almaqla bu məbləğin təxminən 216 manat təşkil etməsini nəzərə alaraq iddiaçının hazırkı tələb üzrə sabit pul məbləğində aliment tələb etməsini alimentin artırılması kimi qəbul edir. Məhkəmə bu qənaətə gələrkən, Konstitusiya Məhkəməsinin Plenum qərarlarını əsas götürmüşdür. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında göstərirlir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd olunanları, o cümlədən uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumum keçən 4 il ərzində artmasını, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olmasını, həmçinin uşağı saxlamaq vəzifəsinin hər iki valideynin üzərinə düşməsini, uşaqların hazırda iddiaçının yanında olmasını, nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia alimentin artırılması hissəsində qismən təmin edilməlidir. Aliment məbləğinin müəyyən edilməsi zamanı məhkəmə, həmçinin cavabdehin maddi imkanını, ailə vəziyyətini və aliment məbləğini ödəmə qabiliyyətinin mütəmadiliyi və fasiləsizliyinin təmin edilməsi üçün ağlabatan miqdarın müəyyən edilməsini əsaslı sayır. Azərbaycan Respublikasında uşağa münasibətdə yaşayış minimumu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndini rəhbər tutaraq 2024-cü il üçün yaşayış minimumu haqqında qanunda qeyd olunduğu kimi əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə uşaqların saxlanması üçün alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, uşağın saxlanması üçün cavabdehin indiyədək iddiaçıya ödəməli olduğu alimentin miqdarını, 2024-cü ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, eyni zamanda, alimentin miqdarı müəyyən olunduqdan sonra keçən müddət ərzində alimentin miqdarının artırılması barədə müraciət olunmadığını və alimentin miqdarının artırılmadığını nəzərə alaraq məhkəmə tərəflərin birgə nikahından anadan olmuş uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq 05 oktyabr 2015-ci il tarixdə doğulmuş X5 və 20 sentyabr 2017-cı il tarixdə doğulmuş X4 görə hər ay hər uşaq üçün 150 manat olmaqla hər ay iki uşaq üçün 300 manat sabit pul məbləğində müəyyən edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində qeyd edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin miqdarının artırılaraq hər ay 360 manat sabit pul məbləğində tutulması hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə, iddiaçının əvvəlki üç il üçün aliment tələbinə dair iddiasını məhkəmə iclasında araşdırılmış sübutlarla təkzib edilməsini nəzərə alaraq rədd edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, yuxarıda şərh olunmuş Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 30 aprel 2024-cü il tarixli, 98058 nömrəli məktubu ilə müəyyən olunur ki, tələbkar öz ərizəsi ilə aliment barədə borclu ilə razılığa gəldiklərini bildirmiş və icra vərəqi həmin əsasa görə məhkəməyə geri qaytarılmışdır. İddiaçı həmin ərizənin özü tərəfindən yazılmadığını bildirsə də, buna dair məhkəməyə əsaslı və mötəbər sübut təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının əvvəlki üç il üçün aliment tələbi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə iclasında müeyyən edilmişdir ki, tərəflər arasında rəsmi nikah pozulduqdan sonra tərəflərin 08 iyun 2020-ci il tarixdə X8 adlı uşağı doğulmuşdur. Hazırda iddiaçı həmin uşaq üçün də 235 manat sabit məbləğdə aliment təyin edilməsini xahiş etdmişdir. Məhkəmə iddiaçının bu tələbi ilə bağlı da, yuxarıda şər edilmiş qanunvericilik normalarına istinad edərək hesab edir ki, iddia bu hissədə də qismən təmin edilməli və 08 iyun 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşağı olan iddiaçı 113 iyun 2024-cü il tarixdə aliment tələbi ilə məhkəməyə ərizə ilə müraciət etdiyindən 08 iyun 2020-ci il tarixdə doğulmuş X6 münasibətdə təyin edilmiş alimentin tutulmasının başlanğıcı həmin tarixdən vaxtdan hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Buna görə də qətnamə 08 iyun 2020-ci il tarixdə doğulmuş X6 münasibətdə təyin edilmiş alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin artırılmış miqdarının 84 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 1008 manat müəyyən edilir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 30 manat dövlət rüsumu ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı hazırki tələblə bağlı mediasiya prosesi ilə bağlı 60 manat məbləği iddiaçı özü ödəmiş, cavabdeh isə mediasiya prosesinin nəticəsinə dair onunla barışıq sazişi bağlamadığından iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Hazırki iş üzrə cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunan şəxs statusunda olmadığından məhkəmə hesab edir ki, iddiaçının mediasiya prosesində ödədiyi 60 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin məbləğ, yəni 60 manat, alimentin artırılmış miqdarına görə cavabdehin ödəməli olduğu 30 manat dövlət rüsumunu əhatə etdiyindən cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Lənkəran Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(049)-2512/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment dəyişdirilsin. 05 oktyabr 2015-ci il tarixdə doğulmuş X5 və 20 sentyabr 2017-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, hər ay iki uşağa görə cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin dəyişdiriləsi bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. 08 iyun 2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Alimentin ödənilməsi 13 iyun 2024-cü il tarixdən hesablansın. İş üzrə iddiaçının mediasiya prosesində ödədiyi 60 manat Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icraya yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar