Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2628/2023 25.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər "xxxx" ASC və Cavabdeh1na qarşı “ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2023cü il tarixli bildirişin ləğvi”nə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdim: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər "xxxx" ASC və Cavabdeh1na qarşı “ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2023cü il tarixli bildirişin ləğvi”nə dair iddia ərizəsi xx.xx.2023-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuşdur. Ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.1-ci maddəsinin tələbinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilir. Hazırki iddia tələbi üzrə iddiaçı tərəfindən cavabdehlərin sayına görə idda ərizəsinin surəti əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə, iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq belə bir nəticəyə gəlirəm ki, yuxarıda şərh olunanlara əsasən ərizə geri qaytarılmalı, iddiaçıya qeyd edilən nöqsanı aradan qaldırıb ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 149-152, 263, 264-cü maddələrini rəhbər tutaraq və göstərilənləri nəzərə alıb qərara aldım: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdehlər "xxxx" ASC və Cavabdeh1na qarşı “ipoteka predmetinə notariusun icra qeydi əsasında tutma yönəldilməsi barədə xx.xx.2023cü il tarixli bildirişin ləğvi” barədə iddia ərizəsi geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 izah olunsun ki, qeyd edilən nöqsanı aradan qaldırıb ümumi qaydada məhkəməyə müraciət edə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2628/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2628/2023
25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver