Məhkəmə qərarları › İş №2(049)-2318/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2318/2025

27.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2318/2025 27.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qənbərov Mirnamiq Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının evdən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran şəhəri Vaqif küçəsi, ev 18 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən 1 ədəd künc divanı və ona aid 4 ədəd yastıq, 1 ədəd masa, 6 ədəd stul, mətbəx mebeli, 4 ədəd çilçıraq, 4 ədəd xalça, 3 ədəd podnis, 2 ədəd mürəbbə qabı, 1 ədəd nahar servizi, 1 ədəd çay servizi, 1 ədəd qənd qabı, 4 ədəd stəkan, 15 ədəd nəlbəki, 1 ədəd lampa, 6 ədəd kompot istəkanı, 5 ədəd mavi rumka, 3 ədəd böyük rumka, 6 ədəd yaşıl rumka, 3 ədəd qırmızı rəngli balaca rumka, 1 ədəd yorğan. 2 ədəd döşək, 3 ədəd balış, 1 ədəd güldan və 1 ədəd çaynikin Cavabdeh tərəfindən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsmunun Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, oğlu X1 Gülər Ədalət qızı ilə 2011-ci ildə ailə həyatı qurmuşlar və onlar arasında 06 avqust 2011-ci il tarixdə Lənkəran Rayon Qeydiyyat Şöbəsində 675 saylı nikah qeydə alınmışdır. Onlar ailə qurduqdan sonra ona məxsus fərdi yaşayış evi olan Lənkəran şəhəri Nizami küçəsi 92, mənzil 26-da (yeni qaydalarla: Lənkəran şəhəri T.İsmayılov küçəsi 92, mənzil 25) yaşadıqlarına görə Cavabdeh özü ilə gətirdiyi cehiz əşyaları həmin evə yerləşdirmişdir. 15 sentyabr 2023-cü il tarixdə Cavabdeh X6 ilə aralarında olan nikahın pozulması ilə bağlı Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. 06 dekabr 2023-cü il tarixli 2(049)-3470/2023 sayli Lənkəran Rayon Məhkəməsinin qətnaməsi ilə Lənkəran Rayon Qeydiyyat Şöbəsində bağlanmış Cavabdeh ilə X6 arasında olan 06 avqust 2011-ci il tarixli 675 saylı nikah aktı qeydi pozulmuşdur. Cavabdeh ilə X6 arasında olan nikah pozulduqdan sonra o Lənkəran şəhəri Nizami küçəsi 92, mənzil 26-da ( yeni qaydalarla: Lənkəran şəhəri T.İsmayılov küçəsi 92, mənzil 25) yerləşən fərdi yaşayış evini satdı. Ona görə də həmin evdə Cavabdeh cehiz əşyalarını ona məxsus fərdi yaşayış evi olan Lənkəran şəhəri Vaqif küçəsi, ev 18-ə (yeni qaydalarla: ünvan 1 yerləşdirdi. Lakin ona məxsus olan fərdi yaşayış evində Cavabdeh məxsus olan cehiz əşyaları qalmışdır. Hazırda cavabdehin ona məxsus evdə 1 ədəd künc divanı və ona aid 4 ədəd yastıq, 1 ədəd masa, 6 ədəd stul, mətbəx mebeli, 4 ədəd çilçıraq, 4 ədəd xalça, 3 ədəd podnis, 2 ədəd mürəbbə qabı, 1 ədəd Nahar servizi, 1 ədəd çay servizi, 1 ədəd qənd qabı, 4 ədəd stəkan, 15 ədəd nəlbəki, 1 ədəd lampa, 6 ədəd kompot stəkanı, 5 ədəd mavi rumka, 3 ədəd böyük rumka, 6 ədəd yaşıl rumka, 3 ədəd qırmızı rəngli balaca rumka, 1 ədəd yorğan, 2 ədəd döşək, 3 ədəd balış, 1 ədəd güldan, 1 ədəd çaynikdən ibarət cehiz əmlakları qalmışdır. Yuxarıda göstərdiyi əşyaların evindən çıxarılması barədə cavabdehə məktub göndərsə də nəticəsi olmamışdır. Əşyalar onun olmadığına və evdə maneçilik törətdiyinə görə onların ona məxsus olan fərdi yaşayış evindən çıxarılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq o, məhkəmə iclasına gəlməməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(049)-3470/2023 saylı qətnaməsindən görünür ki, X6 ilə X4 arasında Lənkəran rayon Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə bağlanmış 675 saylı nikah qeydi pozulmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan görünür ki, (Qeydiyyat tarixixx.xx.2025; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********80-10301) əsasən Lənkəran şəhəri, Vaqif Hüseynov küçəs, ev 18 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. xx.xx.2025-ci il tarixli, ********** №-li mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə mübahisə predmeti olan əşyaların yerləşdiyi mənzil, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat tarixi-xx.xx.2025; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********80- 10301) əsasən Lənkəran şəhəri, Vaqif Hüseynov küçəs, ev 18 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). 1952-ci il martın 20-də Parisdə imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) təsbit olunmuşdur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beynəlxalq hüquq aktlarında İnsan Hüquqları Haqqında ümumi Bəyənnamənin 17-ci maddəsi, “İnsan Hüquqlarının və X2 Haqqında” Konvensiyaya əlavə (1 saylı) protokolun 1ci maddəsi ilə və s. və Azərbaycan Respublikası Konstitusiyasında (29-cü maddə) isə nəzərdə tutulma fundamental İnsan hüquqları sırasında mühüm yer tutur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Mülkiyyət hüququ və məhkəmə müdafiə hüququ bir sıra beynəlxalq sənədlərdə də mühüm yer tutur. BMT-nin insan hüquqları haqqında Ümumi Bəyannaməsinin 17-ci maddəsinə görə, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ var. Heç kəs özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. İnsan hüquqlarının və X2 haqqında Konvensiyaya dair bir saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşmasını nəzərdə tutur (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi qanuni və əsaslıdır və təqdim etdiyi sübutlarla da təsdiq olunmaqdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddiaçı öz tələbinin hüquqi əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etmiş və onun sübutları məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. İş üzrə iddaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat tarixi-xx.xx.2025; Qeydiyyat nömrəsi- **********; Reyestr nömrəsi-**********80-10301) əsasən Lənkəran şəhəri, Vaqif Hüseynov küçəs, ev 18 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehə məxsus olan 1 ədəd künc divanı və ona aid 4 ədəd yastıq, 1 ədəd masa, 6 ədəd stul, mətbəx mebeli, 4 ədəd çilçıraq, 4 ədəd xalça, 3 ədəd podnis, 2 ədəd mürəbbə qabı, 1 ədəd Nahar servizi, 1 ədəd çay servizi, 1 ədəd qənd qabı, 4 ədəd stəkan, 15 ədəd nəlbəki, 1 ədəd lampa, 6 ədəd kompot stəkanı, 5 ədəd mavi rumka, 3 ədəd böyük rumka, 6 ədəd yaşıl rumka, 3 ədəd qırmızı rəngli balaca rumka, 1 ədəd yorğan, 2 ədəd döşək, 3 ədəd balış, 1 ədəd güldan, 1 ədəd çaynik çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat tarixixx.xx.2025; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********80-10301) əsasən Lənkəran şəhəri, Vaqif Hüseynov küçəs, ev 18 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehə məxsus olan 1 ədəd künc divanı və ona aid 4 ədəd yastıq, 1 ədəd masa, 6 ədəd stul, mətbəx mebeli, 4 ədəd çilçıraq, 4 ədəd xalça, 3 ədəd podnis, 2 ədəd mürəbbə qabı, 1 ədəd Nahar servizi, 1 ədəd çay servizi, 1 ədəd qənd qabı, 4 ədəd stəkan, 15 ədəd nəlbəki, 1 ədəd lampa, 6 ədəd kompot stəkanı, 5 ədəd mavi rumka, 3 ədəd böyük rumka, 6 ədəd yaşıl rumka, 3 ədəd qırmızı rəngli balaca rumka, 1 ədəd yorğan, 2 ədəd döşək, 3 ədəd balış, 1 ədəd güldan, 1 ədəd çaynik çıxarılsın. İş üzrə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar