Məhkəmə qərarları › İş №2(049)-2376/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2376/2024

02.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2376/2024 02.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «cehiz əşyalarının evdən çıxarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin vermiş olduğu Çıxarışa (Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış: Qeydiyyat tarixi-xx.xx.2024; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********95-10301) əsasən xüsusi mülkiyyətində olan və Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən 115.10 kv.m fərdi yaşayış evindən (həmçinin evin yerləşdiyi torpaq sahəsindən) cavabdehə məxsus olan mətbəx mebeli, aspirtor, 4 gözlü qaz sobası, peçka, 2 ədəd çılçıraq, 4 ədəd pərdə, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd soyuducu, 1 ədəd divan, 2 ədəd qorka, 1 ədəd kamod, 1 ədəd çılçıraq, 2 ədəd pərdə, 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd televizor, 1 ədəd televizoraltı, 1 ədəd DVD, 1 ədəd paltaryuyan, 1 ədəd sandıq, 2 ədəd tumba, 6 ədəd xalça, 1 ədəd təkadamlıq kravat, 1 ədəd ütü stolu, yorğan və döşəklər, həmçinin adlarını yaza bilmədiyi cavabdehin özü tərəfindən qablaşdırılmış qutularda (karobka) saxlanılan əşyalardan ibarət cehiz əmlakının çıxarılması barədə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun sabiq gəlinidir. X2 ilə cavabdeh arasında olan rəsmi nikah Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(049)-2131/2022 saylı qətnaməsinə əsasən pozulmuşdur. Oğlu ilə cavabdeh evləndikdən sonra sonuncu ona məxsus olmaqla Lənkəran rayonunun Gərmətük qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Onunla oğlu arasında olan rəsmi nikah məhkəmə qaydasında pozulmamışdan xeyli müddət əvvəl bir-birinə qarşı narazılıqları yarandığından onlar uzun müddət ayrılıqda yaşamışlar. Lakin buna baxmayaraq cavabdehə aid cehiz əşyaları halhazıradək onun mülkiyyətində (Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış: Qeydiyyat tarixi-xx.xx.2024; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********95-10301) olan evdədir. Belə ki, cavabdeh təxminən 6-7 il bundan əvvəl evdən çıxarkən özünə məxsus əşyaları qablaşdırıb saxlamışdır. Həmin əşyalar indiyədək də istifadə olunmadan onun mülkiyyətində olan evdədir. Buna görə də o, öz mülkiyyətində olan əmlakdan rahat şəkildə istifadə edə bilmir. Cavabdeh könüllü şəkildə evdən çıxıb gedərkən özünə məxsus gözlə görünə bilən əşyaları (qablaşdırdığı qutuların içərisində olan əşyalar istisna olmaqla) mətbəx mebeli, aspirtor, 4 gözlü qaz sobası, peçka, 2 ədəd çılçıraq, 4 ədəd pərdə, 1 ədəd stol və 6 ədəd stul, 1 ədəd soyuducu, 1 ədəd divan, 2 ədəd qorka, 1 ədəd kamod, 1 ədəd çılçıraq, 2 ədəd pərdə, 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd televizor, 1 ədəd televizoraltı, 1 ədəd DVD, 1 ədəd paltaryuyan, 1 ədəd sandıq, 2 ədəd tumba, 6 ədəd xalça, 1 ədəd təkadamlıq kravat, 1 ədəd ütü stolu, yorğan və döşəklər, həmçinin adlarını yaza bilmədiyi cavabdehin özü tərəfindən qablaşdırılmış qutularda (karobka) saxlanılan əşyalardan ibarət cehiz əmlakı qalmışdır. Halhazırda başqa qaydada hüquqları təmin olunmadığından məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152 və 157-ci, həmiçin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokola istinad etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib onun məzmununa uyğun izahat verərək və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul edərək izahatında göstərdi ki, iddiaçıya məxsus evə gəlin köçərkən apardığı cehiz əşyalarını özü də çıxarmaq istəyir. İddia ərizəsində və eyni zamanda məhkəmə tərəfindən qəbul edilmiş müvəqqəti təminat tədbirinə dair qərardadın icrası zamanı icra məmuru tərəfindən tərtib edilmiş aktda qeyd olunan əşyalar onun olsa da, lakin bəzi əşyaları natamamdır. Buna baxmayaraq iddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışdan (Qeydiyyat tarixi-xx.xx.2024; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********95-10301) görünür ki, Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən 115.10 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. 26 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş aktdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 16(049)-63/2024 saylı qərardadına əsasən Cavabdeh məxsus 131 (yüz otuz bir) adda əmlak-mətbəx mebeli, aspirator (işlək vəziyyətdə), 4 gözlü qaz sobası (işlək vəziyyətdə), peçka (işlək vəziyyətdə), 2 ədəd çılçıraq (işlək vəziyyətdə), 4 ədəd pərdə, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd soyuducu (işlək vəziyyətdə), 1 ədəd divan, 1 ədəd qorka, 1 ədəd kamod, 1 ədəd çılçıraq (yararsız), 2 ədəd pərdə, 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd televizor (işlək vəziyyətdə), 1 ədəd televizoraltı, 1 ədəd DVD (işlək vəziyyətdə), 1 ədəd paltaryuyan (işlək vəziyyətdə), 1 ədəd sandıq, 2 ədəd tumba, 6 ədəd xalça, 1 ədəd təkadamlıq kravat, 1 ədəd ütü stolu, 5 ədəd yorğan, 4 ədəd döşək, 1 ədəd taxt döşəyi, 14 ədəd döşəkçə, 12 ədəd yastıq, 6 ədəd xonça, 2 ədəd gecə lampası (işlək vəziyyətdə), 1 ədəd şüşəli çıraq, dəvə (1 ədəd böyük, 2 ədəd balaca), 46 ədəd nəlbəki, balaca boşqab (45 ədəd+13 ədəd), orta boşqab (46 ədəd+15 ədəd), 2 ədəd bulud boşqab, böyük boşqab (45 ədəd+14 ədəd), 6 ədəd limon qabı, 29 ədəd dərin boşqab, 5 ədəd qənd qabı, 6 ədəd pesox qabı, 2 ədəd kül qabı, tort qabı dəsti altlığı ilə birlikdə (6 ədəd), 12 ədəd sok stəkanı, çərəzqabı dəsti, çay stəkanı dəsti (6 ədəd- 1-i qırıq), “Arsha” tefal qazan dəsti (4 qazan və 1 tava), 1 ədəd ətçəkən maşın, 1 ədəd elektrik samovar-termos, 1 ədəd böyük allüminium qazan, 3 ədəd padnos dəsti, sarı qazan dəsti (5 ədəd), 1 ədəd yumru böyük padnos, 1 ədəd yumru plasmas padnos, tefal qazan dəsti (5 ədəd, tava və balaca qazanın qapağı yoxdur), 1 ədəd qırmızı tefal tava, 1 ədəd bənövşəyi tefal tava, 1 ədəd çuqun tava, 1 ədəd gümüşü süzgəç, 2 ədəd gümüşü salfet qabı, allüminium qazan dəsti (7 ədəd), 4 ədəd çörək qabı (1-i yararsız), 1 ədəd mətbəx bıçaq dəsti, 1 ədəd yaşıl tuj vedrə (qapağında ləkə), 8 ədəd şiş, 1 ədəd çaxıraçan, 1 ədəd mətbəx aləti dəsti (hissəsinin biri yoxdur), 1 ədəd salat doğrayan (altlığı yoxdur), 1 ədəd mətbəx rəndəsi, 1 ədəd tort götürən qaşıq, 1 ədəd bıçaq (tək), 1 ədəd qaşıq, çəngəl, bıçaq dəsti (5 bıçaq yoxdur, balaca çömçə sınıq vəziyyətdədir), 1 ədəd göy rəngli tuj qazan, bulud qaşığı (9 ədəd+1 ədəd), 12 ədəd meyvə bıçağı, desert qaşığı (12 ədəd+1 ədəd), çəngəl (54 ədəd+1 ədəd+4 ədəd), 12 ədəd desert çəngəli, 47 ədəd çay qaşığı, yemək qaşığı (48 ədəd+2 ədəd-paslı+6 ədəd), 2 ədəd çaydan (1-i yararsız), 3 ədəd göy rəngli tuj teşt (1-i qapağı deşik), 1 ədəd tozsoran, 1 ədəd zibilqabı, 1 ədəd xəkəndaz, 2 ədəd paltar səbəti, 2 ədəd çəngəl-qaşıq-bıçaq çamadanı, 1 ədəd süfrə, 4 ədəd qəhvəyi dəsmal dəsti, 1 ədəd güllü süfrə, 2 ədəd göy rəngli balış üzü, 1 ədəd çəhrayi taxt dəsti, 1 ədəd prostina, 2 ədəd krem rəngli balışüzü, 1 ədəd çəhrayi yay adyalı, 5 ədəd dəsmal, 1 ədəd pastel dəsti, 8 ədəd ağ rəngli çay dəsmalı, 7 ədəd əl-üz dəsmalı, 1 ədəd divar saatı, 1 ədəd ağ rəngli prostina, 2 ədəd kitab şəklində çexol dəsti, 1 ədəd krem rəngli taxt üstlüyü, 1 ədəd masa üstü, 1 ədəd prostina dəsti, 4 ədəd adyal, 1 ədəd mavi rəngli prostina dəsti, 8 ədəd ağ rəngli balış üzü, 1 ədəd səyahət çamadanı, 1 ədəd hamam dəsti, 1 ədəd narıncı dəsmal (ağ çizgili), 1 ədəd ütü, ədviyyat qabı (işlənmiş-1 böyük və 1 balaca yoxdur), 1 ədəd madonna meyvə qabı, 6 ədəd bagema bakal (6-sı ləkəli), bagema dəsti (6 ədəd stəkan), 6 ədəd bagema ayaqlı stəkan, 3 ədəd bagema meyvə qabı (2 balaca, 1 böyük), 1 ədəd bagema kravinka, 1 ədəd obedni servis, 3 ədəd bagema sarı dəstdən ibarət cehiz əşyaları siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası MPM-nin 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hər tərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaqla yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 217.3-cü maddəsinə əsasən iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırki iş üzrə mübahisə predmeti olan əşyaların yerləşdiyi mənzil, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş Çıxarışa (Qeydiyyat tarixi-xx.xx.2024; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********95- 10301) əsasən Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən 115.10 kv.m fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin araşdırma zamanı mülki işin materialları (iddia ərizəsinə əlavə edilmiş foto şəkillər və disk) ilə təsdiq olunmuşdur ki, İddiaçı öz mülkiyyətdə olan əmlakdan sərbəst şəkildə istifadə edə bilmir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). 1952-ci il martın 20-də Parisdə imzalanmış İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun 1-ci maddəsində (mülkiyyətin müdafiəsi) təsbit olunmuşdur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Beynəlxalq hüquq aktlarında İnsan Hüquqları Haqqında ümumi Bəyənnamənin 17-ci maddəsi, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyaya əlavə (1 saylı) protokolun 1ci maddəsi ilə və s. və Azərbaycan Respublikası Konstitusiyasında (29-cü maddə) isə nəzərdə tutulma fundamental İnsan hüquqları sırasında mühüm yer tutur. Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquq və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun K.Qəribovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarı). Mülkiyyət hüququ və məhkəmə müdafiə hüququ bir sıra beynəlxalq sənədlərdə də mühüm yer tutur. BMT-nin insan hüquqları haqqında Ümumi Bəyannaməsinin 17-ci maddəsinə görə, hər bir şəxsin həm təkbaşına, həm də müştərək mülkiyyətə sahib olmaq hüququ var. Heç kəs özbaşına olaraq mülkiyyətdən məhrum edilə bilməz. İnsan hüquqlarının və X1 haqqında Konvensiyaya dair bir saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mülkiyyət hüququna müdaxilə ilə bağlı qeyd etmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ən mühüm və əsas tələbi ondan ibarətdir ki, dövlət orqanı tərəfindən mülkiyyətə istənilən müdaxilə tam qanuni olmalıdır. Konvensiya baxımından qanunçuluq tələbi dövlətdaxili hüquq normalarının qanunun aliliyi prinsipi ilə uzlaşmasını nəzərdə tutur (Kuşoğlu Bolqarıstana qarşı iş üzrə 10 may 2007-ci il tarixli Qərar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi qanuni və əsaslıdır və təqdim etdiyi sübutlarla da təsdiq olunmaqdadır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə işdə iştirak edən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, yuxarıda sadalanan prosessual hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddiaçı öz tələbinin hüquqi əsası kimi istinad etdiyi halları məhkəməyə təqdim etmiş və onun sübutları məhkəmə araşdırması zamanı tədqiq edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən də ona qarşı verilmiş iddia etiraf edilmişdir. İş üzrə iddaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin vermiş olduğu Çıxarışa (Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış: Qeydiyyat tarixi-xx.xx.2024; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********95-10301) əsasən İddiaçı xüsusi mülkiyyətində olan və Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən 115.10 kv.m fərdi yaşayış evindən (həmçinin evin yerləşdiyi torpaq sahəsindən) cavabdehə məxsus olan mətbəx mebeli, aspirator (işlək vəziyyətdə), 4 gözlü qaz sobası (işlək vəziyyətdə), peçka (işlək vəziyyətdə), 2 ədəd çılçıraq (işlək vəziyyətdə), 4 ədəd pərdə, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd soyuducu (işlək vəziyyətdə), 1 ədəd divan, 1 ədəd qorka, 1 ədəd kamod, 1 ədəd çılçıraq (yararsız), 2 ədəd pərdə, 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd televizor (işlək vəziyyətdə), 1 ədəd televizoraltı, 1 ədəd DVD (işlək vəziyyətdə), 1 ədəd paltaryuyan (işlək vəziyyətdə), 1 ədəd sandıq, 2 ədəd tumba, 6 ədəd xalça, 1 ədəd təkadamlıq kravat, 1 ədəd ütü stolu, 5 ədəd yorğan, 4 ədəd döşək, 1 ədəd taxt döşəyi, 14 ədəd döşəkçə, 12 ədəd yastıq, 6 ədəd xonça, 2 ədəd gecə lampası (işlək vəziyyətdə), 1 ədəd şüşəli çıraq, dəvə (1 ədəd böyük, 2 ədəd balaca), 46 ədəd nəlbəki, balaca boşqab (45 ədəd+13 ədəd), orta boşqab (46 ədəd+15 ədəd), 2 ədəd bulud boşqab, böyük boşqab (45 ədəd+14 ədəd), 6 ədəd limon qabı, 29 ədəd dərin boşqab, 5 ədəd qənd qabı, 6 ədəd pesox qabı, 2 ədəd kül qabı, tort qabı dəsti altlığı ilə birlikdə (6 ədəd), 12 ədəd sok stəkanı, çərəzqabı dəsti, çay stəkanı dəsti (6 ədəd-1-i qırıq), “Arsha” tefal qazan dəsti (4 qazan və 1 tava), 1 ədəd ətçəkən maşın, 1 ədəd elektrik samovartermos, 1 ədəd böyük allüminium qazan, 3 ədəd padnos dəsti, sarı qazan dəsti (5 ədəd), 1 ədəd yumru böyük padnos, 1 ədəd yumru plasmas padnos, tefal qazan dəsti (5 ədəd, tava və balaca qazanın qapağı yoxdur), 1 ədəd qırmızı tefal tava, 1 ədəd bənövşəyi tefal tava, 1 ədəd çuqun tava, 1 ədəd gümüşü süzgəç, 2 ədəd gümüşü salfet qabı, allüminium qazan dəsti (7 ədəd), 4 ədəd çörək qabı (1-i yararsız), 1 ədəd mətbəx bıçaq dəsti, 1 ədəd yaşıl tuj vedrə (qapağında ləkə), 8 ədəd şiş, 1 ədəd çaxıraçan, 1 ədəd mətbəx aləti dəsti (hissəsinin biri yoxdur), 1 ədəd salat doğrayan (altlığı yoxdur), 1 ədəd mətbəx rəndəsi, 1 ədəd tort götürən qaşıq, 1 ədəd bıçaq (tək), 1 ədəd qaşıq, çəngəl, bıçaq dəsti (5 bıçaq yoxdur, balaca çömçə sınıq vəziyyətdədir), 1 ədəd göy rəngli tuj qazan, bulud qaşığı (9 ədəd+1 ədəd), 12 ədəd meyvə bıçağı, desert qaşığı (12 ədəd+1 ədəd), çəngəl (54 ədəd+1 ədəd+4 ədəd), 12 ədəd desert çəngəli, 47 ədəd çay qaşığı, yemək qaşığı (48 ədəd+2 ədəd-paslı+6 ədəd), 2 ədəd çaydan (1-i yararsız), 3 ədəd göy rəngli tuj teşt (1-i qapağı deşik), 1 ədəd tozsoran, 1 ədəd zibilqabı, 1 ədəd xəkəndaz, 2 ədəd paltar səbəti, 2 ədəd çəngəl-qaşıq-bıçaq çamadanı, 1 ədəd süfrə, 4 ədəd qəhvəyi dəsmal dəsti, 1 ədəd güllü süfrə, 2 ədəd göy rəngli balış üzü, 1 ədəd çəhrayi taxt dəsti, 1 ədəd prostina, 2 ədəd krem rəngli balışüzü, 1 ədəd çəhrayi yay adyalı, 5 ədəd dəsmal, 1 ədəd pastel dəsti, 8 ədəd ağ rəngli çay dəsmalı, 7 ədəd əl-üz dəsmalı, 1 ədəd divar saatı, 1 ədəd ağ rəngli prostina, 2 ədəd kitab şəklində çexol dəsti, 1 ədəd krem rəngli taxt üstlüyü, 1 ədəd masa üstü, 1 ədəd prostina dəsti, 4 ədəd adyal, 1 ədəd mavi rəngli prostina dəsti, 8 ədəd ağ rəngli balış üzü, 1 ədəd səyahət çamadanı, 1 ədəd hamam dəsti, 1 ədəd narıncı dəsmal (ağ çizgili), 1 ədəd ütü, ədviyyat qabı (işlənmiş-1 böyük və 1 balaca yoxdur), 1 ədəd madonna meyvə qabı, 6 ədəd bagema bakal (6-sı ləkəli), bagema dəsti (6 ədəd stəkan), 6 ədəd bagema ayaqlı stəkan, 3 ədəd bagema meyvə qabı (2 balaca, 1 böyük), 1 ədəd bagema kravinka, 1 ədəd obedni servis, 3 ədəd bagema sarı dəst çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən Dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR PHŞ 10 saylı Lənkəran Ərazi İdarəsinin vermiş olduğu Çıxarışa (Hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış: Qeydiyyat tarixi-xx.xx.2024; Qeydiyyat nömrəsi-**********; Reyestr nömrəsi-**********95-10301) əsasən İddiaçı xüsusi mülkiyyətində olan və Lənkəran rayonunun Gərmətük qəsəbəsində 0,07 ha həyətyanı torpaq sahəsində yerləşən 115.10 kv.m fərdi yaşayış evindən (həmçinin evin yerləşdiyi torpaq sahəsindən) cavabdehə məxsus olan mətbəx mebeli, aspirator (işlək vəziyyətdə), 4 gözlü qaz sobası (işlək vəziyyətdə), peçka (işlək vəziyyətdə), 2 ədəd çılçıraq (işlək vəziyyətdə), 4 ədəd pərdə, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd soyuducu (işlək vəziyyətdə), 1 ədəd divan, 1 ədəd qorka, 1 ədəd kamod, 1 ədəd çılçıraq (yararsız), 2 ədəd pərdə, 1 ədəd taxt, 1 ədəd şifoner, 1 ədəd termo, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd televizor (işlək vəziyyətdə), 1 ədəd televizoraltı, 1 ədəd DVD (işlək vəziyyətdə), 1 ədəd paltaryuyan (işlək vəziyyətdə), 1 ədəd sandıq, 2 ədəd tumba, 6 ədəd xalça, 1 ədəd təkadamlıq kravat, 1 ədəd ütü stolu, 5 ədəd yorğan, 4 ədəd döşək, 1 ədəd taxt döşəyi, 14 ədəd döşəkçə, 12 ədəd yastıq, 6 ədəd xonça, 2 ədəd gecə lampası (işlək vəziyyətdə), 1 ədəd şüşəli çıraq, dəvə (1 ədəd böyük, 2 ədəd balaca), 46 ədəd nəlbəki, balaca boşqab (45 ədəd+13 ədəd), orta boşqab (46 ədəd+15 ədəd), 2 ədəd bulud boşqab, böyük boşqab (45 ədəd+14 ədəd), 6 ədəd limon qabı, 29 ədəd dərin boşqab, 5 ədəd qənd qabı, 6 ədəd pesox qabı, 2 ədəd kül qabı, tort qabı dəsti altlığı ilə birlikdə (6 ədəd), 12 ədəd sok stəkanı, çərəzqabı dəsti, çay stəkanı dəsti (6 ədəd-1-i qırıq), “Arsha” tefal qazan dəsti (4 qazan və 1 tava), 1 ədəd ətçəkən maşın, 1 ədəd elektrik samovar-termos, 1 ədəd böyük allüminium qazan, 3 ədəd padnos dəsti, sarı qazan dəsti (5 ədəd), 1 ədəd yumru böyük padnos, 1 ədəd yumru plasmas padnos, tefal qazan dəsti (5 ədəd, tava və balaca qazanın qapağı yoxdur), 1 ədəd qırmızı tefal tava, 1 ədəd bənövşəyi tefal tava, 1 ədəd çuqun tava, 1 ədəd gümüşü süzgəç, 2 ədəd gümüşü salfet qabı, allüminium qazan dəsti (7 ədəd), 4 ədəd çörək qabı (1-i yararsız), 1 ədəd mətbəx bıçaq dəsti, 1 ədəd yaşıl tuj vedrə (qapağında ləkə), 8 ədəd şiş, 1 ədəd çaxıraçan, 1 ədəd mətbəx aləti dəsti (hissəsinin biri yoxdur), 1 ədəd salat doğrayan (altlığı yoxdur), 1 ədəd mətbəx rəndəsi, 1 ədəd tort götürən qaşıq, 1 ədəd bıçaq (tək), 1 ədəd qaşıq, çəngəl, bıçaq dəsti (5 bıçaq yoxdur, balaca çömçə sınıq vəziyyətdədir), 1 ədəd göy rəngli tuj qazan, bulud qaşığı (9 ədəd+1 ədəd), 12 ədəd meyvə bıçağı, desert qaşığı (12 ədəd+1 ədəd), çəngəl (54 ədəd+1 ədəd+4 ədəd), 12 ədəd desert çəngəli, 47 ədəd çay qaşığı, yemək qaşığı (48 ədəd+2 ədəd-paslı+6 ədəd), 2 ədəd çaydan (1-i yararsız), 3 ədəd göy rəngli tuj teşt (1-i qapağı deşik), 1 ədəd tozsoran, 1 ədəd zibilqabı, 1 ədəd xəkəndaz, 2 ədəd paltar səbəti, 2 ədəd çəngəl-qaşıq-bıçaq çamadanı, 1 ədəd süfrə, 4 ədəd qəhvəyi dəsmal dəsti, 1 ədəd güllü süfrə, 2 ədəd göy rəngli balış üzü, 1 ədəd çəhrayi taxt dəsti, 1 ədəd prostina, 2 ədəd krem rəngli balışüzü, 1 ədəd çəhrayi yay adyalı, 5 ədəd dəsmal, 1 ədəd pastel dəsti, 8 ədəd ağ rəngli çay dəsmalı, 7 ədəd əl-üz dəsmalı, 1 ədəd divar saatı, 1 ədəd ağ rəngli prostina, 2 ədəd kitab şəklində çexol dəsti, 1 ədəd krem rəngli taxt üstlüyü, 1 ədəd masa üstü, 1 ədəd prostina dəsti, 4 ədəd adyal, 1 ədəd mavi rəngli prostina dəsti, 8 ədəd ağ rəngli balış üzü, 1 ədəd səyahət çamadanı, 1 ədəd hamam dəsti, 1 ədəd narıncı dəsmal (ağ çizgili), 1 ədəd ütü, ədviyyat qabı (işlənmiş-1 böyük və 1 balaca yoxdur), 1 ədəd madonna meyvə qabı, 6 ədəd bagema bakal (6-sı ləkəli), bagema dəsti (6 ədəd stəkan), 6 ədəd bagema ayaqlı stəkan, 3 ədəd bagema meyvə qabı (2 balaca, 1 böyük), 1 ədəd bagema kravinka, 1 ədəd obedni servis, 3 ədəd bagema sarı dəst çıxarılsın. İş üzrə iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamədən, tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar