Məhkəmə qərarları › İş №2(049)-246/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-246/2023

30.05.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-246/2023 30.05.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, İddiaçı cavabdehlər: Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı «maneənin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran rayonun Separadi kəndində yerləşən, xx.xx.2022-ci il tarixli, 4Ə-1627 nömrəli bağılama müqaviləsi əsasında əldə etdiyi 0.13 ha həyətyanı torpaq sahəsinə dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün Cavabdeh2 və Cavabdeh1 tərəfindən sənədləşmə işlərinin aparılmasına yaradılan maneələrin aradan qaldırılması, torpaq sahəsinin yerində müayinıə edilməsinə şərait yaradılması və ödənilən dövlət rüsumunun tutularaq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Lənkəran rayonunun Separadi kəndində yaşayır. xx.xx.2022-ci il tarixində Lənkəran rayon 1 saylı Notariat ofisində 4Ə- 1627 reyestr nömrəli Daşınmaz Əmlakn bağışlanması müqaviləsi bağlayaraq 0,13 ha torpaq sahəsi əldə etmişdir. Bundan sonra “bağışlanma müqaviləsi” əsasında əldə etdiyi 0,13 ha həyətyanı torpaq sahəsinə dair yaranmış mülkiyyət hüquqlarının qeydiyyatı barədə texniki pasportun tərtib edilməsi və çıxarış verilməsi barədə ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinir Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 10 saylı Lənkəran Əraz: İdarəsinə müraciət etmişdir. Qeyd olunan torpaq üzərində mülkiyyət və digər hüquqların qeydiyyatı üçün zəruri olar inventarlaşdırma işlərinin aparılması, mövcud texniki vəziyyəti yerində dəqiqləşdirmək məqsədi ilə habelə müvafiq texniki sənədlərin tərtib edilməsindən ötrü Xidmətin 10 saylı Lənkəran Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən sözü gedən torpaq sahəsinə baxış keçirilməli və daşınmaz əmlakın həmin tarixə mövcud texniki vəziyyətini əks etdirən müayinə aktı tərtib edilməlidir. Qanunvericiliyin bu tələblərini həyata keçirmək üçün heç bir əsaslı səbəb olmadan Cavabdeh2 və onun oğlu Cavabdeh1 tərəfindən süni maneələr yaradılaraq müayinənin keçirilməsinə imkan verilmir. Odur ki, 15 sentyabr 2022-ci il tarixli **********14 nömrəli mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi haqqında bildirişində bildirilir ki, həmin torpaq sahəsi üzərində müvafiq qeydiyyatın aparılması üçün tələb olunan mühüm amillərdən sayılan faktiki yerində müayinə keçirilməsi üçün şərait yaradılmadığı səbəbindən, həmçinin tərəflər arasında mübahisə olduğundan hazırkı ərizənin icrası mümkün olmamışdır. Eyni zamanda bildirişdə qeyd olunur ki, faktiki yerində tərəflər arasında mübahisə olduğundan həmin torpaq sahəsinə dair yaranmış hüquqların müəyyən edilməsi məsələsinə yalnız məhkəmə qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli 4Ə-1627 reyestr nömrəli Daşınmaz Əmlakn bağışlanması müqaviləsindən görünür ki, İddiaçı 0,13 ha torpaq sahəsi əldə etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, bildirişindən görünür ki, Lənkəran rayonu Separadi kədində yerləşən 0.13 ha torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı aidiyyəti mütəxəssislər tərəfindən müayinə olunmamasına şərait yaradılmadığından müayinə mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 6.1.7-ci maddəsinin tələbinə görə mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin əsas prinsiplərindən biridir. MM-nin 152-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın .Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İşin məhkəmədə müəyyən olunan hallarından, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia olunur ki, iddiaçının əldə etdiyi torpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilməsi zərurəti yaranmış, lakin cavabdehlər tərəfindən buna şərait yaradılmamışdır. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehin iddianı qəbul etməsini işin faktiki halları ilə qarşılıqlı şəkildə araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi xidmət haqqı və dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsinin əməkdaşları tərəfindən Lənkəran Separadi kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin yerində müayinə olunmasına cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın, torpaq sahəsinin yerində müayinə edilməsinə şərait yaradılsın. Ödənimiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar