Məhkəmə qərarları › İş №2(049)-25/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-25/2024

08.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-25/2024 08.01.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və cavabdeh X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdə olan qeyri yaşayış binasından çıxarılmaqla, təhvil verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xüsusi mülkiyyətində olan və ünvan 1 ünvanda 0.00994 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.0 kv.m olan qeyri-yaşayış binasından çıxarılması və həmin qeyri-yaşayışsahəsinin ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1967-ci il tarixdə ünvan 2 ünvanında 0.00994 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 90.0 kv.mş. olan qeyriyaşayış binası onun xüsusi mülkiyyətindədir. Bu barədə adına çıxarış da verilmişdir. Həmin qeyri-yaşayış sahəsi onun mərhum atasına məxsus olmuşdur. Sonradan mərhum atası vəfat etdikdən sonra vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir və onun mülkiyyətindədir. Əvvəllər Cavabdeh həmin qeyri-yaşayış sahəsində mühafizəçi qoymuşdur ki, oraya nəzarət etsin. Cavabdeh oraya nəzarət etməklə yanaşı oranı digər şəxslərə icarəyə verərək hər ay 400 manat olmaqla icarə pulunu da özü üçün alır və ona vermir. Artıq 20 ildən çoxdur ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsini digər şəxslərə icarəyə verərək icarə haqqı alır və o, qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olsa da, onunla hesablaşmır. Cavabdeh icarəyə verdiyi təmir sexindən alınan 20 ilin icarə haqqını tələb edir. Cavabdeh hazırda işlətdiyi qeyri-yaşayış sahəsinin vergi və komunal ödənişlərini ödəməli olduğu təqdirdə ödəmir, o, özü onları ödəyir. Hazırda həmin qeyri-yaşayış sahəsini özü istifadə etmək istəyir və ona görə də deyir ki, Cavabdeh onun mülkiyyətində olan qeyriyaşayış sahəsindən çıxsın, lakin o, bundan imtina edir və orada işləyir. Baxmayaraq həmin qeyri- yaşayış sahəsi onun mülkiyyətindədir və adına bu barədə çıxarış da verilmişdir. Beləliklə də, cavabdeh könüllü olaraq ona məxsus olan qeyri-yaşayış sahəsindən çıxmadığını nəzərə alıb hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. İşin məhkəmə baxışında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, İddiaçı onun atasıdır. İddia predmetini təşkil edən qeyr-yaşayış sahəsi onun babasına məxsus olmuşdur, hazırda isə atasının xüsusi mülkiyyətindədir. Babası həmin sahəni qardaşı oğlu olan iş üzrə Cavabdeh istifadə etməsi üçün vermişdir ki, o, özü üçün gəlir əldə etsin. Hazırda həmin sahəsini özləri işlətmək istəyirlər. Lakin cavabdeh həmin sahəni iddiaçıya təhvil vermək istəmir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia predmetini təşkil edən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin balansında olmuşdur. O, özü 33 ildir ki, həmin sahəni avtomobil təmiri məntəqəsi və avtodayanacaq kimi işlədir. Həmin qeyri-yaşayış sahəsini o, özü öz vəsaiti hesabına tikmişdir. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında şahid qismində iştirak edən X3 ifadəsində bildirdi ki, 1986-cı ildən Lənkəran rayonu, mikrorayon ərazisində yaşayır. Onun yaşadığı bina ilə üzbəüzdə yerləşən qeyri-yaşayış sahəsi vardır. Həmin sahə 1990-cı ildə Cavabdeh tərəfindən abadlaşdırılmışdır. Əvvəllər həmin sahə avtodayanacaq olmuşdur. Abadlaşdırdıqdan sonra hal-hazıradək həmin sahəni Elxan özü avtotəmir məntəqəsi kimi istifadə edir. 1990-cı ildən hal-hazıradək həmin sahədə yalnız Cavabdeh tikinti, abadlıq işləri apardığını görmüşdür. Həmin sahədə İddiaçı hər-hansı iş apardığını görməmişdir. Qeyd edilən qeyri-yaşayış sahəsinin kimin mülkiyyətində olması barədə məlumatı yoxdur. İşin məhkəmə baxışında şahid qismində iştirak edən X5 da ifadəsində şahid X2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiqlədi. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilmiş ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il qeydiyyat tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında 0,00994 ha ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 90 kv.m. ölçüdə qeyr-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 07 noyabr 2023-cü il tarixli, 10/6634 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “mülki iş üzrə mübahisə predmeti olan və cavabdeh Babayev E xan R a f i q oğlunun faktiki istifadəsində olan Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında yerləşən qeyri- yaşayış binasının və binanın altında yerləşən (tikintialtı sahə) torpaq sahəsinin ölçülərinin, planlı yerləşməsinin, sahəsinin və digər texniki parametrlərinin iş materıalında olan İddiaçı adına xx.xx.2018-ci il tarixli vəziyyətə əsasən tərtib edilmiş **********13-06301 reyestr nömrəli Texniki Pasporta uyğun olduğu müəyyən edilmişdir. Mülki iş üzrə mübahisə predmeti olan və cavabdeh Babayev E xan R a f i q oğlunun faktiki istifadəsində olan qeyri-yaşayış binasının ölçülərinin, planlı yerləşməsinin, sahəsinin və digər parametrlərinin Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında yerləşən ********** qeydiyyat nömrəli, 05.07.208-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çəxarış əsasında İddiaçı mülkiyyətinə verilmiş ümumi sahəsi 90 kv.m. olan qeyri- yaşayış binasına və binanın altında yerləşən (tikintialtı sahə) torpaq sahəsinin 0,00994 ha olan torpaq sahəsinə (İddiaçı adına xx.xx.2018-ci il tarixli vəziyyətə əsasən tərtib edilmiş (**********13-06301 reyestr nömrəli) Texniki Pasporta) uyğun olmasını nəzərə alaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında İddiaçı mülkiyyətində olan ümumi sahəsi 90,0 kv.metr olan qeyri-yaşayış binasının və binanın altında yerləşən (tikintialtı sahə) 0,00994 ha olan torpaq sahəsinin bütövlüklə cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilir”. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsininə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi ilə nəzərdə tutulan mülki qanunvericiliyin prinsiplərindən biri də mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən hüquq normalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qanunvericiliyin tələbinə görə ilk növbədə mübahisəli əmlakın iddia edən şəxsin mülkiyyətində olub-olmaması, həmin əmlakın digər şəxsin (şəxslərin) sahibliyində olubolmaması və bu sahibliyin qanunsuz olub-olmaması müəyyən olunmalıdır. Məhkəmə baxışı zamanı işin faktiki hallarından müəyyən edildi ki, Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında 0,00994 ha ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 90 kv.m. ölçüdə qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Həmçinin ekspert rəyindən müəyyən edildi ki, sözügedən mübahisəli qeyri-yaşayış sahəsi Cavabdeh tərəfindən faktiki olaraq istifadə edilir. Odur ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edildiyinə görə Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************,10SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənimişdir. Belə ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, Tofiq İsmayılov küçəsi 13 ünvanında 0,00994 ha ölçüdə dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən 90 kv.m. ölçüdə qeyri-yaşayış binasından çıxarılsın və həmin qeyri-yaşayış binası iddiaçıya təhvil verilsin. Cavabdeh iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə 100 (yüz) manat məbləğində pul vəsaiti X1 (kod:210005, VÖEN **********, müxbir hesab: AZ41NABZ********************, SVİFT BİK-CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE ********************) xeyrinə tutulsun. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar