Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-243/2024 26.07.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hüseynov Murad Əbdül oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi» barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə saat 11:30-a təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq Cavabdeh2 istisna olmaqla, tərəflər qeyd olunan vaxtda məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlmədiklərinin səbəblərini bildirməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə iclasında Cavabdeh2 işə mahiyyəti üzrə baxılmasını təkid etməmişdir. Məhkəmə, Cavabdeh2 dinləyib hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlıanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 3821 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi baxılmamış saxlanıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı «ümumi birgə mülkiyyətdə olan fərdi yaşayış evinin və torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən iddianın verilməsi üçün xx.xx.2022-ci il tarixli 3821 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X1
Məhkəmə qərarları › İş №2(049)-243/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-243/2024
26.07.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver