Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2372/2024 25.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Əmək Və Əhalı̇ nin lȧ ısoṠ Müdafı̇ əsi Nazı̇ rlı̇ yi yaninda Dövlət Əmək Müfəttı̇ şlı̇ yi Xı̇ dmətı̇ nə qarşı əmək müqaviləsinin qüvvdən düşmüş hesab edilməsi və həmin məlumatın "əmək və məşğulluq" altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Əmək Və Əhalı̇ nin Sosial Müdafı̇ əsi Nazı̇ rlı̇ yi yaninda Dövlət Əmək Müfəttı̇ şlı̇ yi Xı̇ dmətı̇ nə qarşı əmək müqaviləsinin qüvvdən düşmüş hesab edilməsi və həmin məlumatın "əmək və məşğulluq" altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublı̇ kası Ali ninisəməkhəṀ nunumunelṖ 12 aprel 2019-cu il tarixli qərarının 1.6-cı bəndində göstərilmişdirş ki, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır Hazırkı ərizədən görünür ki, ərizəçi tərəfindən qeyd olunan hüquqi faktın nə məqsədlə lazım olduğunu göstərsə də, həmin faktın müəyyən edilməsi üçün lazımı sənədlərin ala bilməməsi barədə sübutlar ərizəyə əlavə edilməmişdir. Buna görə də, ərizə geri qaytarılmalıdır. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublı̇ kası Əmək Və Əhalı̇ nin Sosial Müdafı̇ əsi Nazı̇ rlı̇ yi yaninda Dövlət Əmək Müfəttı̇ şlı̇ yi Xı̇ dmətı̇ nə qarşı əmək müqaviləsinin qüvvdən düşmüş hesab edilməsi və həmin məlumatın "əmək və məşğulluq" altsisteminə daxil edilməsi hüququnun X1 Xidmətinə həvalə edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2372/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2372/2024
25.06.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver