Məhkəmə qərarları › İş №2(049)-2597/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2597/2023

23.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2597/2023 23.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan birgə pay torpağın digər birgə olan pay mülkiyyətçilərindən geri alınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan birgə pay torpağın digər birgə olan pay mülkiyyətçilərindən geri alınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən beş nəfər ailə üzvünə düşən 0,71 hektar pay torpağının birgə istifadəsinə məhdudiyyət yaratdığı üçün həmin torpaq sahəsinin alınıb geri qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı öz iddia tələbində özünün qeydiyyat ünvanının Lənkəran rayonu Tükəvilə kəndi, Cavabdeh ünvanının isə ünvan 2hin rəsmi qeydə alındığı yerin məhkəməsinə deyil, özünün yaşayış yeri üzrə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İş materiallarından görünür ki, iddia tələbində qeyd edilən, mübahisə predmetinə aid olan torpaq sahəsi də Masallı rayonu ərazisində yerləşir. Hazırki iş üzrə iddianın aidiyyət baxımından iddiaçının seçməsinə görə özünün yaşadığı yerin məhkəməsinə verilməsini nəzərdə tutan (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36-cı maddəsi ilə müəyyən edilmiş) hallar da mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin məcəllənin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi işə əlavə etməmiş və məhkəməyə də təqdim etməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki tələb ərazi aidiyyəti qaydalarının pozulması ilə verildiyinə və iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilmədiyinə görə iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda, İddiaçı izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülku Prosessual Məcəlləsinin 35, 40, 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətdə olan birgə pay torpağın digər birgə olan pay mülkiyyətçilərindən geri alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar