Məhkəmə qərarları › İş №2(049)-2546/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2546/2023

11.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2546/2023 11.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı «zəbt olunmuş torpaq sahəsinin azad edilərək iddiaçıya təhvil verilməsi» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddiaçı Cavabdeh X11 o]luna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Lənkəran rayonunun Sütəmurdov kəndində yerləşən Daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli kitabın 108-ci vərəqində qeydiyyata alınmaqla ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli və **********04-06301 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus olan torpaq sahəsinin cabadeh X5 tərəfindən zəbt olunmuş 11,7 sot hissəsinin zəbtdən azad olunaraq Cavabdeh Möhsum qızına təhvil verilməsi, cavabdeh tərəfindən aparılmış qanunsuz tikililərin cavabdehin oz hesabına sökülməsi və ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sahibiliyi və istifadəsinə verilmiş, Torpaq və Xəritəçəkmə Komitəsinin X9 kitabında xx.xx.2010-cu il tarixli, A№489394 saylı, 182 nömrə ilə qeydə alınmış Lənkəran rayonu, Sütəmurdov kəndində mübahisəli ərazidə yol kənarında yerləşən 0,05 ha torpaq sahəsində yerləşən hasarın cavabdehin hesabına sökülməsi, həmin torpaq sahəsinin cavabdehin istifadəsindən və sahibliyindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçının qardaşı X6 onun ailəsinə məxsus ümumi sahəsi 0.1709 hektar torpaq sahəsi və onun üzərində olan 195.8 kv.m qeyri - yaşayış binasını ondan məlumatı və xəbəri olmadan "xxxx" VTB Azərbaycan ASC- dən hərrac vasitəsi ilə almışdır. Hansı ki, hərracın ondan və ailə üzvlərindən xəbərsiz keçirilməsi hesab edir qanunsuzdur və bu ayrı iddia predmetidir. İlkin iddia üzrə sökülməsi və boşaldılması tələb olunan hissə onun və ailəsinin əmlakı "xxxx" ASC və ilkin iddia üzrə iddiaçının qardaşı və həyat yoldaşı tərəfindən onlardan xəbərsiz qanunsuz olaraq öz adlarına sənədləşdirdikləri məlum olduqdan sonra aralarında olan narazılığın Lənkəran rayon polis şöbəsində araşdırılması zamanı ona məlum olmuşdur ki, onun sahibliyində və istifadəsində olan əmlakın kiçik bir hissəsi, onların ələ keçirdiyi torpaq sahəsinə düşür. Belə olan təqdirdə o, Torpaq və xəritəçəkmə komitəsinin X9 kitabında xx.xx.2010 tarixli A№ 489394 182 nömrə ilə qeydə alınmış yol qırağında olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün əlverişli olan torpaq sahəsini bu hissə ilə dəyişməyə razılıq vermişdir. Polis şöbəsində həmin torpaq sahəsinə çıxarış aldıqdan sonra bunu rəsmiləşdirməyə razılaşmışlar. Bu günə qədər torpaq sahəsinə çıxarış ala bilmədiyindən (dəfələrlə müraciət etməsinə baxmayaraq Daşınmaz Əmlakın Dövlət Reystri xidmətindən həmin təyinatlı torpaqlara çıxarış verilməsi dayandırılmışdır). Buna baxmayaraq ilkin iddia üzrə iddiaçı ona məxsus torpaq sahəsini hasara almış, öz istifadəsində saxlamışdır. Qarşılıqlı iddiaçı X5 məhkəmə vəsatətlə müraciət edərək, istifadəsində və sahibliyində olan 0,05 ha torpaq sahəsinin onun mülkyyəti kimi qeydə alınması üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etdiyini, buna görə də həmin işə baxılıb yekun qərar qəbul edilənədək hazırki mülki işin icraatının dayandırılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı X1 vəsatətinin təmin ediləcəyi və mülki işin icraatının dayandırılacağı təqdirdə iddiaçı Cavabdeh iddiasına baxılmasının lüzumsuz uzanmasına səbəb olacağından Lənkəran Rayon Məhkəməsinin 14 iyun 2023-cü il qərardadı ilə, ilkin iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə cavabdeh İddiaçı qarşı zəbt olunmuş torpaq sahəsinin zəbtdən azad edilməsi və qanunsuz aparılmış tikililərin cavabdehin öz hesabına sökülməsi, qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin azad edilərək qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilməsi tələbinə dair 2(049)-129/2023 №-li mülki işdən hazırki mülki iş - «qarşılıqlı iddia üzrə İddiaçı qarşılıqlı iddia üzrə Cavabdeh qarşı zəbt olunmuş torpaq sahəsinin azad edilərək qarşılıqlı iddia üzrə iddiaçıya təhvil verilməsi» tələbinə dair iddiasının ayrıca icraatda baxılması qərara alınmış və 2(049)-2546/2023 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş iddiaçı X5 və Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə İddiaçı və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı Cavabdeh nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsində göstərlənlərlə iş materiallarında olan sənədləri qarşılıqlı şəkildə tədqiq edərək belə qənaətə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A489394 №-li, **********00056 kadastr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü sənədi»ndən görünür ki, Lənkəran rayonu, Sütəmurdov bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 500 kv.m torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. Lənkəran rayon Sütəmurdov bələdiyyəsinin 12 saylı, xx.xx.2007-ci il tarixli qərarından görünür ki, İddiaçı sahibkarlıq məqsədi üçün Lənkəran rayonu, Sütəmurdov bələdiyyəsinin mülkiyyətindən 0,05 ha torpaq sahəsinin ayrılması qərara alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli rəydən görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən 06 fevral 2020-ci il tarixli, **********04-06301 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan 0,1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edildi. Torpaq sahəsinin sənəd üzrə yerləşmə vəziyyəti ilə faktiki istifadə vəziyyətinin üst-üstə düşməsi müəyyən olundu. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla iddiaçı Cavabdeh mülkiyyətində olan 0,1709 ha torpaq sahəsinin cavabdeh X5 tərəfindən istifadə edilməməsi müəyyən olundu. Araşdırma zamanı xx.xx.2018-ci il tarixli xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Cavabdeh məxsus 1,26532 ha torpaq sahəsinin 0,1059 ha hissəsinin cavabdeh X5 tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olundu. Mövcud baza məlumatlarına əsasən araşdırma zamanı **********00056 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında cavabdeh X3 verilmiş 0,05 ha torpaq sahəsinin bötövlükdə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyindən görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3- 21-3-43/2-627/2023 saylı mütəxəssis rəyinə əsasən Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli və **********04-06301 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətində olan 0.1709 ha torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmiş və 0.1709 ha torpaq sahəsinin cavabdeh X5 tərəfindən istifadə edilməməsi müəyyən olunmuşdur. Mütəxəsis rəyinə əsasən, xx.xx.2018-ci il tarixli “daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Cavabdeh məxsus 1.26532 ha torpaq sahəsinin 0.1059 ha hissəsinin cavabdeh X5 tərəfindən hasarlanaraq istifadə edilməsi müəyyən olunmuşdur. Eyni zamanda mövcud baza məlumatlarına əsasən araşdırma zamanı **********00056 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında cavabdeh X3 verilmiş 0.05 ha torpaq sahəsinin bötövlükdə Cavabdeh faktiki istifadəsində olan torpaq sahəsinin sərhəd hüdudları daxilində yerləşməsi müəyyən olunmuşdur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Lənkəran Rayon Məhkəməsinin 2(049)-129/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsindən cavabdeh X2 çıxarılması və həmin torpaq sahəsi iddiaçı Cavabdeh təhvil verilməsi, hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.1709 ha torpaq sahəsinin 0,1059 ha hissəsində cavabdeh X7 tərəfindən inşa edilmiş ofis binası, su anbarı, yeraltı yanacaq çənləri və qaz paylayıcısı onun öz hesabına sökülməsi, iş üzrə ekspertiza xərci təşkil edən 50 manatın cavabdeh X4 aid edilməklə ondan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1402/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-129/2023 saylı, 14 iyun 2013-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi təmin edilməmiş, iddia ərizəsinin verilməsi ilə bağlı məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi, iş üzrə ekspertiza xərcini təşkil edən 50 manat iddiaçı Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, **********00056 kadastr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi əsasında Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən və X3 verilmiş 0,05 ha torpaq sahəsinin bötövlükdə Cavabdeh qanunsuz istifadəsindədir. İddiaçının tələbindən görünür ki, o özünə məxsus torpaq sahəsinin cavabdehin qanunsuz istifadəsindən geri qaytarılmasını və həmin hissədə cavabdeh tərəfindən inşa edilmiş tikililərin sökülməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi təşkil edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki hüquq nəzəriyyəsinə görə ənənəvi olaraq iki klassik iddia növündən, yəni vindikasiya və neqator iddiasından istifadə edilir. Mülki Məcəllənin 157.2-ci maddəsi əşya hüquqlarının vindikasiya qaydasında müdafiə edilməsini tənzimləyir. Mülki hüquq nəzəriyyəsində vindikasiya iddiası adlanır. Vindikasiya iddiası dedikdə, öz əşyası üzərində faktiki sahibliyi itirən mülkiyyətçinin həmin əşyanı naturada özgəsinin (başqa şəxsin) qanunsuz sahibliyindən geri tələb etməsi başa düşülür. Qeyd olunan hüquq normasının dispozisiya şərtlərini hazırki iş üzrə müqayisəli şəkildə tədqiq etdikdə aşağıdakılar müəyyən olunur: Şəxs tələb edilən əmlakın mülkiyyətçisi olmalı – **********00056 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0,05 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Avropa Məhkəməsi «X8rşı» qərarının 139-cu bəndində xatırlatmışdır ki, 1 saylı Protokolun 1-ci maddəsində «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da «mülkiyyət hüquqları» hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi marağın «hüquq» kimi tanınmaması, istərsə də, bu qanunlar tərəfindən həmin marağın «mülkiyyət hüququ» hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda «mülkiyyət» hesab edilməsinin qarşını almır. Həmin qərarın 141-ci bəndində Avropa Məhkəməsi vurğulamışdır ki, şəhərin planlaşdırılması qaydalarının pozulmasına və hər hansı etibarlı hüquqi sənədin olmadığına baxmayaraq, hər halda, ərizəçi tikdiyi evə sərf olunmuş materialların, evdəki daşınar əşyaların və avadanlıqların sahibidir və evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur. Qərarın 142-cı bəndində Məhkəmə qeyd etmişdir ki, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir. Dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından «mülkiyyət»ə bərabərdir. Yuxarıda qeyd olunanları hazırki işin halları ilə müqayisəli şəkildə təhlil etdikdə müəyyən olunur ki, **********00056 kadastr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0,05 ha torpaq sahəsi X1 mülkiyyətinə verilmişdir. Həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması artıq işin hüquqi deyil, texniki – prosedur məsələsi kimi ortaya çıxır.

1. Mülkiyyətçi öz əşyası üzərində faktiki sahibliyi itirməli - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyinə əsasən İddiaçı ona məxsus 0,05 ha torpaq sahəsi üzərində sahibliyi həyata keçirmək imkanından məhrumdur.

2. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu əşya başqa şəxsin (özgəsinin) sahibliyinə keçməli - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/1585 №-li, 31 mart 2023-cü il tarixli rəyinə əsasən əsasən – İddiaçı məxsus 0,05 ha torpaq sahəsi Cavabdeh tərəfindən faktiki olaraq istifadə etməklə onun sahibliyindədir.

3. Özgə şəxsin əşyaya faktiki sahibliyi qanunsuz olmalı – Cavabdeh faktiki olaraq istifadə etdiyi 0,05 ha torpaq sahəsinə dair hər hansı hüquqi sənəd təqdim etməmiş, bu da onu deməyə əsas verir ki, Cavabdeh İddiaçı məxsus 0,05 ha torpaq sahəsinə qanunsuz sahibliyi həyata keçirir.

4. Mülkiyyətçinin sahiblikdən məhrum olduğu və özgəsinin qanunsuz sahibliyinə keçdiyi əşya naturada saxlanmalı – mübahisə predmeti torpaq sahəsi olduğundan iddiaçı əmlakını naturada tələb edir.

5. Geri tələb olunan əşya yalnız fərdi əlamətləri ilə müəyyən edilən əşya (fərdi-müəyyən əşya) olmalı – mübahisənin predmeti olan torpaq sahəsi fərdi müəyyən edilən əşya hesab olunur.

6. Əşyanın mülkiyyətçisi və faktiki sahib bir-birilə öhdəlik hüquq münasibətlərində, məsələn, müqavilə münasibətlərində olmamalı – tərəflər arasında mübahisəli torpaq sahəsi ilə əlaqədar hər hansı öhdəlik münasibətləri mövcud deyil, digər tərəflər bununla əlaqədar tərəflər məhkəməyə hər hansı sübut təqdim etməmişlər. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız yuxarıda qeyd olunan dispozisiya şərtlərinin hamısı mövcud olduğu təqdirdə əsaslıdır. Hazırki işin hallarından isə müəyyən edilir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri yuxarıda qeyd olunanlara əsasən mövcud olduğundan **********00056 kadastr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü» sənədi əsasında Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən və X3 verilmiş 0,05 ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən və istifadəsində azad edilərək İddiaçı təhvil verilməli, həmin torpaq sahəsi ətrafına çəkilmiş hasar Cavabdeh hesabına sökülməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər məhkəmə məsrəflərinə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə mərsəfləri ilə əlaqdar məhkəmə qeyd edir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 50 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi barədə məhkəmə aktı qəbul edildiyindən hazırki iş üzrə ekspertiza tədqiqatının dəyərinin Cavabdeh tutulmasına zərurət yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Azərbaycan Respublikasının Dövlət Topraq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A489394 №-li, **********00056 kadastr nömrəli «Torpaq sahəsinin planı və ölçüsü sənədi»nə əsasında Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən və X3 verilmiş 0,05 ha torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən və istifadəsində azad edilərək İddiaçı təhvil verilsin və həmin torpaq sahəsi ətrafına çəkilmiş hasar Cavabdeh hesabına sökülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar