Məhkəmə qərarları › İş №2(049)-2336/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2336/2023

24.07.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2336/2023 24.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Cavabdeh nümayəndəsi (direktoru) Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Cavabdehna qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı” tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Cavabdehna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi Xüsusi Konstruktor Texnoloji Bürosunun direktoru Nümayəndə tərəfindən imzalanmış 17 aprel 2023-cü il tarixli 14/k №li əmrin qanunsuz hesab edilərək ləgv olunması və əvvəllər işlədiyi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi Xüsusi Konstruktor Texnoloji Bürosuna hüquq məsləhətçisi vəzifəsinə bərpa edilməklə məcburi işburaxma müddətinə görə əmək haqqının tutulub onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi Xüsusi Konstruktor Texnoloji Bürosuna kompyuter-operatoru işinə qəbul edilmiş, həmin işdə 3 ay işlədikdən sonra o, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi Xüsusi Konstruktor Texnoloji Bürosuna hüquq məsələləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilmişdir. 19 may 2019-cu il tarixdə baş mütəxəssis ştatı ləğv olunaraq hüquq məsləhətçisi ştatı adlanmağa başlanmışdı və o, əmək fəaliyyətini hüquq məsləhətçisi kimi davam etdirməyə başlamışdır. Həmin vaxtdan da 17 aprel 2023-cü il tarixə kimi həmin vəzifədə işləmişdir. 07 aprel 2023-cü il tarixdə saat 13-də nahar fasiləsinə çıxıb, evə gedərkən atasının avtomaşını ustada olduğu üçün və usta avtomaşını gec düzlətdiyinə görə ona zəng edib, əsəbi halda bildirmişdir ki, usta maşınının düzəltməyini gecikdirir və işləri tökülüb qalıbdır. O, da evə getməyib, bir-başa ustanın yanına getmiş və usta ilə bununla bağlı mübahisə etmişdir. Əsəbi olduğu üçün nahar etmək üçün evə getməyib, təkrar nahar fasiləsinin bitməməsinə baxmayaraq işə qayıtmışdır. İş yerinə daxil olarkən həyat yoldaşı ona zəng edib və bildirib ki, bununla bağlı evdə mübahisə gedir, ondan da əlavə evdə olan sosial problemlər də həmin problemə əlavə olunaraq mübahisəni daha da şiddətli vəziyyətə gətirib, çıxardıbdır. O, da telefonla danışığını ətraf hiss etməsin deyə, nahar fasiləsi olduğuna görə direktorun müavinin otağının qarşısında 1-ci mərtəbədə 10 dəqiqəyədək danışmış və bəzi işçilər nahar fasiləsinə getmədiyinə görə ordan gəlib, keçmələrini görüb, öz otağı olsa da, bəzi iş yoldaşlarının otağında nahar etdiklərini fikirləşib, öz otağına deyil, 3-cü mərtəbənin koridoruna qalxaraq danışmağına davam etmişdir. Təqribən 10 dəqiqədə orada durub, danışdıqdan sonra işçilərin koridorda hərəkətini görüb, öz otağına getmək qərarına gəlmiş, 2-ci mərtəbədə öz otağına gedərkən qonşu otaqdakı qapının açarının açılmasının səsi gəlmiş və qapı lay-lay açılmışdır. Bu zaman o, qapının açıldığını görüb, qapıya yaxınlaşmış və həmin otaqda xanım iş yoldaşlarından birini görmüşdür. Ondan otaqda nə etdiyini soruşmuş, o isə namaz qıldığını bildirmişdir. Ona deyib ki, işini bitiribsə, bir dəqiqə çıxsın, icazə versin telefonla danışsın. O, canamazını götürüb, çölə çıxanda və telefonla danışa-danışa otağa daxil olmuş, o, da əsəbi olduğunu, gözlərinin yaşla dolmasını və sifətinin qırmızı olmasını görüb, nə baş verdiyini ondan soruşmuşdu. Heç nə baş vermədiyini ona bildirmişdir. Bundan sonra o, əsəbi olduğumüçün telefonla danışa-danışa otaqdan çıxaraq əlində sıxdığı idarə etdiyim avtomaşının açarını pəncərədəki balkonun poluna çırpmış, açarın bir hissəsi balkonda qalmış və digər nazik hissəsi isə həyətə gözü ilə gördüyü yerə düşmüşdür. Əvvəlcə açarın balkona düşən hissəsini götürdüm, sonra açarın həyətə düşən həmin hissəsinin düşdüyü yer otluq və xırda daşlıq olduğu üçün və iş yerinə giriş-çıxış qapısından çıxıb, həmin yeri tapa bilməyəcəyimi görüb, bir başa balkondan həyətə düşdüm və açarın həmin hissəsini yerdən götürüb, əsəbi halda olduğum üçün, gözlərim yaşla doluxmuş vəziyyətdə və sifətim qırmızı vəziyyətdə olduğu üçün 5 dəqiqəyə yaxın maşınında əyləşib, özünü sakitləşdirdikdən sonra gözlərinin şişi işçilərin onunla xanımın eyni vaxtda otaqda olması kimi şübhələri olmuşdur. O, sözügedən xanımı 2018-ci ildən tanıyır, övladlarının müəlliməsi olub və özünün də onun həyat yoldaşı ilə sıx əlaqəsi vardır. Xanımın da yoldaşını o, 20 ildən artıqdır ki, tanıyır. Bu hadisə ilə bağlı yanlış fikirləşən işçilər xanımdan üzr istəmişlər və belə bir hadisənin yaşanmamış kimi işlərinə davam etməyi qərara almışlar. 10 aprel 2023-cü il tarixdə müəssisənin direktoru Sədi İsmaylov da söhbətdən xəbərdar olmuş və ona da bildirmişdir ki, heç bir əsas olmadan boş yerə yaranan şübhə ilə bağlı bütün söhbətlər normal və haqlı həllini tapmışdır. Aprel ayının 17-də saat 17 radələrində direktor Nümayəndə onu otağına çağıraraq, bu məsələnin haqla və normal şəkildə həllini tapmasına baxmayaraq, müəssisədən adı bəlli olmayan kimsə Baş İdarəyə və Nazirliyə bununla bağlı müraciət edərək hadisə barədə yalandan məlumat verdiyinə görə Milli Aerokosmik Agentliyinin baş direktoru Natiq Cavadov da buna inanaraq Natiq Cavadov tərəfindən ona iki yol seçmə haqqının verdiyini nəzərinə çatdırmışdır. Demişdir ki, ya öz istəyin ilə bu günki, tarixə ərizəni yazıb işdən çıxmalısan, ya da baş idarədən bu işi araşdırmaq üçün təhqiqat gələcək və həmin xanımın həyat yoldaşı da bu məsələdən agah ediləcək. O, da olmayan bir işə görə illərin ailə münasibətini, illərin dostluğunu və ən əsası da baş verə biləcək cinayətin qarşısını almaq məqsədi ilə, həm də evində yaşanan sosial problemlərin təsiri altına düşərək, komissiyanın araşdırmasına yox, təhdidlə də olsa, öz xahişi ilə, yəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndi ilə işdən öz istəyimlə azad olunmağıma qərar vermişdir. Buna baxmayaraq 7 il işlədiyi və öyrəşdiyim kollektivdən bu cür təhdid və qara yaxma nəticəsində ayrılmağı ona çox pis təsir etdi. İşdən çıxmağı haqqında əmr ona xx.xx.2023-cü il tarixdə verilmişdir. Sabahı yəni xx.xx.2023-cü il tarixdə rəsmi poçt vasitəsi ilə müəssisənin direktoruna məktub yazıb (bildirişli), məktubda planlaşdırılmış yaşayış yerini dəyişmədiyini, bir gün qabaqki təkzib ərizəsini qəbul etmədiyinə görə rəsmi poçt vasitəsi ilə məktub yazmağını bildirmişdir. Milli Aerokosmik Agentliyinin Baş direktoru Natiq Cavadova rəsmi poçt vasitəsi ilə bildirişli məktub yazmışdır. İşlədiyim dövr ərzində heç bir qanun pozuntusuna yol verməmişdir. Müəssisənin daxili nizam-intizam qaydalarına daim riayət etmişdir. Ona görə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, 17 aprel 2023-cü il tarixdə işdən azad edilməsi ilə əlaqədar ərizəni rəhbərliyin təzyiqi və təhdidi altında yazmışdır. Sonradan müəssisə rəhbərinə işdən azad edilməsi barədə ərizəsinə dair təkzib ərizəsini təqdim etsə də buna müsbət cavab verilməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, İddiaçı 17 aprel 2023-cü il tarixdə işdən azad olunma haqqında ərizəsini işlədiyi müəssisənin rəhbərliyinin təzyiqi altında yazmağa məcbur olmuşdur. Belə ki, rəhbərlik tərəfindən ona bildirilmişdir ki, müəssisədə baş vermiş hadisənin araşdırılması üçün Milli Aerokosmik Agentliyi tərəfindən komissiya göndəriləcəkdir. İddiaçı sonradan 19 aprel 2023-cü il tarixdə Cavabdeh rəhbərinə ərizə ilə müraciət edərək, işdən azad edilməsini təkzib etsə də o, işə bərpa edilməmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, o, Cavabdeh direktoru vəzifəsində işləyir. İddiaçı büroda hüquq məsləhətçisi vəzifəsində işləmişdir. 17 aprel 2023-cü il tarixdə İddiaçı ona ərizə ilə müraciət edərək, həmin tarixdə işdən azad edilməsini xahiş etmişdir. Həmin ərizə İddiaçı tərəfindən tamamilə könüllü olaraq yazılmışdır və bu barədə ona hər hansı əməkdaş tərəfindən heç bir təzyiq və təsir göstərilməmişdir. Ərizədə işdən azad edilmə üçün dəqiq tarix qeyd edildiyinə görə o, ərizəyə dərkənar yazaraq müvafiq əmrin hazırlanması barədə aidiyyəti əməkdaşa tapşırıq vermişdir. Cavabdeh direktorunun 17 aprel 2023-cü il tarixli 14/K saylı əmri ilə İddiaçı həmin tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən, tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmə haqqında bildiriş elektron sistemə daxil edilmişdir. Bundan sonra 19 aprel 2023-cü il tarixdə İddiaçı yenidən ərizə ilə ona müraciət edərək, işdən azad edilməsi barədə ərizəsini təkzib etdiyini və işə bərpa edilmək istədiyini bildirmişdir. Lakin müəssisənin işə qəbul barədə təlimatına əsasən, işə qəbul müsabiqə əsasında həyata keçirildiyinə görə İddiaçı həmin müsabiqədən keçərək işə qəbul edilə bilər. Onun işdən azad edilməsi barədə sənədləşdirmə tam olaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə aparılmışdır. Bu səbəbdən də iddia tələbi tamamilə əsassızdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh direktoruna ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, həmin ərizə ilə yaşayış yerini dəyişdiyinə görə xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Cavabdeh direktorunun 17 aprel 2023-cü il tarixli 14/K saylı əmrinin surətindən görünür ki, həmin əmr ilə hüquq məsləhətçisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (yaşayış yerini dəyişdiyinə görə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş “əmək müqaviləsinə xitam verilməsi ilə bağlı” əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı barəsində olan 17 aprel 2023-cü il tarixli 14/K saylı əmrə dair bildiriş xx.xx.2023-cü il tarixdə Elektron Hökümət (www.egov.az) sistemi vasitəsilə elektron sistemə daxil edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Cavabdeh direktoruna ünvanlanmış 19 aprel 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, həmin ərizə ilə o, xx.xx.2023-cü il tarixdə işdən könüllü azad edilməsi ilə bağlı verdiyi ərizəsinin qüvvədən düşməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 26.1-ci madəsinə əsasən “Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.” Azərbaycan Respublikasının Konstitusiyasının 35.2-ci madəsinə əsasən “Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır.” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.” Həmin Məcəllənin 11.1-ci maddəsinin “b” bəndinə əsasən “Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarındandır.” Həmin məcəllənin 69-cu maddəsinn 3-cü hissəsinə əsasən, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşin faktiki hallarından müəyyən edilir ki, İddiaçı 17 aprel 2023-cü il tarixdə hüquq məsləhətçisi vəzifəsində işlədiyi Cavabdeh direktoruna ərizə ilə müraciət edərək yaşayış yerini dəyişdiyinə görə xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. Həmin gün o, işlədiyi müəssisənin rəhbərinin müvafiq əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (yaşayış yerini dəyişdiyinə görə) tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İki gün sonra xx.xx.2023-cü il tarixdə o, həmin müəssisənin rəhbərinə ilə müraciət edərək, xx.xx.2023-cü il tarixdə işdən könüllü azad edilməsi ilə bağlı verdiyi ərizəsinin qüvvədən düşməsini xahiş etmişdir. Həmin ərizənin məzmundan görünür ki, İddiaçı işdən azad edilməsi haqqında olan xx.xx.2023-cü il tarixli əmrdən xəbərdar olmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, İddiaçı ilə “əmək müqaviləsinə xitam verilməsi haqqında” 17 aprel 2023-cü il tarixli 14/K saylı əmr qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehna qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Cavabdehna qarşı “işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar