Məhkəmə qərarları › İş №2(049)-2300/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2300/2023

01.08.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2300/2023 01.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran rayon məhkəməsi hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, həmçinin cavabdeh X1rşı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional X10 (bundan sonra mətndə Lənkəran RMTM) nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh X1rşı «əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə əmək haqqının alınması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Lənkəran RMTM-yə qarşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Mərkəzin direktoru Amil Abdullayev tərəfindən barəsində çıxarılmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 053/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla 283.13 manat məbləğində əmək haqqının və fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 222 nömrəli müqavilə üçün hesaba köçürdüyü 210 manat məbləğin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində və məhkəmədə verdiyi izahatında İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixli 312 nömrəli əmrlə Lənkəran RMTM-nın Lənkəran Meşəbəyliyi ilə bağlanmış müqaviləyə əsasən mövsümü fəhlə işinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixli əmrlə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sona mətndə Əmək Məcəlləsinin) 68-ci maddəsinin, 2-ci hissəsinin «a» bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. xx.xx.2022-ci il tarixli 083/k nömrəli əmrlə Lənkəran RMTM-yə 3 ay sınaq müddətinə fəhlə işinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli, 053/k nömrəli qanunsuz bir əmrlə onunla bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) xitam verilmişdir. xx.xx.2023-cü il tarixli, 053/k nömrəli bağlanmış bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin qərəzli əsasları xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixlərdə onun guya üzrsüz səbəbdən işə gəlməməyi olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə səhər saatlarında səhhətində problem olduğuna görə oğlu Şahid6 səsləyib təzyiqini ölçməsini xahiş etmiş, oğlu təzyiqini ölçdükdə yüksək olduğunu və dərhal qonşuluqda yaşayan tibb bacısı Şahid7 ilkin tibbi yardım göstərilməsi üçün evinə çağırmışdır. Şahid7 ilkin tibbi yardım göstərdikdən sonra bu vəziyyətdə işə getməyinin səhhəti üçün təhlükəli olduğunu bildirmiş, odur ki, həmin gün saat 11-12 radələrində Mərkəzdə sahə rəisi vəzifəsində işləyən Şahid1 səhhətinin yaxşı olmaması, bu gün işə gəlməyinin qeyri-mümkün olduğu barədə məlumat vermiş və ondan icazə almışdır. Ondan xahiş etmişdir ki, bu barədə direktora məruzə etsin ki, işdə olmamağını üzrlü hesab etsin. Növbəti gün işə getmiş və Mərkəzin hüquqşünası Cavid Nəbizadə xx.xx.2023-cü il tarixdə işdə olmamağına görə ondan yazılı izahat almışdır. Yazılı izahatı alandan sonra Cavid Nəbizadə ona demişdir ki, qeyd olunan məsələ ilə bağlı Mərkəzin direktoru təqdimat yazacaqdır. Məsələnin qərəzli olduğunu biləndən sonra hər şeyə aydınlıq gətirmək üçün Mərkəzin direktorunun qəbuluna girmək istəmiş, lakin qəbul otağının girişində əyləşən Emin adında işçi onu içəri buraxmamışdır. Nə ilə əlaqədar gəldiyini soruşduqda xx.xx.2023-cüil tarixdə üzrlü səbəbdən işdə iştirak edə bilmədiyini və bu səbəbdən də barəsində təqdimat yazılacağından direktorla görüşmək istədiyini Emin adlı əməkdaşın diqqqətinə çatdırmışdır. Bundan sonra Emin direktorun otağına keçmış və 1-2 dəqiqə keçməmiş həmin otaqdan çıxdıqdan sonra direktorun onu qəbul etmək istəmədiyini bildirmişdir. O da daha işin təfərrüatına çox varmamış və işinə davam etmişdir. xx.xx.2023-cü il tarixdə işə gedərkən saat təxminən 08-09 radələrində narkotik vasitələrin istifadə edilməsində şübhəli bilinib DİN BNMİ X14 əməkdaşları tərəfindən saxlanılaraq regional idarəyə aparılmış, axşam saat 21:00 radələrinə kimi həmin idarədə saxlanılmışdır. Saxlanılan kimi mobil telefonu ondan alınmış və heç kimlə əlaqə saxlaya bilməmişdir. Şübhəli şəxs kimi saxlanılmağına əsas olan şübhə təsdiqini tapmadığına görə sərbəst buraxılmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında həmişəki kimi işə getmiş, yolda olarkən Mərkəzin hüquqşünası Cavid Nəbizadə onun mobil telefonuna zəng vuraraq işə gəlməyini xahiş etmiş və əlavə olaraq bildirmişdir ki, direktor onun işdən çıxmağını tələb edir. İşə çatandan sonra Cavid Nəbizadə işdən könüllü olaraq çıxmağı barədə ərizə yazmağını təklif etmiş. əks halda, direktorun onu AR ƏM-nin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxaracağını bildirmişdir. Bununla razılaşmamış, Cavid Nəbizadə və Şahid1la birlikdə 3 nəfər Mərkəz direktorunun otağına qalxmışlar və Mərkəz direktoru onu gördükdə özündən çıxdı- “sən kimsən ki, ərizə yazmaqdan imtina edirsən? Əfqanıstan veteranısan cəhənnəmə ki, veteransan”. İşdən çıxmağının əsasını soruşduqda isə heç bir əsas gətirmədən işdən çıxmağını tələb etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:20-radələrində Digah kənd sakini Şahid9 ona X9 Komitəsinin sədri Şahid4 tərəfindən göndərilən zərfi təqdim etmişdir. Həmin zərfin içində olan bildirişdən müəyyən olunmuşdur ki, Mərkəzin direktorunun təqdimatının müzakirə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixə saat 11:00-da Mərkəzin inzibati binasında keçiriləcək Həmkarlar ittifaqı Komitəsinin iclasına dəvət edilmişdir. Həmin iclas baş tutandan 3 saat 20 dəqiqə sonra sözügedən məzmunlu bildiriş ona çatdırılmışdır. Odur ki, həmin iclasda iştirakı qeyri-mümkün olmuşdur. Qeyd olunan məsələ ilə bağlı X9 Komitəsinin sədri Şahid4 xx.xx.2023-cü il tarixli məktubla məlumat vermişdir. xx.xx.2023-cü il tarixdə saat 17:30-da Digah kənd sakini Şahid8 ona X9 Komitəsinin sədri Şahid4 tərəfindən göndərilən zərfi təqdim etmiş həmin zərfin içində olan bildirişdən müəyyən oldu ki, Mərkəzin direktorunun təqdimatının müzakirə edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixə saat 11:00-da Mərkəzin inzibati binasında keçiriləcək Həmkarlar ittifaqı Komitəsinin iclasına dəvət edilir. Həmin iclas baş tutundan 6 saat 30 dəqiqə sonra sözügedən məzmunlu bildiriş ona çatdırılmışdır. Odur ki, həmin iclasda iştirakı qeyri-mümkün olmuşdur. Qeyd olunan məsələ ilə bağlı X9 Komitəsinin sədri Şahid4 xx.xx.2023-cü il tarixli məktubla məlumat vermişdir. X9 Komitəsinin mənimlə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin ləğv edilməsinə əsas olan xx.xx.2023-cü il tarixli 08 nömrəli protokolunun ikinci abzasında xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixlərdə onunn iş yerində aşkar edilməyi qeyd edilmişdir. Yəni, belə çıxır ki, həmin tarixlərdə işdə olmuş, işdə olmağı barədə Komitə iclas keçirir və direktor Amil Abdullayevin təqdimatını təmin edilməsinə razılıq verir. Bundan əlavə 3-cü abzasda ƏM-nin 72-ci maddəsinə istinad etməklə heç bir üzrlü səbəb olmadan yuxarıda qeyd olunan tarixlərdə işdə olmamağı qeyd olunmaqla kobud pozuntuya yol verdiyi əksini tapıb. O, xx.xx.2023-cü il tarixdə xəstəliyilə bağlı sahə rəisi Şahid1 məlumat vermiş, xx.xx.2023-cü il tarixdə isə yuxarıda qeyd etdiyi kimi tutulmağıyla bağlı axşam saat 21 radələrinə kimi DİN BNMİ CRŞ-də olduğumdan və mobil telefonu da ondan alındığından üzrlü səbəbini yenə üzrlü səbəbədən Mərkəzə bildirə bilməmişdir. Bundan əlavə protokolun 5-ci abzasında mənim guya ciddi nöqsanlara yol verildiyi əksini tapmışdır. ƏMnin 72-ci maddəsində ciddi nöqsan deyilən bir anlayış mövcüd deyil. Protokolun “çıxışlar” hissəsində mərkəzin baş hüquqşünası Cavid Nəbizadənin, komitənin üzvü Şahid2 və Mərkəzin meşə əkinləri üzrə baş mütəxəssisi Şahid3 çıxışlarında guya Haftoni meşəbəyliyinin meşəbəyisi Şahid1 ona zəng edib işə çağırmağını bildirsə də, o işə getməmişdir. Nəhayət ki, direktor Amil Abdullayev xx.xx.2023-cü il tarixdə Mərkəzin fəhləsi ilə bağlanılmış əmək müqaviləsinə AR ƏM-nin70-ci maddəsinin “ç” bəndinə əsasən xitam vermişdir. xx.xx.2023-cü il tarixdə sözügedən əmrdən xəbərdar olub elə həmin tarixdə də əmrin surətini almış və xx.xx.2023-cü il tarixdə Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 21.6-cı maddəsinə əsasən mediasiya prosesinin tətbiqi barədə yazılı formada digər tərəfə bu Qanunun 22-ci maddəsində göstərilən məlumatları əks etdirən təklifini göndərmişdir. xx.xx.2023-cü il tarixdə isə İlkin Mediasiya sessiyası üçün ərizəsini Mediasiya Təşkilatına göndərmiş, Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə bildirişi xx.xx.2023-cü il tarixdə almışdır. xx.xx.2023-cü il tarixdə də ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışı almışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən mənim əmək hüquqlrımın pozulması ilə bağlı onlara müraciətinə cavab olaraq göndərilmiş məktubda əmək müqaviləmə xitam verilməsi ilə bağlı işəgötürənin əmri ilə razılaşmadığım təqdirdə məhkəməyə müraciət etmək hüququ qeyd olunduğundan hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh X17 Təsərrüfatının nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək iddia tələbinə yazılı etiraz təqdim etmiş və iddianın rədd edilməsini xahiş etmişdir. İddiaya qarşı etiraz onun əsaslandırılmışdır ki, X17 X3 meşəbəyliyinin meşəbəyisi Şahid1 26 yanvar 2023-cü il tarixdə yazdığı xidməti məruzəyə əsasən İddiaçı və Məmmədov Qəzənfər heç-bir üzürlü səbəb göstərmədən işə çıxmamışdır. Şahid1 xidməti məruzəsinə əsasən xx.xx.2023-cü il tarixində Haftoni meşəbəyliyinin 17 saylı meşə dolayında İddiaçı və Qəzənfər Məmmədovun iş yerində olmadıqları müəyyən olunmuşdur. İddiaçı izahat verərək səhətində problem olduğu üçün meşəbəyi Şahid1 icazə aldığını bildirmişdir. Haftoni meşəbəyliyinin meşəbəyisi Şahid1 xx.xx.2023-cü il tarixdə yenidən İddiaçı heç-bir üzürlü səbəb göstərmədən işdə olmaması ilə bağlı xidməti məruzə Mərkəzə təqdim etmişdir. xx.xx.2023-cü il tarixində İddiaçı meşəbəyliyin 17 saylı meşə dolayında iş yerində olmaması tərəfimizdən müəyyən olundu. İddiaçı heç-bir üzürlü səbəb göstərmədən iş yerində olmaması ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam veriməsinə münasibət bildirilməsindən ötrü 02 fevral 2023- cü il tarixində X6 Komitəsinə müraciət olunmuşdur. X17 Təsərrüfatı Mərkəzində xx.xx.2023-cü il tarixdə keçiriləcək Həmkarlar İttifaqı Komitəsinin iclasında İddiaçı iştirak etməsindən ötrü xx.xx.2023-cü il tarixində məktub ünvanlanmasına baxmayaraq lakin iclasda iştirak etməmişdir. Həmkarlar İttifaqı iclası xx.xx.2023-cü il tarixinə təxirə salınaraq yenidən İddiaçı 07 fevral 2023-cü il tarixdə məktub ünvanlamışdır.13 fevral 2023-cü il tarixində X9 Komitəsində iclası keçirilərək 14 fevral 2023-cü il tarixində İddiaçı ilə bağlanılan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi 72-ci maddəsinin «a» bəndində əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Odur ki, iddia əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı, həmçinin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X17 Təsərrüfatının nümayəndəsi X12 iddianı qəbul etməyib, iddiaya qarşı etirazda göstərilənlərə uyğun izahat vermiş və iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Əmək kitabçasının surətindən görünür ki, Lənkəran Regional X10 xx.xx.2022-ci il tarixli əmrinə əsasən İddiaçı 3 ay müddətinə mərkəzə fəhlə işinə qəbul olunmuşdur. Lənkəran Regional X10 əməkdaşı Şahid1 xx.xx.2023-cü il tarixli xidməti məruzəsindən və həmin Mərkəzin əməkdaşları Cavid Nəbizadə, Emil Ağayev və Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Haftoni meşəbəyiliyinin xidməti məruzəsi yerində araşdırılmış, meşəbəyiliyinin ərazisinə təhkim olunmuş İddiaçı və X8 heç bir üzrlü səbəb göstərmədən iş yerində olmamaları müəyyən olunmuşdur. İddiaçı X17 Təsərrüfatı Mərkəzinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatından görünür ki, xx.xx.2023-cü il tarixdə işə olmamasının səbəbi, səhhətində yaranan yüksək qan təzyqi ilə əlaqədardır. Bu barədə meşəbəyilin sahə rəisi Şahid1 məlumat vermişdir. Lənkəran Regional X10 əməkdaşı Şahid1 xx.xx.2023-cü il tarixli xidməti məruzəsindən və həmin Mərkəzin əməkdaşları Cavid Nəbizadə, Emil Ağayev və Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli Aktdan görünür ki, Haftoni meşəbəyiliyinin xidməti məruzəsi yerində araşdırılmış, meşəbəyiliyinin ərazisinə təhkim olunmuş İddiaçı heç bir üzrlü səbəb göstərmədən iş yerində olmaması müəyyən olunmuşdur. X17 X2 İttifaqı Komitəsinin İddiaçı ünvanladığı 02 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Mərkəzin direktorunun təqdimatı müzakirə edilməsindən ötrü İddiaçı xx.xx.2023-cü il tarixdə saat 11:00-da Mərkəzin inzibati binasına dəvət edilmişdir. Qeyd olunan məktub (SS828938412AZ) xx.xx.2023-cü il tarixdə poçt xidmətinə təhvil verilmişdir. İddiaçı X17 X2 İttifaqı Komitəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 02 saylı məktub poçtalyon deyil, Digah kənd sakini Şahid9 tərəfindən 07 fevral 2023-cü il tarixdə saat 14:20-də ona çatdırılmışdır. Qeyd olunan məktub xx.xx.2023-cü il tarixdə komitənin əməkdaşına təqdim olunmuşdur. X17 X2 İttifaqı Komitəsinin İddiaçı ünvanladığı 07 fevral 2023-cü il tarixli məktubundan görünür ki, Mərkəzin direktorunun təqdimatı müzakirə edilməsindən ötrü İddiaçı xx.xx.2023-cü il tarixdə saat 11:00-da Mərkəzin inzibati binasına dəvət edilmişdir. Qeyd olunan məktub (SS828934804AZ) xx.xx.2023-cü il tarixdə poçt xidmətinə təhvil verilmişdir. İddiaçı X17 X2 İttifaqı Komitəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ona ünvanlanmış xx.xx.2023-cü il tarixli 03 saylı məktub poçtalyon deyil, Digah kənd sakini Şahid8 tərəfindən 10 fevral 2023-cü il tarixdə saat 17:30-da ona çatdırılmışdır. Qeyd olunan məktub xx.xx.2023-cü il tarixdə komitənin əməkdaşına təqdim olunmuşdur. X17 X2 İttifaqı Komitəsinin 13 fevral 2023-cü il tarixli iclasının 08 №-li protokolundan görünür ki, heç bir üzrlü səbəb olmadan iş yerində olmadığına görə mərkəzin fəhləsi İddiaçı daşıdığı vəzifədən azad olunmasına, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə mərkəzin Həmkarlar Komitəsi razılıq vermişdir. Lənkəran Regional X10 14 fevral 2023-cü il tarixli 053/K №-li əmrdən çıxarışından görünür ki, heç bir üzrlü səbəb olmadan işə gəlmədiyindən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) bununla da əmək vəzifəsini kobud şəkildə pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndinə uyğun olaraq Mərkəzin fəhləsi – İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməklə 05 yanvar 2016-cı il tarixdən daşıdığı vəzifədən azad edilmişdir. Əmrin verilməsinə əsas mərkəzin Həmkarlar Komitəsinin 13 fevral 2023-cü il tarixli iclasının qərarı olmuşdur. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Lənkəran rayon, Digah kənd sakini İddiaçı narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatla əlaqədar ətrafında əməliyyat axtarış tədbirləri keçirilərək xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində Lənkəran şəhəri ərazisində regional şöbənin əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilməsi əmin edilmiş, qüvvədə olan qanunvericiliyə uyğun araşdırma aparılmış, əməlində cinayət tərkibi və digər hüquq pozma faktı olmadığından həmin tarixdə saat 11:35-də yol salınmışdır. Azərpoçt MMC-nin Lənkəran Rayon Vəkil Bürosuna ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, X17 X4 Ağababa Tağı oğluna ünvanladığı SS828938412AZ nömrəli məktub xx.xx.2023-cü il tarixdə, SS828934804AZ nömrəli məktub isə xx.xx.2023-cü il tarixdə İddiaçı çatdırılmışdır. Optimallaşdırma ilə əlaqədar məktubun hansı vaxtda çatdırılması barədə düzgün məlumat verilə bilinmir. Lənkəran rayon Digah kənd həkim məntəqəsi ambulator kitabından çıxarışdan görünür ki, X13 «hipertoniya» diaqnozu ilə ambulator müalicə almışdır. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, mərkəzin həmkarlar komitəsinin sədridir. Ona iclas barədə məlumat məktubunda texniki səhv olaraq 13 fevral əvəzinə 10 fevral yazılmışdır. Sonra yeni məktub yazılaraq ona göndərilmişdir. İclas başa çatandan sonra Ağababa onun mobil telefonuna zəng edərək məktubu gec aldığını və buna görə də həmkarların iclasına gələ bilmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində bildirmişdir ki, həmkarlar komitəsinin üzvüdür. Ağababanın işdən azad olunması ilə bağlı təqdimatın müzakirə olunması üçün ona bildiriş göndərilmişdir. Lakin iclas başlananda Ağababnın həmin bildirişi alması barədə xəbərnamə olmamışdır. Ağababa xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə işə çıxmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 bildirmişdir ki, Ağababa onun həmkəndlisidir. Tarix yadında qalmasa da poçt vasitəsi ilə Ağababaya məktub gəldiyini görüb həmin məktub ona çatandan sonra yarım saat ərzində Ağababaya təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Mərkəzdə meşəbəyi vəzifəsində işləyir. Ağababa həmin mərkəzin fəhləsi olmaqla ona təhkim edilmişdir. xx.xx.2023-cü il tarixdə Ağababa ona zəng edərək təzyiqinin yüksək olduğunu və buna görə də işə çıxa bilməyəcəyini bildirdi. Ona işdən icazə verilməsi onun səlahiyyətində olmadığına görə heç bir tədbir görə bilməmiş, bu barədə idarəyə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 bildirmişdir ki, Digah kənd tibb məntəqəsində tibb bacısı vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Ağababanın oğlu Mirtağı ona müraciət edərək atasının səhhətinin pis olduğunu bildirmiş, o da Ağababanın evinə gedərək onun təzyiqini yoxlayanda təzyiqin yüksək olduğunu görmüş və ona belə yüksək təzyiqlə işə çıxmağının səhhəti üçün təhlükəli olduğunu deyib işə çıxmamasını məsləhət görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, Ağababa onun həmkəndlisidir. Tarix yadında qalmasa da saat 4-5 arası kəndin məktəbinin yanında Ağababa ilə birlikdə olan zaman kəndin poçtalyonu ona məktub verdi. Ağababa həmin məktubu onun yanında açmamış, həmin məktubun kim tərəfindən Ağababaya göndərildiyi ə həmin məktubda nə yazılmasından məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, Ağababanın qardaşıdır. 29 ya da 30 yanvar 2023-cü il tarixdə (dəqiq yadında deyil) Ağababanı polis saxladığı üçün polislər tərəfindən Ağababanın ailəsinə xəbər verilmiş. o, da şöbəyə getmiş və həmin gün axşam saat 9 radələrində Ağababa sərbəst buraxılmış və bundan sonra Ağababa ilə birlikdə yaşadıqları evə gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 bildirmişdir ki, iddiaçının oğludur. xx.xx.2023-cü il tarixdə səhər işə getməyə hazırlaşan zaman atası onun yanına çağıraraq səhətinin pis olduğunu demiş kəndin tibb məntəqəsində işləyən tibb bacısının çağırmasını xahiş etmişdir. O da kəndin tibb məntəqəsində tibb bacısı işləyən Xatirəni çağırmş və Xatirə atasının təzyiqini ölçəndən sonra təzyiqinin yüksək olduğunu bildirmişdir. 15-20 dəqiqə atasının yanında qalandan sonra işə getmişdir. 30 yanvar 2023-cü il tarixdə isə işdə olan zaman yaxın qohumlarından ona zəng edilərək atasının polis tərəfindən saxlanıldığı bildirilmiş və iş vaxtı başa çatandan sonra atasının saxlanıldığı regional şöbəyə getmiş və orada əmisi ilə birlikdə bir qədər gözlədikdən sonra aşxam təxminən saat 9-10 radələrində atası sərbəst buraxılmış və onlar evə gəlmişdər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək, aşağıda qeyd olunanlara görə hesab edir ki, iddia «Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, Mərkəzin direktoru Amil Abdullayev tərəfindən barəsində çıxarılmış Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli, 053/K nömrəli əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddətinə görə aylıq hesablanmaqla 283.13 manat məbləğində əmək haqqının ödənilməsi» hissəsində əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı işə götürənin təşəbbüsü ilə işçinin işdən çıxarılması barədə işəgötürənin əmrinin ləğvi tələbini irəli sürdüyündən məhkəmə hesab edir ki, verilmiş əmrin qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi ilk növbədə cavabdeh Lənkəran Regional X10 üzərinə düşür və iddianın qanuni əsasını «Lənkəran Regional X10 14 fevral 2023-cü il tarixli 053/K №-li əmrinin ləğvi» hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi, 71-ci maddəsinin 2-ci hissəsi, 72-ci və 80-ci maddəsinin 1-ci və 2-ci hissələridir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü hissəsində qeyd edilir ki, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddəsinə görə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 76-cı maddəsində qeyd olunur ki;

1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.

2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. 80-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Əmək hüquq nəzərəriyyəsinə görə işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsasları aşağıdakılar kimi müəyyən edilmişdir (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsi): a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar Bağlanmış əmək müqaviləsinə tərəflərin təşəbbüsü ilə xitam verilməsi dedikdən işçinin və işəgötürənin təşəbbüsü nəzərdə tutulur və işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsində nəzərdə tutulmuşdur; a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. İşçi ilə bağlanmış əmək müqaviləsinə işçinin: - qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurması; - özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməməsi; - özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; - alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; - təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; - qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; - əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsinə görə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işə götürən tərəfindən xitam verilə bilər. Bu zaman işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İşə götürən – cavabdeh X17 Təsərrüfatı Mərkəzi mübahisəli əmrin qanuniliyini onunla əsaslandırır ki, X17 X3 meşəbəyliyinin meşəbəyisi Şahid1 26 yanvar 2023-cü il və 30 yanvar 2023cü il tarixli xidməti məruzinə əsasən İddiaçı heç-bir üzürlü səbəb göstərmədən işə çıxmamış, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən eyin tarixlərdə akt tərtib edilmiş və İddiaçı heç-bir üzürlü səbəb göstərmədən işdə olmaması ilə bağlı Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən xitam veriməsinə münasibət bildirilməsindən ötrü 02 fevral 2023-cü il tarixində X6 Komitəsinə müraciət olunmuşdur. 13 fevral 2023-cü il tarixində X9 Komitəsində təqdimata müsbət rəy vermiş və 14 fevral 2023-cü il tarixli əmrlə İddiaçı ilə bağlanılan əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddənin «ç» bəndinə əsasən xitam verilmişdir. Məhkəmə İddiaçı 26 yanvar 2023-cü il və 30 yanvar 2023-cü il tarixlərdə iş yerində olmamasının üzrlü və yaxud üzrsüz səbəbləri ilə bağlı aşağıdakıları qeyd edir: Lənkəran rayon Digah kənd həkim məntəqəsi ambulator kitabından çıxarışından, İddiaçı X17 Təsərrüfatı Mərkəzinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatından, şahidlər Şahid1, Şahid7 və Şahid6 ifadələrindən müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə üzrsüz səbəbdən deyil, üzrlü səbəblərdən iş yerində olmamışdır. Belə ki, həmin vaxt İddiaçı səhhəti pisləşmiş, o kənd həmin məntəqəsinə müraciət etmiş, tibbi işçisi tərəfindən ona işə çıxmasının məsləhət olmadığı bildirilmişdir. O da bu barədə birbaşa rəhbəri olan Şahid1 məlumat vermişdir. Lakin sonuncu bu halı X17 Təsərrüfatı Mərkəzinə məlumat verməmişdir. Belə olan halda İddiaçı 26 yanvar 2023-cü il tarixdə iş yerində olmamasını üzrsüz səbəb kimi qəbul etmək olmaz. Əksinə məhz sonuncunun səhhəti onun iş yerində olmasına imkan verməmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan, habelə Şahid5 ifadəsi ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2023-cü il tarixdə səhər saat 9 radələrində polis əməkdaşları tərəfindən saxlanılmış və o polis şöbəsinin inzibati binasına aparılmışdır. Belə olan halda İddiaçı iş yerində olmaması özündən asılı olmayan səbəblərə görə baş vermişdir ki, həmin halın da üzrsüz hal kimi qəbul edilməsi istisna olunur. Görüdüyü kimi İddiaçıla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə əsas olan hal yəni onun üzrsüz səbəbdən iş yerində olmaması faktı təqdim edilmiş sübutlarla nəinki öz təsdiqini tapmır, əksinə həmin halın mövcudluğu təkzib olunur. Məhkəmə X17 X2 İttifaqı Komitəsinin 13 fevral 2023-cü il tarixli iclasının 08 №-li ilə qərarının əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir: Yuxarıda sadalanan sübutlardan müəyyən olunur ki, İddiaçı heç bir üzrlü səbəb göstərmədən bütün günü işə gəlməməsi ilə bağlı onun Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi məsələsinə baxılması üçün işə götürən X17 Təsərrüfatı Mərkəzi tərəfindən X9 Komitəsinə müracaiət olunmuş, Komitə tərəfindən iclasın keçirilməsi 07 fevral 2023-cü il tarixə saat 11:00-a təyin edilmiş və bu barədə İddiaçı sifariş poçt xidməti vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin bildiriş xx.xx.2023-cü il tarixdə İddiaçı təqdim edilmişdir. Daha sonra iclasın keçirilməsi xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin olunmuş və bu barədə İddiaçı sifariş poçt xidməti vasitəsi ilə bildiriş göndərilmiş, həmin bildiriş də iclasın keçirilməsi tarixi və vaxından sonra, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı təqdim edilmişdir. Yekun olaraq X17 X2 İttifaqı Komitəsi tərəfindən 13 fevral 2023-cü il tarixdə iclas keçirilmiş və İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Göründüyü kimi Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə keçirilən iclasları barədə İddiaçı yalnız iclas keçirildikdən sonra məlumat verilmiş, xx.xx.2023-cü il tarixli iclasın yeri və vaxtı barədə isə ümumiyyətlə məlumat verilməmişdir. Halbuki həmkarlar ittifaqı təşkilatına işəgötürən tərəfindən əmək müqaviləsinin işəgötürənin təşəbbüsü ilə ləğv edilməsinə razılıq verilməsi barədə təqdim edilmiş materiallar, həmkarlar ittifaqı təşkilatının müvafiq təşkilatı tərəfindən qabaqcadan ətraflı öyrənilməli, sonra məsələ bu təşkilatın müvafiq kollegial orqanının iclasında müzakirəyə çıxarılmalıdır. Həmin iclasa işəgötürənin nümayəndəsi, işdən çıxarılacağı nəzərdə tutulmuş işçi, lazımi hallarda şahidlər, mütəxəssislər əvvəlcədən iclasın keçiriləcəyi yeri, vaxtı (il, ay, gün, saat) dəqiq göstərilməklə dəvət olunmalıdırlar. İclası keçirilməsi barədə işçi vaxtında xəbərdar edilməmişdirsə habelə üzrlü səbəblərə görə iclasda iştirak edə bilməmişdirsə, iclasın keçirilməsi başqa vaxta təxirə salınmalıdır. Göründüyü kimi X17 X2 İttifaqı Komitəsi tərəfindən 13 fevral 2023-cü il tarixdə keçirilmiş iclasa İddiaçı dəvət edilməmiş, onun iştirakı olmadan, 26 yanvar 2023 və 31 yanvar 2023-cü il tarixlərdə iş yerində olmamasının səbəbləri araşdırılmadan müvafiq qərar qəbul edilmişdir. Bundan başqa Mübahisələndirilən əmrdən görünür ki, İddiaçıla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində göstərilən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməməsi ilə bağlı xitam verilsə də, həm iddiaçının, həm də cavabdehin nümayəndəsinin izahatından, habelə X17 X2 İttifaqı Komitəsinin 13 fevral 2023-cü il tarixli iclasının 08 №-li ilə qərarından müəyyən olunur ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə işə götürən tərəfindən xitam verilməsi İddiaçı üzrsüz səbəbdən 2 dəfə, yəni 26 yanvar 2023-cü il və 30 yanvar 2023-cü il tarixlərdə iş yerində olmaması əsaslı ilə olmuşdur. Göründüyü kimi bağlanmış əmək müqaviləsinə faktiki olaraq işçi İddiaçı Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndində qeyd olunan əsasla həmn Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilsə də, lakin mübahisələndirilə xx.xx.2023-cü il tarixli əmrdə onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməməsi əsası ilə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə məhkəmə, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Lənkəran Regional X10 14 fevral 2023-cü il tarixli 053/K №-li əmri əsassız olduğundan və Əmək qanunvericiliyini qeyd olunan tələblərinə riayət edilmədən verildiyindən iddia bu hissədə əsaslıdır, buna görə də Lənkəran Regional X10 14 fevral 2023-cü il tarixli 053/K №-li əmri ləğv edilməli, Kərimov X11 Regional X10 əvvəlki vəzifəsinə bərpa edilməli, ona 14 fevral 2023-cü il tarixdən bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə məsrəfləri ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd edir: İddiaçının tələbindən görünür ki, o fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 222 nömrəli müqavilə üçün ödənilmiş 210 manat məbləğin də cavabdehdən tutularaq iddiaçıya ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə görə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər şə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan hüquq normalarının tələbi baxmından məhkəmə hesab edir ki, ağlabatan məbləğ kimi vəkilin hüquqi yardımına görə ödənilmiş 210 manatın 100 manat hissəsi cavabdeh X17 Təsərrüfatı Mərkəzindən alınaraq iddiaçıya ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə görə qiymətləndirilməyən iddiaların verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.1-ci maddəsinə görə əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü və və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı iddianın verilməsi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyindən və işə bərpa tələbi qiymətləndirilməyən tələb olduğundan ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu da cavabdeh X17 Təsərrüfatı Mərkəzindən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin «İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi» haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Lənkəran Regional X10 14 fevral 2023-cü il tarixli 053/K №-li əmri ləğv edilsin. Kərimov X11 Regional X10 əvvəlki vəzifəsinə bərpa olunsun. İddiaçı 14 fevral 2023-cü il tarixdən bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Vəkilin hüquqi yardımına görə ödənilmiş məbləğin 100(bir yüz) manatı cavabdeh X17 Təsərrüfatı Mərkəzindən alınaraq İddiaçı ödənilsin. İddianın verilməsi üçün dövlət rüsumu kimi ödənilməli olan 100(bir yüz) manat X17 Təsərrüfatı Mərkəzindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar