Məhkəmə qərarları › İş №2(049)-2332/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2332/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2332/2024 23.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X16, iddiaçı: İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Astara Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2, cavabdeh: Cavabdeh2, onun vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1 və Cavabdeh1 nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Lənkəran Rayon 1 saylı Notariat Ofisini üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış “Qeyri-Yaşayış Binasının 1/2-ni bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi» tələbi barədə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xahiş etmişdir ki, vaxtikən, oxuya və yaza bilmədiyi latın qrafikası ilə onun adına tərtib edilmiş, ona Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidməti Bakı İstitaq Təcridxanasında imzalatdırılmış və azadlıqdan məhrumetmə yeri olmayan həmin İstitaq Təcridxanasının rəisi (azadlıqdan məhrumetmə yerinin rəisi olmayan şəxs) ədliyyə polkovniki E.S.Sadıxov tərəfindən vəzifə səlahiyyətlərinidən kənar şəkildə, qanunsuz və əsassız olaraq “təsdiq edilmiş” və qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüquqi qüvvəsi olmayan (puç) hesab edildiyini, saxta - Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidməti Bakı İstitaq Təcridxanasının rəisi, ədliyyə polkovniki E.S.Sadıxov tərəfindən təsdiq edilmiş xx.xx.2012-ci il tarixli, 40-032 nömrəli Etibarnamənin etibarsız hesab edilməsinə dair və həmin saxta etibarnamə əsasında hərəkət etmiş Cavabdeh1 tərəfindən 25 may 2012-ci il tarixdə ünvan 1 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında mənə məxsus olan Dostluq Çayxanasının 1/2 onun qardaşı Cavabdeh2 bağışlanması haqqında “Qeyriyaşayış binasının Bağışlanma Müqaviləsi”nin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılsın. İddia onunla əsaslandırmışdır ki, onun (İddiaçı) Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə bağladığı xx.xx.1998-ci il tarixli, 9364 nömrəli “Müəssisənin (obyektin) Alqı-Satqısı Müqaviləsi” əsasında ünvan 2 ünvanında yerləşən, 87.33 kv.m. ümumi sahəsi olan “Dostluq çayxanası” onun adına özəlləşdirilmişdir. Həmin obyektin özələşdirilməsi prosesində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfat Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyindən xx.xx.1997-ci il tarixli “Dostluq” X11 da onun adına işlənib hazırlanmışdır. Həmin texniki pasporta əsasən onun mülkiyyətinə ümumi sahəsi - 81.63 və tikilialtı sahəsi 88,97 kv.m. olan “Liter - A” tikilisi, həmçinin ümumi sahəsi 5,70 kv.m. və tikilialtı sahəsi 7,98 kv.m. olan “Liter В” tikilisi aid edilmişdir. Hər iki tikilinin yerləşdiyi 129.4 kv.m. torpaq sahəsi də həmin dövrdən etibarən ona aiddir. Lənkəran Rayon Məhkəməsinin 1-59/1999 saylı, 26 may 1999-cu il tarixli hökmünə əsasən o, AR CM-nin 15,95-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətinə azadlıqdan məhrumetmə cazasına məhkum edilmişdir. Cəzanın əvvəli xx.xx.1999-cu il tarixdən hesablanmış və cəza çəkməkdən 2005-ci ildə azad olmuşdur. Sonradan ona məlum olmuşdur ki, 1999-2005-ci illərdə cəza çəkdiyi dövrdə onun qardaşı Cavabdeh2 qanunsuz yollarla onun obyektini 129.4 kv.m. olan torpaq sahəsinə göz dikmişdir və bu tamahını qanunsuz yollarla əldə etməyə çalışmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə AR Milli Arxiv İdarəsi AR X15 Filialından əldə etdiyi aşağıdakı sənədlərdən: xx.xx.2024-cü il tarixli, 3-48-DA-7F/1-Q-2xx-xx/2024 saylı Arxiv Çixarışı; xx.xx.2024-cü il tarixli, 3-48-DA- 7F/1-Q-2xx-xx/2024 saylı Arxiv Çixarışı; X8 adından X5 (saxta imzalı); Lənkəran şəhər torpaq və xəritəçəkmə şöbəsindən xx.xx.2001-ci il tarixli 216 nömrəli Məktub (Lənkəran bələdiyyəsinə); X6 xx.xx.2001-ci il tarixli 04 saylı iclas protokolundan Çıxarışdan (X12 çayxananın qarşısında 89.2 kv.m. ərazinin abadlaşdırılması barədə - (5 vərəq), həmçinin, Cavabdeh2 Lənkəran Rayon Məhkəməsinə 2023-cü ilin noyabr ayında verdiyi aşağıdakı sənədlərdən: “Lənkəran şəhər sakini Elnur Qədirova mövsümi istifadə və abadlıq işlərinin aparılması üçün təkim olunmuş 89.2 kv. m. sahənin Plandan - (1 vərəq - A3) X6 xx.xx.2001-ci il tarixli 04 saylı iclas protokolundan Çıxarışdan (Cavabdeh2 çayxananın qarşısında 348.65 kv.m. ərazinin abadlaşdırılması barədə - (5 vərəq); “Lənkəran şəhər sakini Cavabdeh2 mövsümi istifadə və abadlıq işlərinin aparılması üçün təkim olunmuş 348.65 kv.m sahənin Plandan ona aydın olmuşdur ki, Cavabdeh2 2001-ci ildə onun mülkiyyətində olan və iddiaçının mülkiyyətindəki “Dostluq” Çayxanasının qonşuluğundan (bir kümün altında) yerləşən yeməkxananın qarşısında torpaq ərazisi “yaratmaq" məqsədilə əslində Lənkəran Bələdiyyəsinə heç bir aidiyati olmayan torpaq sahəsi ilə birlikdə onun obyektinin torpaq sahəsinin bir hissəsini də “özününküləşdirməyə” çalışmışdır. Bu məqsədlə o, qanunsuz olaraq onun (yəni azadlıqdan məhrum edilmiş və cəzaçəkmə müəssisəsində olan şəxsin) adından Lənkəran Bələdiyyəsinə “Ərizə” ilə müraciət etmiş və onun tərəfindən guya Lənkəran Bələdiyyəsindən mövsümi istifadə üçün 89.2 kv.m. torpaq sahəsinin abadlaşdırılmasmdan ötrü ona təhkim edilməsini xahiş etmişdir (halbuki, həmin ərazidəki 129.4 kv.m. torpaq sahəsi onun özəlləşdirdiyi obyektinin qanuni torpaq sahəsidir). Bununla bərabər o, özünün mülkiyyətindəki Yeməkxananın qarşında 348.65 kv.m. torpaq sahəsinin də abadlaşdırılması üçün ona təhkim edilməsini özünün adından ərizəsi ilə xahiş etmişdir. Halbuki, yuxarıda qeyd etdiyi 129.4 kv.m. torpaq sahəsi də, həmçinin 348.65 kv.m. torpaq sahəsinin də Lənkəran Bələdiyyəsinə heç bir aidiyyati olmamışdır. Həmin torpaq sahələri birbaşa dövlət mülkiyyətinə aid olmaqla həmin dövrdə də hal-hazırda da AR Dövlət Əmlak Komitəsinin sərəncammdadır. Cəza müddəti bitəndən sonra müraciəti əsasında Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən Lənkəran şəhəri, Səmədzadə küçəsi 18 ünvanında yerləşən, 87.33 kv.m. ümumi sahəsi olan “Dostluq çayxanası”nın satılmasına dair xx.xx.2008-ci il tarixli, 004055 nömrəli Şəhadətnamə ona verilmişdir. Lakin, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə, o, AR CM-nin 182.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azdlıqdan məhrumetmə cazasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən təyin edilmiş cəza 11 ilə endirilmişdir. Cəzanın əvvəli xx.xx.2010-cu il, cəzanın sonu xx.xx.2021-ci il tarixdə hesablanmış, lakin o, xx.xx.2020-ci ildə cəza çəkməkdən vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan dövrdə onun AR CM-nin ağır maddəsi ilə uzun müddətə azadlıqdan məhrum ediləcəyi, sağ-salamat qayıtmaya biləcəyi perspektivini nəzərə alaraq, gələcəkdə ailəsinin maddi rifahının lazımi səviyyədə təmin edilməsindən, həmçinin onun iaşə obyektinin fəaliyyətinin lazımi qaydada davam etdirilməsindən ötrü zərurət yaranmışdır ki, Lənkəran şəhəri, Səmədzadə küçəsi 18 ünvanında yerləşən, 87.33 kv.m. ümumi sahəli, şəxsi mülkü olan “Dostluq çayxanası”nın yeni formada mülkiyyət sənədləri (Çıxarış, Texniki Pasport) onun adına alınsın. Həmin dövrdə onun yanına gəlmiş dayısı Nümayəndə onu inandırdı ki, onun adına bütün yeni formada mülkiyyət sənədlərini alacaqdır və bundan ötrü dayısı X3 adına tərəfindən müvafiq etibarnamə verilməlidir. O, onunla bu barədə razılaşmışdır. Lakin, vaxtikən oxuya və yaza bilmədiyim latın qrafikası ilə onun adına tərtib edilmiş, ona Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidməti Bakı İstitaq Təcridxanasında imzalatdırılmış və həmin İstitaq Təcridxanasının rəisi ədliyyə polkovniki E.S.Sadıxov tərəfindən vəzifə səlahiyyətlərndən kənar şəkildə, qanunsuz və əsassız olaraq “təsdiq edilmiş” xx.xx.2012-ci il tarixli, 40-032 nömrəli Etibarnamə ilə Lənkəran rayonu, Sütəmurdov kəndində yaşayan dayısı Cavabdeh1 Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən Dostluq Çayxanasının sənədlərini AR ƏMDK yanında DƏDRX Lənkəran ərazi idarəsinə tədim etmək, Çixarış, Texniki Pasport və Forma-1 arayışını almaqla bərabər, həmin sənədləri aldıqdan sonra həmin qeyri- yaşayış binasının 1/2 hissəsini bağışlamaq, müqaviləni imzalamaq da etibar edilməsi də yazılmışdır. Həmin Etibarnamənin qüvvədə olan qanunvericiliyimizin tələblərinə əsasən hüquqi qüvvəsi olmayan hesab edildiyini, yəni saxta olduğunu o, yalnız uzun illər sonra 2023-cü ilin noyabr ayında onun doğma qardaşı Cavabdeh2 onu məhkəməyə verdikdən, həmin məhkəmə araşdırması ilə bağlı zəruri sənədləri əldə edib araşdırdıqdan sonra müəyyən etmişdir. Belə ki, o 2024-cü ilin may ayında öyrənmiş ki, qüvvədə olan qanunvericiliyimizə əsasən, daşınmaz əmlakla bağlı olan etibarnamələr yalnız notariat qaydasında təsdiq edilməlidirlər və yalnız xüsusi, yəni - AR Mülki Məcəlləsini 362.3.3-cü maddəsində nəzərdə tutulmuş hallarda azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulurlar. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstitaq Təcridxanası isə azadlıqdan məhrumetmə yeri hesab edilmədiyindən, o, azadlıqdan məhrumetmə yerinə yerləşdirilmədiyindən və sonradan həmin Təcridxanaya qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla köçürülərək orada cəza çəkmədiyindən, həmin Təcridxananın rəisi Elxan Sadıxovun səlahiyyəti olmamışdır ki, onun adından daşınmaz əmlakla bağlı etibarnaməni təsdiq etsin. Qanunsuz və əsassız etibarnamə isə saxta olduğundan təsdiq edildiyi anda etibarsız (puç) hesab edilir və onun əsasında hərəkət etmiş şəxsin hərəkətləri də qanundan kənar hesab edilir. Həmin qanunsuz (saxta) Etibarnamə əsasında hərəkət edən dayısı Cavabdeh1, Lənkəran şəhəri İskəndər Səmədzadə küçəsində 0,0097 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, ümumi sahəsi 87,9 kv.m olan Qeyri-yaşayış binasına aid olaraq, AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2012-ci il tarixli, MA-0378462 saylı Çıxarışı, DƏDRX Lənkəran ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, **********09-06301 saylı Texniki Pasportu və AR DƏDRX Lənkəran ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli 22-28-863 saylı Arayışı əldə etmişdir. Daha sonra, həmin saxta “Etibarnamə” əsasında hərəkət edərək dayısı Cavabdeh1 25 may 2012-ci il tarixdə Lənkəran Rayon Notariusu S.Y.İsmayılovun iştirakı ilə bağlanılmış “Qeyri-yaşayış binasının Bağışlanma Müqaviləsi”nə əsasən, Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan Dostluq Çayxanasının l/2-i qardaşı Cavabdeh2 bağışlamışdır. Qeyd edir ki, həmin “Qeyri-yaşayış binasının Bağışlanma Müqaviləsimin mətnində vətəndaş Cavabdeh1 konkret olaraq hansı tarixli və nömrəli etibarnamənin əsasında ona məxsus daşınmaz əmlakın barəsində sərəncam verməsi göstərilməmişdir, onun daşınmaz əmlakım barəsində sərəncam vermək səlahiyyətinin olub-olmadığı qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə müəyyənləşdirilməmiş və təsdiqlənməmişdir. “Bağışlanma müqaviləsi”nin mətnindən də görünür ki, həmin müqavilə əlüstü hazırlanmışdır və Lənkəran rayon notariat kontorunda mütamadi istifadə edilən müqavilə formalarından fərqlənir. Bundan əlavə, hazırda mübahisələndirilən xx.xx.20212-ci il tarixli “Bağışlanma müqaviləsi”nin notariat qovluğunda nə Cavabdeh2, nə E.M.Qədirovun, nə də ki Cavabdeh1 şəxsiyyət vəsiqələri yoxdur, həmçinin həmin “Müqavilə” adlandırılan “sənəd"də ümumiyyətlə tərəflərin şəxsiyyəti təsdiq edən məlumatları da göstərilməyibdir. O, xx.xx.2020-ci ildə azadlığa çıxandan sonra, ona məlum olmuşdur ki, latın qrafikası ilə yazılmış və onun vaxtikən oxumadan imzaladığı qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüquqi qüvvəli hesab edilməyən - saxta “etibarnamə” əsasında onun doğma qardaşı (cavabdeh) onun şəxsi mülkünün tən yarısına sahibləndirilmişdir. Yuxarıda qeyd etdiyi kimi, vaxtikən istintaq təcridxanasında (azadlıqdan məhrumetmə yerində yox) saxlanıldığı dövrdə onun AR CM-nin ağır maddəsi ilə uzun müddətə azadlıqdan məhrum ediləcəyi, sağ-salamat qayıtmaya biləcəyi perspektivini nəzərə alaraq, gələcəkdə ailəsinin maddi rifahının lazımi səviyyədə təmin edilməsindən, həmçinin onun iaşə obyektinin fəaliyyətinin lazımi qaydada davam etdirilməsindən ötrü şəxsi mülkiyyətində olan “Dostluq çayxanası”nın əslində yeni formada mülkiyyət sənədlərini almaq üçün ondan alınması ona vaxtikən bildirrilən saxta etibarnamə əsasında mülkünün tən yarısı qardaşının adına bağışlanma yolu ilə keçirilmişdir. O, azadlığa çıxandan sonra, fakt qarşısında saxlanıldığını görərək, Cavabdeh2 yaşca böyük olduğuna görə onun bu hərəkəti ilə bağlı ondan soruşmuş, lakin Cavabdeh2 mülkünün yarısının onun adına keçirilməsi zamanı bütün nəzərdə tutulan qanunun tələblərinə riayət edildiyini və hər-hansı qanun pozuntusuna yol verilmədiyini ona şifahi bildirmiş, həmçinin “əldə etdiyi” paylı mülkiyyətçi öhdəliklərini yüksək səviyyədə və vicdanla icra edəcəyinə bir daha ona söz vermişdir. Ona görə də, dayısı və qardaşı bu hərəkətləri ilə razılaşmasada, həmin dövrdə narazılıq yarnmasın deyə məsələ ilə bağlı aydınlaşdırma (araşdırma) aparmaqdan ötrü qanuni tədbirlərə əl atmamış bir şərtlə ki, qardaşı öz sözlərinə dönük çıxmasın. Bundan sonra, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 167 nömrəli sərəncamına əsasən, Xidmətin rəis müavini ilə həmin obyektinin paylı mülkiyyəçiləri kimi onun və qardaşının (hazırda Cavabdeh2) arasında bağlanılmış “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslə tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında” 21 sentyabr 2022-ci il tarixli 3638 nömrəli Müqaviləyə əsasən Lənkəran şəhəri, İskəndər Səmədzadəküçəsi, 59 ünvanında qeyriyaşayış binanın yerləşdiyi 129.4 kv.m. torpaq sahəsi icarəyə verilmişdir. Daha sonra, xx.xx.2021-ci il tarixinə olan vəziyyətə əsasən AR İN ƏMDX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il **********43-06301 reyestr, ********** qeydiyyat nömrəli Çıxarış, həmçinin AR İN ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən həmin “Dostluq çayxanası”na aid **********43 reyestr nömrəli. 8690 inventar nömrəli Texniki Pasport işlənmişdir. Həmin sənəddə icarədə olan torpaq sahəsi 3 (üç) ayrı-ayrı hissələrdə olmaqla ağ-qara zolaqla işarələnmişdir. Qeyd edirəm ki, göstərilən torpaq sahəsi hissələrindən ən böyük olanının sahəsi: eni 420sm. uzunluğu 1710 sm. olmaqla - 71,82 kv.m., torpaq sahəsi hissələrindən orta həcmli olanın sahəsi: eni 400 və 375 sm. uzunluğu 1250 sm olmaqla - 54,25 kv.m. təşkil edir sırf çayxana xidmətinin göstərilməsindən ötrü istifadə edilməkdədir. Lakin yay mövsümü bitəndən sonra həmin torpaq sahələrində yerləşdirilmiş masalar və oturacaqlar yağışlar altında qalaraq sıradan çıxmamasından, həmçinin yağışlı günlərdə də vətəndaşlara çay xidməti göstərilməsindən ötrü qərara gəlmiş ki, həmin sahənin dəqiqi sərhədləri içərisində mövcud tikinti norma və qaydalarına uyğun dəmir konstruksiya tipli talvarlar quraşdırsın. Məsələ ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin memarlıq şöbəsinə müraciət etdim. İcra hakimiyyətinin memarlıq şöbəsinə təqdim etdiyi hüquq müəyyəedici sənədlər, həmçinin, yerində aparılmış müvafiq baxış və müayinələr əsasında "‘Lənkəran şəhər sakini X9, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX-0001345 saylı çıxarışına əsasən şəhərin İskəndər Səmədzadə küçəsi 59 ünvanında yenidənqurma və əlavələr işlərinin aparacağı qeyriyaşayış binasının layihəsi” Lənkəran şəhərinin Baş memarı ilə razılaşdırılmaqla Lənkəran Şəhəri İcra Hakimiyyətinin dairəvi möhürü ilə təsdiq edilmişdir. Həmin layihə AR İN ƏMDX DƏDKRX-nin hüquqmüəyyənedici sənədlərinə, həmçinin, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən işlənib, hazırlanmış və təsdiq edilmişdir. Yuxarıda göstərilən Layihənin hazırlanması ilə paralel olaraq yuxarıda qeyd edilən “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslə tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında" 21 sentyabr 2022-ci il tarixli 3638 nömrəli Müqavilənin 2.2-ci və 6.1-ci bəndlərinin müddəalarını rəhbər tutaraq, Həmin Müqaviləyə əsasən tərəfindən icarəyə götürülmüş Lənkəran şəhəri, İskəndər Səmədzadəküçəsi, 59 ünvanında qeyri-yaşayış binanın yerləşdiyi 129.4 kv.m. torpaq sahəsinin hüdudlarında istehlakçılara göstərilən çay xidmətinin səviyyəsinin artırılması məqsədilə, tikinti-quraşdırma layihəsi aidiyyati yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış və mövcud tikinti norma və qaydalara uyğun olaraq quraşdırılması nəzərdə tutulan dəmir konstruksiya tipli Talvarların quraşdırılması ilə bağlı tərəfindən AR İN ƏMDXnin rəis müavini cənab Elçin Yusubova müraciət etmişdir. Həmin ərizə xx.xx.2023-cü il tarixdə sürətli poçt müəssisəsi (Royal Express) vasitəsilə ünavanına çatdırılmışdır. Bir daha qeyd edir ki, həm istehlakçılara yüksək keyfiyyətli çay xidmətləri göstərilməsi, həm də ona baha qiymədə başa gəlmiş avadanlıqlarının qorunması məqsədi ilə o, mövcud tikinti norma və qaydalara uyğun olaraq quraşdırılması nəzərdə tutulan dəmir konstruksiya tipli Talvarların tikinti-quraşdırma layihəsi aidiyyati yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, quraşdırılmasına yazılı razılıq almaq üçün AR İN ƏMDX-nin rəis müavini cənab Elçin Yusubova müraciət etməklə, paylı mülkiyyətə sahiblənmiş cavabdeh X10 1 (bir) qəpik belə almadan, yalnız öz şəxsi vəsaitim hesabına o icarəyə götürdüyü torpaq sahəsinin sərhədləri daxilin gözəl, yaraşıqlı və keyfiyyətli dəmir konstruksiyalı talvar quraşdırmışdır. Lakin, sonradan bəlli olmuşdur ki, kifayət qədər böyük xərcə ona başa gəlmiş Talvarımın sökülməsindən ötrü qardaşı Cavabdeh2 iddiaçı qismində, cavabdehlər AR İN ƏMDX-nə və ona (X12) qarşı “icarə müqaviləsinin etibarsız sayılması və qanunsuz tikililərin sökülməsi” barədə tamamilə əsassız, uydurma və qanunsuz iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi üzrə 2(011)- 8382/2023 saylı mülki Xətai Rayon Məhkəməsinin (hakim Aygün Həsənova) icraatında olmuşdur. Həmin iddia tələbinə görə iddiaçı məhkəmədən aşağıdakıları xahiş etmişdir: “xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə X18 və Cavabdeh2 arasında "Özəlləşdirilən dövlət müəssisə və obyektlərin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin icarəyə verilməsi haqqında" 3638 saylı müqavilənin etibarsız sayılması və qanunsuz tikililərinin sökülməsi barədə qətnamə qəbul edilsin. ”Göründüyü kimi, mülkünün tən yarısına qanundan kənar yollarla sahibləndirilmiş Cavabdeh2 bilərəkdən və qərəzli olaraq özünün paylı mülkiyyətçi hüquqlarından suiistifadə edərək, özünün vəzifələri vicdanla yerinə yetirməyərək, onun min əziyyətlə özəlləşdirdiyi, fəliyyətinin yararsız hala gətirilməsinə və müflis edilməsinə imkan vermədiyi, fəaliyyətini davam və inkişaf etdirməklə, istifadə ərazisini böyütməklə özünün və onun ailəsinin maddi təminatını yoluna qoyduğu "Dostluq çayxanası-nın fəaliyyətini məqsədli şəkildə iflic vəziyyətinə gətirməklə məşğuldur. O, "Dostluq çayxanasi-’nın onun və ailəsinin yeganə dolanışıq mənbəyi olduğunu və yuxarıda göstərilən İcarə müqaviləsinin pozulması halında həmin çayxananın rentabelliyi (gəlirliliyi) itiriləcəyini, obyektinin tamamilə müflis olacağını, bunun nəticəsində onun ailə büdcəsinə bərpaedilməz maddi ziyan vurulacağını bilə-bilə, özünün qanunazidd hərəkətlərini yenə də davam etdirir. Ona tam aydın olmuşdur ki, əgər onun adından qanunsuz yollarla Cavabdeh2 adına keçirilmiş qanuni mülkümün həmin payını geri almasa bu şəxs işini iflic edəcəkdir. Vəziyyətin artıq dözülməz olduğunu anlayaraq o, qərara gəlmişdir ki, onun qanuni mülkünün tən yarısının hansı yollarla qardaşı Cavabdeh2 əlinə keçdiyini aydınlaşdırsın. Bununla əlaqədar olaraq o, 2023-cü ilin dekabr ayında müvafiq sorğular vasitəsilə vaxtikən adından oxuya bilmədiyi latın qrafikasında tərtib edilmiş və ona Azərbaycan Respublikası Ədliyyə Nazirli Penitensiar Xidməti Bakı İstitaq Təcridxanasında imzalatdırılmış və həmin İstitaq Təcridxanasının rəisi ədliyyə polkovniki E.S.Sadıxov tərəfindən vəzifə səlahiyyətlərndən kənar şəkildə, qanunsuz və əsassız olaraq “təsdiq edilmiş” saxata “Etibarnamə”nin və həmin saxta “Etibarnamə” əsasında hərəkət edən dayısı Cavabdeh1 tərəfindən Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və mülkiyyət hüququ əsasında ona məxsus olan Dostluq Çayxanasının ½-i qardaşı Cavabdeh2 bağışlanması haqqında 25 may 2012-ci il tarixdə Lənkəran Rayon Notariusu S.Y.İsmayılovun iştirakı ilə bağlanılmış “Qeyri-yaşayış binasının Bağışlanma Müqaviləsi”nin surətlərini əldə etmişdir. Daha sonra o, 2024-cü ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinə rəsmi sorğu ilə müraciət etmiş və həmin müraciətə cavab olaraq ona Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivindən 01 aprel 2024-cü il tarixli 3-165/6-13Q-426/24 nömrəli Məktubla birlikdə İddiaçı təqdim edilmiş Lənkəran rayon 1 saylı notariat ofisində xx.xx.2012-ci il tarixdə rəsmiləşdirilmiş 4Ə-02-683 reyestr nömrəli iş üzrə cəmi 14 vərəqdən ibarət olan 11 (on bir) sənəd tikilmiş iş Qovluğunun Notarial təsdiq edilmiş surəti təqdim edilmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl o, qardaşı Cavabdeh2 mülkünün yarısının ona qaytarılması haqqında xx.xx.2023-cü il tarixli bildiriş də göndərmişdir. Həmin bildiriş, eyni zamanda Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu Səfər İsmayılova da verilmişdir. Hesab edir ki, iddia tələbil qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə göstərilənləri təsdiq edərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhhəmə iclasında iştirak edən Cavabdeh2 izahatında göstərdi ki, etibarnamə tam qanuni əsaslarla qardaşı tərəfindən qardaşının istəyi ilə verilmişdir. İddiada göstərilənlər tamamilə uydurmadır, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh X13 vəkili Vəkil1 göstərdi ki, tərəflər arasında bundan əvvəl də Lənkəran Rayon Məhkəməsinin icraatında bağışlama müqaviləsinin ləğv edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və həmin iş üzrə araşdırma zamanı hazırda iddiaçı olan X19 dəfərlərlə bildirmişdir ki, verdiyi etibarnamələr tam qanuni və əsaslıdır. Hazırda isə o, həmin bildirdiklərinin əksini qeyd edir. İddiada göstərilənlər tamamilə uydurmadır. Heç bir əsası yoxdur. İddiaçı etibarnamə verdiyi dövrdə artıq məhkum hesab edilmişdir. Göstərilənlərlə yanaşı artıq etibarnamənin verilməsindən 13 il keçmişdir və hazırkı iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın Cavabdeh2 aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, iddiaçı onun bacısı oğludur və o iki dəfə məhkum edilmişdir. Sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsində məhkum edildikdən sonra İddiaçı onun adına əmlak olduğunu və bu hala görtə cəzaçəkmə müəssisəsində çətinlik yaşayacağını bildirib həmin əmlakı qardaşı Cavabdeh2 bağışlamaq istədiyini bildirmişdir. Bu məqsədlə İddiaçı (hıəmin vaxt Qədirov olmuşdur) özü etibarnamə vermək istəmiş, lakin müəyyən problem çıxmış, daha sonra isə etibarnaməni dayısı, yəni onun qardaşı Cavabdeh1 vermişdir. Hesab edir ki, verilmiş etibarnamə tam qanuni əsasla verilmişdir, istintaq təcridxanasının müdiri sadəcə imzanı təsdiq etmişdir. Onun tərəfindən İddiaçı neçə illər ərzində yaxşılıqlar edilməsinə baxmayaraq sonuncu belə üsula əl atmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi iş üzrə cəlb edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına 27 avqust 2024-cü il tarixdə və Lənkəran Rayon 1 saylı Notariat Ofisinə 26 avqust 2024-cü il tarixdə poçt vasitəsi ilə çatdırılsa da, üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, habelə iddia tələbinə dair hər hansı vəsatət, etiraz göndərməməklə münasibət bildirməmişlər. Məhkəmə, iş üzrə üçüncü şəxsləri məhkəmə iclası barədə məlumatlandırılmış hesab edərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı tərəfindən iddia tələbinin əsası kimi aşağıdakı sübutlar təqdim edilmiş və həmin sübutlar məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış çıxarışdan göprünür ki, İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 19 noyabr 2020-ci il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran şəhəri, İskəndər Səmədzadə küşəsi 59, ümümi hahəsi olan 87.9 kv .m 0.00971 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərin olan qeyri-yaşayış binası İddiaçı mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2023-cü il tarixli nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, Lənkəran şəhəri, İskəndər Səmədzadə küşəsi 59 , ümümi hahəsi olan 87.9 kv .m 0.00971 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərin olan qeyri-yaşayış binası ½ hissədə X7 ½ hissədə isə Cavabdeh2 mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2012-ci il tarixli Lənkəran şəhəri, İskəndər Səmədzadə küşəsi yerləşən qeyri yaşayış binasının Notariat qaydada bağışlama müqaviləsindən görünür ki, Qədirov (Qədirli) Elnur Malik oğlu etibarnamə əsasında qardaşı Cavabdeh2 Lənkəran şəhəri, İskəndər Səmədzadə küşəs ümümi hahəsi olan 0.00971 ha torpaq sahəsində yerlşən ,1 mərtəbəli,ümumi sahəsi 87,9 kv.m olan Qeyri –yaşayış biması ½ hissəsini bağışlamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2012-ci il tarixli Etibarnamədən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasından olan Qədirov (Qədirli) Elnur Malik oğlu “Dostluq Çayxanasını“ əmlakı qardaşı Cavabdeh2 adına sənədləşdirilməsinə razılıq vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2012-ci il tarixli Etibarnamədən görünür ki, Azərbaycan Respublikası ƏN Xidməti Bakı İstintaq Təcridxanasından olan İddiaçı sözügüdən əmlak üzərində ½ hissəsində xx.xx.2012-ci il tarixədək bütün hərkətlər etməyi Cavabdeh1 etibar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 29 may 2012-ci il tarixli Lənkəran Rayon Notariat Konturunda Qədirov(Qədirli) Elnur Malik oğlunun arvadı X1 əmlakın bağışlanmasına razılıq vermişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş 1999-cu il tarixli Lənkəran Rayon Məhkəməsinin Hökmdən görünür ki, Qədirov (Qədirli) Elnur Malik oğlu 7 (yeddi)il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli 5578/2024 saylı məktubundan görünür ki, Bakı İstintaq Təcridxanasında etibarnamələrin qeydiyyat jurnalında ,həbsdə saxlanılan İddiaçı tərəfindən xx.xx.2012-ci ildə 032 saylı qeydiyyatla Cavabdeh1 etibarnamə verilməsi qeydə alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-518/2024 nömrəli qətnamədən görünür ki, İddiaçı Cavabdeh2 qarşı «30 may 2012-ci il tarixli bağışlanma müqaviləsindən imtina edilməsi və həmin müqavilə əsasında verilmiş çıxarışların dövlət qeydiyyatının ləğv edilməsi» haqqında iddiası təmin edilməmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsində göstərilənlərə hüquqi qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə ilk öncə hazırkı iş üzrə tətbiq edilməli olan normaları qeyd etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (yəni, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü,aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutları qiymətləndirən zaman məhkəmə «əsaslı şübhələr yaratmayan» sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər («Avşar Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı № 25657/94, §282). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Kraska İsveçrəyə qarşı» iş üzrə xx.xx.1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd olunanlar müəyyən olunur ki, iddianın əsaslılığını təsdiq edən sübutları tqədim etmək vəzifəsi iddiaçının üzərinə düşür. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sona MM) 362.3.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə yerlərində olan şəxslərin müvafiq azadlıqdan məhrumetmə yerinin rəisi tərəfindən təsdiqlənmiş etibarnamələri notariat qaydasında təsdiqlənən etibarnamələrə bərabər tutulur. MM-nin 337-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir MM-nin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. MM-nin 354-cü maddəsinə əsassən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 407.2-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin yekun qərarı elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin (bunsan sonra CİM) 67.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istintaq təcridxanasının müdiriyyəti tərəfindən hökmün surətini və onun icrası barədə məhkəmənin göstərişi alındığı vaxtdan on gündən gec olmayaraq cəzalarını çəkmək üçün cəzaçəkmə müəssisələrinə göndərilirlər. Məhkum bu müddət ərzində yaxın qohumları ilə bir qısamüddətli görüş hüququna malikdir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli Azərbaycan Respublikası Qanunun 26.2-ci maddəsinə əsasən həbs edilmiş şəxslər istintaq təcridxanasında notariusun xidmətlərindən istifadə edə bilərlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 31 oktyabr 2019-cu il tarixli, 21 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti haqqında Əsasnamə”nin 3.1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanaları - penitensiar müəssisələr hesab edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 30 dekabr 2010-cu il tarixdə dövlət qeydiyyatına alınmış 19 noyabr 2010-cu il tarixli, 16T nömrəli əmri ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X17”-nın “ Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tulan sənədlərin penitensiar müəssisələrin rəisləri tərəfindən təsdiq edilməsi qaydaları” adlanan 79-cu fəslinin 375-377 və 388-ci maddələrində qeyd edilir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin (vəsiyyətnamələrin və etibarnamələrin) penitensiar müəssisələrin rəisləri tərəfindən təsdiq edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 10 iyul tarxli 116 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası”na uyğun həyata keçirilir. Vəsiyyətnamələri və etibarnamələri təsdiq edən penitensiar müəssisənin rəisi bu məqsədlə onlara müraciət etmiş şəxslərə öz hüquqlarının həyata keçirilməsində və qanuni mənafelərinin müdafiə edilməsində yardım göstərməyə, hüquq və vəzifələrini izah etməyə, təsdiq edilmiş sənədlərin nəticələri barədə xəbərdarlıq etməyə borcludur. Zərurət yarandıqda vəsiyyətnamə və etibarnamə təsdiqi üçün müraciət etmiş şəxslərin xahişi ilə vəsiyyətnamə və etibarnamənin layihələrini tərtib etməli, habelə notariat hərəkətlərinin aparılmasına dair izahat verməlidir. Penitensiar müəssisənin rəisi vəsiyyətnamələri və etibarnamələri təsdiq edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması haqqında Təlimat”ı rəhbər tutur. “Notariat qaydasında təsdiq edilmiş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərəfindən təsdiq edilməsi Qaydası” ilə müəyyən edilmiş forma üzrə qeydiyyat kitabında təsdiq edilmiş vəsiyyətnamə və etibarnamə qeydə alınır və sənədə müstəqil nömrə verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2015-ci il 30 iyun tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 X24 X4 Təşkilinə dair Təlimat”-ın 1.3.16-cı bəndində əsasən Penitensiar müəssisələrin qeydiyyat qurumları müəssisə rəisinin göstərişi ilə həbs edilmiş şəxsin və ya məhkumun mülki hüquq və ailə-hüquq münasibətlərində iştirakı üçün notariat xidmətlərindən istifadə etməsinə şərait yaradır və müvafiq kitabda qeydlər aparır. Məhkəmə iddianın təmin edilməməsi barədə gəldiyini nəticəni aşağıdakılara əsasən əsalandırılmasını qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı 05 yanvar 1998-ci il tarixli, 9364 nömrəli “Müəssisənin (obyektin) Alqı-Satqısı Müqaviləsi” əsasında ünvan 2 ünvanında yerləşən, 87.33 kv.m. ümumi sahəsi olan “Dostluq çayxanası”-nı öz adına özəlləşdirilmişdir. Bundan bir müddət sonra, konkret olaraq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə, İddiaçı (həmin vaxt Qədirov olmuşdur) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.3-cü maddəsi ilə təqsirli bilinərək 12 il müddətinə azdlıqdan məhrumetmə cazasına məhkum edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarına əsasən təyin edilmiş cəza 11 ilə endirilmişdir. 10 mart 2012-ci il tarixdə, yəni artıq barəsində elan edilmiş hökm qanuni qüvvəyə mindikdən sonra istintaq təcridxanasında saxlanılarkən İddiaçı dayısı Cavabdeh1 Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən Dostluq Çayxanasının səndələri, AR ƏMDK yanında DƏDRX Lənkəran ərazi idarəsinə təqdim etməyi, Çıxarış, Texniki pasort və forma 1 arayışı almağı, sənədləri aldıqdan sonra həmin qeyri-yaşayış binasının ½ hissəsini bağışlamağı, müqaviləni imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi etibar etmiş və etibarnamənin 1 il müddətinə qüvvədə olması göstərilmişdir. Bu etibarnamə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasının etibarnamələrin qeydiyyat jurnalında 032 nömrə ilə qeydiyyata alınmışdır. Bundan sonra isə həmin etibarnamə əsasında Cavabdeh1 tərəfindən 25 may 2012-ci il tarixdə Lənkəran şəhəri Səmədzadə küçəsi 18 ünvanda yerləşən və Dostluq Çayxanasının ½ hissəsi Cavabdeh2 bağışlanılmışdır. Hazırda iddiaçı 10 mart 2012-ci il tarixli etibarnamənin və 25 may 2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının 10 mart 2012-ci il tarixli etibarnamə verilərkən istintaq təcridxanasının rəisinin belə səlahiyyətə malik olmaması ilə bağlı qeyd edir ki, işin hallarından müəyyən edildi ki, iddiaçı haqqında məhkəmə hökmü 13 fevral 2012-ci il tarixdə qanuni qüvvəyə mindikdən sonra o, artıq məhkum hesab edilmişdir. Yuxarıda qeyd edilən CİM-in 67-ci maddəsinin tələbindən də görünür ki, barəsində qanuni qüvvəyə minmiş hökm olan şəxs kimi iddiaçının məhkumun malik olduğu hüquqlara (yaxın qohumları ilə bir qısamüddətli görüş) da malik olmuşdur. Başqa sözlə, İddiaçı artıq azadlıqdan məhrum etmə cəzasını çəkən məhkum hesab edilmişdir. Eləcə də yuxarıda şərh olunan qanunvericilik normasından göründüyü kimi, istintaq təcridxanası da penitensiar müəssisə hesab edilmişdir və penitensiar müəssisəsinin rəhbərinin etibarnamə vermək kimi səlahiyyəti də yenə də qanunvericilik tərəfindən müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə, hesab edir ki, barəsində ittiham hökmü azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxs qismində cəzasını çəkdiyi müddətdə pentensiar müəssisə kimi istintaq təcridxanası tərəfindən şəxsin öz razılığı ilə verilmiş etibarnamə onu vermiş subyektə münasibətdə (hazırkı iş üzrə istintaq təcridxanasının rəisi) etibarsız hesab edilə bilməz. Məhkəmə, bu qənaətə gələrkən eyni zamanda onu da qeyd edir ki, qanunverici orqan MM-nin 362.3.3-cü maddəsində “azadlıqdan məhrum etmə yeri” ifadəsindən istifadə etmişdir ki, bu ad altında təkcə CİM-də göstərilmiş cəzaçəkmə müəssisələri nəzərdə tutula bilməz. Azadlıqdan məhrumetmə yeri şəxsin azadlıqdan məhrum edildiyi istənilən yeri – həbsxanaları, istintaq təcridxanalarını, polis məntəqələrini, əcnəbilər və ya sığınacaq axtaranlar üçün saxlanma mərkəzlərini, yetkinlik yaşına çatmayanlar üçün saxlanma mərkəzlərini, sosial xidmət müəssisələrini, psixiatriya müəssisələrini, hərbi qulluqçular üçün həbsxanaları və ya kameraları və insanların azadlıqdan məhrum edildiyi istənilən digər yerləri əhatə edir. Qanunvericilik yalnız həmin yerlərdə saxlanılan şəxslərə münasibətdə notariat hərəkətlərinin həyata keçirilməsini spesifikləşdirərək qanun norması kimi təsbit etmişdir. Məsələn sığınacaq məntəqələrinin rəhbərlərinə bu kimi (notariat fəaliyyətinin aparılması) səlahiyyət verilməmişdir. Hazırkı işə münasibətdə isə xüsusilə qeyd edilməli hal, tarix faktorudur. Belə ki, MM Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli 779-İQ nömrəli qanunu ilə təsdiq edilmiş, həmin Məcəllənin 362.3.3-cü maddəsi də həmin tarixdən heç bir dəyişliyə məruz qalmadan qüvvədə saxlanılmışdır. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun 22 may 2012-ci il tarixdə, yəni hazırk iş üzrə etibarnamə verildiyi tarixdən sonra (10 mart 2012-ci il) qəbul edilmişdir ki, həmin Qanunun 4.1.3-cü maddəsinə əsasən istintaq təcridxanaları həbs yerləri hesab edilmişdir. Qeyd olunanlardan aydın olur ki, 10 mart 2012-ci il tarixli etibarnamə verilərkən həmin zaman (yəni mübahisəli hüquq münasibətinin yarandığı) qüvvədə olan maddi hüquq normalarına uyğun verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 10 mart 2012-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi barədə iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iddiaçının 25 may 2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsinə qiymət verərək qeyd edir ki, iddiaçı tərəfindən həmin bağışlama müqaviləsinin etibarsızlığına dair hər hansı başqa əsas irəli sürmədiyindən və məhkəmə tərəfindən iddiaçının 10 mart 2012-ci il tarixli etibarnamənin etibarsız hesab edilməsi barədə iddiası əsassız hesab edilməsi qənaətinə gəldiyindən məhkəmə hesab edir ki, iddiaçının 25 may 2012-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə dair hissəsi də əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, Cavabdeh2 hazırkı iş üzrə iddia müddətinin tətbiqi barədə ərizzəsinə hüquqi qiymət verərkən qeyd edir ki, iddia ərizəsinin özündə iddiaçı tərəfdən qeyd edilmişdir ki, “həmin vaxt Nümayəndə onu inandırdı ki, onun adına bütün yeni formada mülkiyyət sənədlərini alacaqdır və bundan ötrü dayısı X3 adına tərəfindən müvafiq etibarnamə verilməlidir. O, onunla bu barədə razılaşmışdır.” Göründüyü kimi iddia ərizəsində iddiaçı etibarnaməni özü öz razılığı ilə verdiyini təsdiq etmişdir. Daha sonra isə iddiaçı iddia ərizəsində göstərmişdir ki, “O, xx.xx.2020-ci ildə azadlığa çıxandan sonra, ona məlum olmuşdur ki, latın qrafikası ilə yazılmış və onun vaxtikən oxumadan imzaladığı qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüquqi qüvvəli hesab edilməyən - saxta “etibarnamə” əsasında onun doğma qardaşı (cavabdeh) onun şəxsi mülkünün tən yarısına sahibləndirilmişdir.” Göründüyü kimi iddiaçı tərəfindən özünün aldadıldğını bildiyi vaxt xx.xx.2020-ci il tarixdir. Lakin məhkəmə tərəfindən iddiaçı tərəfindən verilmiş «etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış “Qeyri-Yaşayış Binasının 1/2-ni bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi» tələbinin əsassız olması müəyyən edildiyindən hazırkı iş üzrə iddia müddətinin tətbiqini mümkün saymamışdır. Beləliklə, məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmaqla belə nəticəyə gəlir ki, iddianın əsaslılığını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən, təqdim edilmiş sübutlar isə iddianın təmin edilməsi üçün kifayət etmədiyindən iddia rədd edilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası və Lənkəran Rayon 1 saylı Notariat Ofisini üçüncü şəxs qismində cəlb etdiyi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «etibarnamənin etibarsız hesab edilməsi və həmin etibarnamə əsasında bağlanmış “Qeyri-Yaşayış Binasının 1/2-ni bağışlama müqaviləsi”nin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar