Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2473/2023 09.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı Əlı̇ rza oğlunun Cavabdeh1 Əlı̇ rza oğlu və Cavabdeh2 Şakı̇ r qızına qarşı "əmlakın naturada bölünməsi, kompensasiya və əmlakın açıq hərracda satılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi̇ : İİddiaçı Əlı̇ rza oğlu Cavabdeh1 Əlı̇ rza oğlu və Cavabdeh2 Şakı̇ r qızına qarşı "əmlakın naturada bölünməsi, kompensasiya və əmlakın açıq hərracda satılması" tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı öz iddiasında həm əmlakın açıq hərracda satılması, həm kompensasiya tələbi, həm də əmlakın naturada bölünməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçı Əlı̇ rza oğlunun Cavabdeh1 Əlı̇ rza oğlu və Cavabdeh2 Şakı̇ r qızına qarşı "əmlakın naturada bölünməsi, kompensasiya və əmlakın açıq hərracda satılması" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2473/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2473/2023
09.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver