Məhkəmə qərarları › İş №2(049)-240/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-240/2024

13.03.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-240/2024 13.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X9 Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış və istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiaçı üzrə mülki işə 13 mart 2024-cü tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış və istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 3500 manat kompensasiya verilməklə mülkiyyətində Lənkəran rayonu, Moğonojoba kəndində yerləşən ümumi sahəsi 120 kvm, yaşayış sahəsi 80 kv. olan fərdi yaşayış evinə istifadə hüququna xitam verilməsi və onu həmin evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə X2 2002-ci ildə ailə həyatı qurmuş və həmin vaxt rəsmi olaraq mülkiyyətində olmayan ona məxsus Lənkəran rayonu, Moğonojba kəndində yerləşən evinə gəlin köçmüşdür. Onların birgə nikahlarından 2003-cü il təvəllüdlü Elmin və 2005-ci il təvəllüdlü Fatimə adında iki övladları dünyaya gəlmişdir. Şahinlə Ramilənin ailə münasibətləri pozulduğundan, Ramilə azyaşlı uşaqları ilə birlikdə Astara rayonunun Pensər kəndinə getmişdir. Sonradan o, Lənkəran Rayon Məhkəməsinə evə köçürülmə tələbi ilə müraciət etmiş və Lənkəran Rayon Məhkəməsinin 2(049)- 285/2011 saylı, 07 aprel 2011-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək cavabdehin onların istifadəsində olan iki mərtəbəli evdə yaşayış sahəsindən istifadə hüququnun tanınması və uşaqları ilə həmin evə köçürülməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə evinə xüsusi mülkiyyətdə olması barədə **********64-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Dövlət reyestrindən Çıxarış almışdır. Həmin evin mülkiyyətinə olmasına baxmayaraq cavabdeh könüllü qaydada oradan çıxmaq isdəmir. Cavabdehlə birlikdə bir evdə yaşamaq mümkün deyildir. X2 uzun müddətdir ki, Lənkəran şəhşrində kirayədə yaşayır. Cavabdeh çox vaxtı gecə yarısı, saat 12-dən sonra evə gəlir. Dəfələrlə gec gəlməsi barədə söbətləri olsa da, bildirir ki, azad qadındır, necə istəyirə elə də yaşayır. Heç kim ona mane ola bilməz. Özü xəstədir, yüksək qan təziqi var. Cavabdehin hərəkətləri ona rahat evində yaşamağa imkan vermir. Cavabeh evin ikinci mərtəbəsini tam zəbt etmişdir. Hətta ikinci mərtəbəyə girə bilmir. İkinci mərtəbənin qapısının açarı gizlədib onları yuxarı çıxmaqlarına imkan vermir. Cavabdeh onlara həmişə hədə qorxular gəlir. Cavabdeh uzun müddətdir ki, istifadə etdiyi qaz və işıq pulunu ödəmir. Məhkəmə iclasında iddiaçı ərizə təqdim edərək cavabdehə veriləcək kompensasiyanın miqdarını dəyişərək onu 7000 manat miqdarında qiymətləndirmişdir. Məhkəmə iclasında iddiaçının və onun nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etmiş, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh ərizə verərək iddia tələbini etiraf edərək onu qəbul etmişdir. Məhkəmə mülki iş üzrə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. ƏSASLANDİRİCİ HİSSƏ: Belə ki, iş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin 2(049)-285/2011 saylı, 07 aprel 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Lənkəran rayonu, Moğonojba kəndində yerləşən iki mərtəbəli evdə iddiaçının yaşayış sahəsindən istifadə hüququ tanınmaqla uşaqları ilə birlikdə həmin evə köçürülməsi qət edilmişdir. İş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və R phş 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin Çıxarış və Texniki Pasportun surətindən görünür ki, Lənkəran rayonu, Moğonojba kəndində yerləşən ev İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan sahibkar X5 verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Lənkəran rayonu, Moğonojba kəndində icaryə verilən evlərin qiyməti 80-100 manat arası təşkil edir. İş materiallarında olan “Cənub Qiymətləndirici” MMc-nin verdiyi xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Lənkəran rayonu, Moğonojba kəndində iddiaçının mülkiyyətində olan evin bir otağının qiyməti ƏDV nəzərə alınmadan 3424 manat arası təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirlmiş iddiaçının arvadı X8 iddiaçının izahatına uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş iddiaçının oğlu X6 da iddiaçının izahatına uyğun ifadə verərək əlavə olaraq göstərmişdir ki, cavabdeh ondan tələb etdiyi 3500 manat aliment borcundan imtina etdiyinə görə, onlar cavabdeh üçün kəndlərində həyətyanı torpaq sahəsi alıb vermişlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, cavabdeh iddianı qəbul edib onu etiraf etdiyindən bu məhkəmə tərəfindən təsdiq edilməli, iddia üzrə iddiaçının irəli sürdüyü tələb təmin olunmalı, İddiaçı tərəfindən Cavabdeh 7000 məbləğində kompensasiya, Cavabdeh İddiaçı mülkiyyətində olan və Lənkəran rayonu Mağonojba kəndində yerləşən evindən istifadə hüququna xitam verilməli və o, həmin evdən çıxarılmalı, İddiaçı tərəfindən Cavabdeh 7000 manat məbləğində kompensasiya verilməsi və Cavabdeh İddiaçı mülkiyyətində olan və Lənkəran rayonu Mağonojba kəndində yerləşən evindən istifadə hüququna xitam verilməsi, həmin evdən çıxarılması eyni vaxtda icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 77-ci maddəsinə əsasən «hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi tələbinə dair iddiası təmin edilsin. İddiaçı tərəfindən Cavabdeh 7000 (yeddi min) manat məbləğində kompensasiya verilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan və Lənkəran rayonu Mağonojba kəndində yerləşən evindən istifadə hüququna xitam verilsin və o, həmin evdən çıxarılsın. İddiaçı tərəfindən Cavabdeh 7000 manat məbləğində kompensasiya verilməsi ilə Cavabdeh İddiaçı mülkiyyətində olan və Lənkəran rayonu Mağonojba kəndində yerləşən evindən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılması eyni vaxtda icra olunsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar