Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2465/2024 10.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabahov Vidadi Fərman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “şəxsin ölməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1970-ci il tarixdə Lənkəran rayonun Alxovka (indiki Göyşaban) kəndində anadan olmuş X2 ölmüş elan edilməsi barədə müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında verdiyi izahatında və ərizəsində ərizəçi qeyd etmişdir ki, Lənkəran rayonun Göyşaban kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailəlidir. Həyat yoldaşı X8 ilə birgə nikahlarından X11 və X10 adlı iki övladı dünyaya gəlmişdir. Övladları balıq ovu ilə məşğul olmuş və ara-sıra birlikdə qayıqla Xəzər dənizinə gedib balıq ovlayandan sonra geri qayıtmışlar. Sonuncu dəfə 04 dekabr 1993-cü ildə Kamil Habil ilə birlikdə yenidən qayıqla balıq ovu etməkdən ötrü Xəzər dənizinin Göyşaban kəndi ərazisində olan akvatoriyasından dənizə girmiş və bir daha geri qayıtmamışlar. Övladlarını və ya onların cəsədlərini axltrsa da tapa bilməmiş və beləliklə qardaşların hər ikisi eyni gündə itkin düşmüşlər. 03 iyun 1994-cü ildə övladlarından X3 cəsədi Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında tapılmış və bundan sonra onun ölümü barədə şəhadətnamə verilmişdir. X2 isə nə özü, nə də cəsədi tapılmadığından onun ölümünün qeydə alınması mümkün olmamışdır. Aqrar İslahat Komissiyasının 17 may 2004-cü il tarixli 07 saylı qərarı ilə X9 Lənkəran rayonunun Göyşaban kəndində 0.06 ha həvətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi olan X12 1993-cü ildən itkin düşməklə hazırkı vaxta kimi qayıdıb gəlmədiyindən və ya cəsədi tapılmadığından həmin torpaq sahəsi ilə bağlı heç bir sənədləşmənin aparılması mümkün deyildir. X2 itkin düşməsindən 31 il keçməsi və onunla birlikdə dənizə gedən qardaşının cəsədinin tapılması heç bir şübhə yaratmadan X2 da ölməsini özündə ehtiva edir. Lakin onun ölümünü təsdiq edən tibbi arayış və ya cəsədinin ortada olmaması onun ölmüş elan edilməsindən başqa heç cür ölümünün qeydə alınması mümkün deyildir, ona görə də ərizənin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Ərizəçi onun qonşusudur, Əfladdinin iki oğlu olmuşdur: X11 və X10. Əfladiin övladları balıq ovu ilə məşğul olublar. 04 dekabr 1993-cü ildə ildə Kamil, Habil ilə birlikdə yenidən qayıqla balıq ovu etməkdən ötrü Xəzər dənizinin Göyşaban kəndi ərazisində olan akvatoriyasından dənizə getmiş və bir daha geri qayıtmamışlar. Övladlarını və ya onların cəsədlərinı axlarsa da tapa bilməmiş və beləliklə, qardaşların hər ikisi eyni gündə itkin düşmüşlər. 03 iyun 1994-cü ildə övladlarından X3 cəsədi Xəzər dənizinin Lənkəran şəhəri akvatoriyasında tapılmış Kamildən səs soraq bu günə qədər yoxdur. Əfladinin oğu Habilin meyiti dənizdən tapıldıqdan sonra Lənkəran rayonu, Göyşaban kənd qəbiristanlığında dəfn edilmişdir. O, özü də Habilin dəfn mərasimində və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 və X29 da şahid X13 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqləmişlər. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin və şahidlərin izahatlarını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilən? XXİ-JQ seriyalı 744021 saylı sovet pasportunun surətindən görünür ki, X21 xx.xx.1970-ci ci il tarixdə Lənkəran rayonunda doğulmuşdur. xx.xx.2024-cü il tarixli, 1553 nömrəli doğum akt qeydiyyatı barədə arayışdan görünür ki, X14 – xx.xx.1970-ci il tarixdə doğulmuşdur. Bu barədə xx.xx.1970-ci il tarixdə Lənkəran rayonu, Port-iliç şəhər icra nümayəndəliyində 281 nömrəli akt qeydi tərtib edilmişdir. X1, anası X15r. xx.xx.2024-cü il tarixli, 1449 nömrəli ölüm akt qeydiyyatı barədə arayışdan görünür ki, X16 – 03 iyun 1994-cü il tarixdə ölmüşdür. Bu barədə 01 avqust 1994-cü il tarixdə Lənkəran rayonu, Göyşaban kənd icra nümayəndəliyində 15 nömrəli akt qeydi tərtib edilmişdir. Ölümün səbəbi olaraq: bədbəxt hadisə, suda boğulma qey edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN seriyalı, 80215018 kod nömrəsi olan şəhadətnamədən qörunurki Aqrar İslahat komissiyasının 17 may 2004-cü il tarixli 07 saylı qərarı ilə X9 Lənkəran rayonunun Göyşaban kəndində 0.06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə sorğusuna əsasən, təqdim edilmiş Lənkəran rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 635xid-24 №-li məktubda qeyd edilmişdir ki, xx.xx.1970-ci il təvəllüdlü X5 1993-cü ildə itkin düşməsi və buna müvafiq olaraq ölmüş elan edilməsi ərizə tələbinə dair mülki iş üzrə Lənkəran rayon prokurorluğuna daxıl olmuş 8 avqust 2024-cü il tarixli, 3(049)-2465/2024 nömrəli məktuba cavab olaraq bildirilir ki, rayon prokurorluğunun dəftərxanasında saxlanılmış 1993-1994-cü illərə aid arxiv materialları məhv edildiyindən qeyd edilən fakt üzrə araşdırma aparıltb-aparılmaması, müsbət halda aparılan araşdırmanın nəticəsi barədə məlumat verilməsi imkan xaricindədir. Lənkəran ŞİHB-nın Göyşaban kənd İƏD üzrə nümayəndəsi tərəfindən təsdiqlənmiş və kənd sakinləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktsda qeyd edilmişdir ki, “həmin akt tərtib edilib ondan ötrü ki, 04 dekabr 1993-cü il tarixində X14 və qardaşı X16 ilə birlikdə Xəzər dənizində balıq ovuna gedərək geri qayıtmamışlar. Altı ay sonra X6 meyidi Xəzər dənizinin sahilindən tapılmış və Göyşaban qəbristanlığında dəfn olunmuşdur. Halhazıra kimi X14 tapılmamışdir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.2-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Həmin Məcəllənin 312-ci maddəsinə əsasən,şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Beləlilklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, X2 ölmüş elan edilməsi üçün kifayət qədər yoxlanılmış sübutlar vardır və ona görə də X2 məhkəmə qaydasında ölmüş elan edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən, şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 09 noyabr 1970-ci il tarixdə Lənkəran rayonu, Göyşaban kəndində doğulmuş, Lənkəran rayonu, Göyşaban kəndində qeydiyyatda olmuş X14 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X7 ölüm günü sayılsın. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şırvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2465/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2465/2024
10.09.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver