Məhkəmə qərarları › İş №2(049)-2479/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2479/2023

28.08.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2479/2023 28.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Lənkəran Şəhər- Rayon Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tam mülkiyyət hüququ üzrə ona məxsus olan və ünvan 2 evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1963-cü il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Hazırda isə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. ünvan 2 evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Bu barədə adına çıxarış da verilmişdir. İş üzrə cavabdeh olan Cavabdeh isə onun qardaşıdır. O, qardaşı olduğu üçün xüsusi mülkiyyətində olan ünvan 2 evində qeydiyyatdadır. Cavabdeh onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatı formal xarakter daşıyır. Belə ki, cavabdeh ona məxsus fərdi yaşayış evini tərk edərək getmişdir. Cavabdeh evi ünvan 3-də yerləşir və o, hazırda 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. ünvan 2 evi tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydə alınmışdır. İş üzrə cavabdehin onun mülkiyyətidə olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün ilk olaraq Lənkəran şəhər-rayon polis şöbəsinə ərizə ilə müraciət etsə də, polis şöbəsi göstərilən şəxsin qeydiyyatdan çıxarılmasından imtina edərək, bu barədə mülki iddia qaydasında məhkəməyə müraciət etməyi barədə məktubla cavab vermişdir. Odur ki, adını qeyd etdiyi Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi üçün hazırki iddia ilə məhkəməyə müraciət edib. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, MPM-nin 53-cü maddəsinə əsasən verdiyi ərizəsində iddia tələbini yalnız Cavabdeh yönəldərək, sonuncunun tam mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 2 evindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq və baxış iclaslarının vaxtı və yeri barəsində olan məhkəmə bildirişləri, iddia ərizəsinin surəti cavabdehə təqdim edilməsindən ötrü onun cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsinə göndərilmiş, lakin cavabdeh məhkəmə iclasında iştirak etməsi barədə məhkəməyə xahiş ünvanlamamış, məhkəməyə göndərdiyi ərizələrində iddia tələbini qəbul etdiyini, iddiaçıya məxsus evdən istifadə hüququna xitam verilməsinə etirazının olmadığını bildirərək, özünün ailə üzvlərinin yaşadığı ünvan 3 ünvanında qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Seriya AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Lənkəran şəhəri, Kələntərlilər küçəsi, ev 51 ünvanında qeydiyyatda olmaqla yaşayır. Lənkəran ŞRPŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh ona məxsus evdən qeydiyyatdan çıxarılması üçün mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 865 №-li Qeydiyyat Vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Lənkəran şəhəri, Kələntərlilər küçəsi, ev 51 ünvanında yerləşən ümumi sahəsi 80,7 kv.m, o cümlədən yaşayış sahəsi 36,4 kv.m olan bir mərtəbəli iki otaqdan ibarət yaşayış evi xx.xx.2005-ci il tarixdə kitab 4D səhifə 43-də LRDTİ və MHQİ tərəfindən mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li Arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Lənkəran şəhəri, Kələntərlilər küçəsi, ev 51 ünvanında yerləşən evdə qeydiyyatdadır. Eyni zamanda Cavabdeh, X8 və X1 şəhəri, Kələntərlilər küçəsi, ev 51 ünvanında qeydiyyatdadırlar. Lənkəran ŞİHB-nin Lənkəran şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, xx-xx/2222 saylı arayışdan görünür ki, Cavabdeh Lənkəran şəhəri, Kələntərlilər küçəsi, ev 51 ünvanında yerləşən evdə yaşamayıb. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı məhkəməyə iddia verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 evi iddiaçının mülkiyyətindədir. İddiaçı iş üzrə cavabdeh - qardaşı Cavabdeh həmin evdən istifadə hüququna xitam verilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul edərək, iddianın təmin edilməsinə etirazının olmadığını bildirir. Cavabdehin ailə üzvlərinin yaşadığı ünvan 3 ünvanında onun qeydiyyata alınması ilə bağlı xahişi ilə əlaqədar məhkəmə qeyd edir ki, göstərilən məsələ hazırki mülki iş üzrə məhkəmə baxışının predmeti olmadığından məhkəmə həmin məsələ ilə bağlı araşdırma aparılmasına lüzum görmür. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Avropa insan hüquqları Məhkəməsi Marks Belçikaya qarşı xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli və Cavabdeh İddiaçı xüsusi mülkiyətində olan ünvan 2 evindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.` Həmin Məcəllənin 191.3-cü maddəsinə görə, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyətində olan ünvan 2 evindən istifadə hüququna xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar