Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2629/2023 28.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X13, iddiaçı: İddiaçı, iddiaçının nümayəndə və vəkilləri “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil2, Masallı Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil1, cavabdehin nümayəndəsi: Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz” X7 X23 İdarəsinə qarşı «işdən azad edilməyi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran X23ı İdarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmrin etibarsız hesab edilməsi, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb ona ödənilməklə onun Lənkəran X23ı İdarəsində əvvəlki, Lənkəran X23ı İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsinə bərpa edilməyi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə Masallı rayon Həsənli kəndində anadan olmuş və hazırda da həmin kənddə qeydiyyatda olmaqla yaşayır. O, 2010-cu il tarixdə müddətsiz əmək müqaviləsi əsasında X8 mühəndis olaraq işə təyin olunmuş və xx.xx.2023-cü il tarixdə işdən azad olunmuşdur. İşdən azad olunmağı səbəbi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud b Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işdən azad edilir. Halbuki, o işlədiyi dövr ərzində həmişə nizam-intizam qaydalarına əməl etmiş əmək müqaviləsi ilə üzərinə düşən öhdəliklərini tam icra etmişdir. Onunla əvvəlllər ədavəti olmuş həmkəndlisi Xalidə Müseyibova onun barəsində şikayət edərək guya o, evimdə və qeyri-yaşayış obyektində təbii qazdan qeyri qanuni istifadə edir. Şikayət əsasında deyilən ərazidə qazıntı işləri aparıldı və torpağın altında uzun müddət istifadəsiz olan çıxıntı ağzı bağlı şəkildə turba aşkar olunmuşdur. Evi qazıntı aparılan ərazidən 200 metr aralıda yolun əks tərəfində yerləşir, qeyri-yaşayış obyekti yoxdur. Bu barədə 8 saylı Cəlilabad Ərazi İdarəsindən arayışıda iddia ərizəmə əlavə edir. Ümumiyyətlə o, evində, həyətidə təbii qazdan qeyri-qanuni istifadə olunmur. Xalidə Museyibovanın etdiyi şikayət əsassız olduğundan öz əksini tapmamışdır. Lənkəran X23ı İdarəsinin rəisi Namiq Məmmədov onunla heç vaxt yola getməmiş, dəfələrlə ona əsassız intizam tənbeh tədbirləri tətbiq etdirmişdir. Xalidə Museyibovanın şikayəti əsasında Ləkəran X23ı İdarəsinin Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixdə, saat 12:00-da iclası təyin edilmiş, o və vəkili iclasda iştirak etmək istədikdə Namiq Məmmədov və onun qoçuları nümayəndə və vəkilin iclasa girməsinə icazə vermədilər. Vəkili Vəkil1 Azəriqaz İBnin qaynar xəttinə, Baş Prokurorluğa və Lənkəran rayon prokurorluğuna şikayət etmişdir. Həmkarlar iclası formal keçirilmiş, sadəcə Namiq Məmmədovun tapşırıqlarını yerinə yetirmişdir. Həmkarların iclasının keçirilməsinə səbəb Xalidə Museyibovanın şikayəti olmuşdur. Həmin iclasda Xalidə Museyibovanın şikayətindən başqa onun barəsində çıxarılmış intizam tənbeh tədbirləri müzakirə olunmuş və nəticədə belə bir qanunsuz əmr çıxarılmışdır. Əmrlə razı deyil hesab edir ki, əmr məhkəmənin qərarı ilə ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, onun işdən çıxarılması tamamilə qanunsuzdur, həmkarlar təşkilatının iclasında ərizə ilə o, müraciət etmişdir ki, işini itirməsin, əslində isə o heç bir qanun pozuntusuna yol verməmiş, heç kimdən qaz istifadə etməsinə görə pul almamışdır. İşini itirməmək üçün həmkarlar təşkilatının iclasında ərizə yazmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək cavabdeh tərəfindən qəbul edilmiş əmrin tamamilə qanunsuz olduğunu bildirib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək cavabdeh tərəfindən qəbul edilmiş əmrin tamamilə qanunsuz olduğunu bildirib iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak eddən cavabdehin nümayəndəsi Nümayəndə iddianın əsassız olduğunu, iddiaçının əmək funksiyalarını yerinə yetirmədiyini və buna görə işdən azad olunduğunu, idddiaçı barəsində şikayət olduğu üçün həmkarlar təşkilatıəna müraciət edildiyini bildirib iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında dindirilən şahid X2 ifadəsində göstərdi ki, İddiaçı ailəsi ilə yaxın münasibətləri olmuş, tez-tez evlərinə gedib-gəlmişlər. İddiaçı Masallı Qaz İdarəsində işləmişdir. O, həyətində toyuq, cücə saxladığı üçün ayrıca qaz xətti çəkmiş və aylıq 100-150 manatlıq qaz işlətmişdir. 2020-2022-ci il tarixlərdə o, aylıq qaz pulunu, yəni 100-150 manatı nağd şəkildə İddiaçı vermiş və sonuncu da onun qaz borcunu silmişdir. Bu hal həmişə belə olmuş, İddiaçı ona qəbz verməmişdir. 2022-ci ilin oktyabr ayında qaz idarəsinin işçiləri onların evinə gələrək qaz sayğacını yenisi ilə əvəz etmişlər, həmin vaxt o, İddiaçı arvadına zəng edərək bu barədə demiş, sonuncu da ərinə bu barədə dediyini və problem olmadığını bildirmişdir. 2023-cü ilin mart ayında oğlu hərbi xidmətdən qayıtdıqdan sonra qaza görə pul ödəmək istəyərkən ona borclarının olduğunu bildirmişlər. O, bu barədə İddiaçı öyrənmək istədikdə, sonuncu onun problemi ilə maraqlanmamış və onun haqqında «iki eşşəyin arpasını bölə bilməyən» demişdir. O, sözdən qəzəblənərək İddiaçı özünün də qanunsuz olaraq qazdan istifadə etməyi barədə şikayət etmişdir. O, İddiaçı evinə gedib gəlmiş və hər dəfə evdə iki ayrı xəttin olduğunu görmüşdür. Eyni zamanda İddiaçı özünə məxsus kafe kimi işlətdiyi obyektdə də qazdan qanunsuz istifadə etmişdir. O, bu barədə sosial şəbəkələrdə yazmış, həmçinin X9 rəhbəri Ruslan Əliyevin də qəbulunda olmuşdur. Yalnız davamlı şikayətlərindən sonra 2023-cü ilin aprel ayında İddiaçı evinin yaxınlığında qazıntı işləri aparılmış və torpağın altından qaz xəttinə qoşulmuş boru aşkar edilmişdir. Məhkəmə iclasında dindirilən şahid X3 ifadəsində göstərdi ki, Lənkəran X23 İdarəsinin Masallı Xidmət Sahəsinin rəis müavini vəzifəsində işləyir. İddiaçı tanıyır. İddiaçı barəsində rayon sakini Xalidə Museyibova şikayət etmiş və rəhbərlik tərəfindən ona şikayətdə göstərilən əraziyə baxış keçirilməsi tapşırılımışdır. 17 aprel 2023-cü il tarixdə o, xidmət sahəsinin əməkdaşları Xalid Həsənov, Rahim Cəbiyevlə birlikdə Masallı rayonu, Həsənli kəndinə getmiş, orada qazıntı işləri aparacağı üçün şikayətçi Xalidə Museyibova və kəndin icra nümayəndəsi də dəvət edilmişdir. Torpaq sahəsi bərk olduğu üçün ekskovator çağırtmış və şikayətçinin göstərdiyi ərazidə qazıntı işləri aparılmışdır. Qazıntı videoçəkilişlə aparılmış və qazıntı zamanı torpağın altından uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə aşkar edilmişdir. Bundan sonra akt tərtib edilmişdir. Həmin çıxıntının uzun müddət istifadəsiz olmasını formasından və bağlanmış dəmirlərin paslanmasından müəyyən etmişlər. Ərazi isə əvvələr və ya yaxın zamanda qazılmadığından ora ekskovator cəlb edilmişdir. Məhkəmə iclasında dindirilən şahid X20 ifadəsində göstərdi ki, Lənkəran X23 İdarəsinin Masallı Xidmət Sahəsinin TQQ və SX rəisi vəzifəsində işləyir. İddiaçı tanıyır. 17 aprel 2023-cü il tarixdə o, xidmət sahəsinin əməkdaşları İxtiyar Seyfullayev, Rahim Cəbiyevlə birlikdə Masallı rayonu, Həsənli kəndinə getmişdir. Orada qazıntı işləri aparacağı üçün kəndin icra nümayəndəsi də dəvət edilmişdir. Qazıntı videoçəkilişlə aparılmış və qazıntı zamanı torpağın altından uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə aşkar edilmişdir. Bundan sonra akt tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən şahid X16 ifadəsində göstərdi ki, Lənkəran X23 İdarəsinin Masallı Xidmət Sahəsinin QDX-nin çilingəri vəzifəsində işləyir. 17 aprel 2023-cü il tarixdə o, xidmət sahəsinin əməkdaşları İxtiyar Seyfullayev, Xalid Həsənovla birlikdə Masallı rayonu, Həsənli kəndinə getmişdir. Orada qazıntı işləri aparılmışdır. Qazıntı ekskovator vasitəsilə aparılmışdır. Qazıntı videoçəkilişlə aparılmış və qazıntı zamanı torpağın altından uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə aşkar edilmişdir. Bundan sonra akt tərtib edilmişdir. Məhkəmə iclasında dindirilən şahid X17 ifadəsində göstərdi ki, Lənkəran X23 İdarəsinin Həmkarlar Təşkilatının üzvüdür. 15 may 2023-cü il tarixdə Masallı Xidmət Sahəsinin sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı barəsində Masallı kənd sakini Xalidə Museyibovanın şikayəti əsasında işdən çıxarılması məsləsinə baxılmış və iclas zamanı müəyyən edilmişdir ki, İddiaçı əvvəllər ona verilmiş töhmətlərdən nəticə çıxarmamışdır. Buna görə də, İddiaçı işdən çıxarılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasında dindirilən şahid X21 ifadəsində göstərdi ki, Lənkəran X23 İdarəsinin Həmkarlar Təşkilatının üzvüdür. 15 may 2023-cü il tarixdə Masallı Xidmət Sahəsinin sayğacların qəbulu və istismarı xidmətinin rəisi İddiaçı barəsində Masallı kənd sakini Xalidə Museyibovanın şikayəti əsasında işdən çıxarılması məsləsinə baxılmış və iclas zamanı müəyyən edilmişdir ki, İddiaçı əvvəllər ona verilmiş töhmətlərdən nəticə çıxarmamışdır. Buna görə də, İddiaçı işdən çıxarılmasını məqsədəmüvafiq hesab etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış X19 Bildirişindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respulikası Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış xx.xx.2023-cü il tarixli, 14-2-2-10/3-5-1782/2023 nömrəli məktubdan görünür ki, İddiaçı Masallı rayonu, Həsənli kənd sakini Xalidə Museyibovanın şikayəti əsasında Masallı XS əməkdaşları tərəfindən araşdırılma aparılarkən deyilən ünvanda torpağın altında uzun müddət istifadəsiz olan çıxıntı ağzı bağlı şəkildə aşkar olunması ilə bağlı Lənkəran X23 İdarəsinin Həmkarlar Təşkilatının ümumi yığıncağında müzakirə olunması ilə bağlı xx.xx.2023-cü il tarixdə, saat 12.00-da Lənkəran X23 İdarəsinin inzibati binasına dəvət edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış “Azəriqaz” X7 X23 idarəsinin rəisi X14 imzaladığı 17 may 2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı Əmrindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək funksiyasının yerinə yetirməməsini nəzərə alaraq X5 05/2023 nömrəli, 15 may 2023-cü il tarixli protokolu əsasında ilə işdən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 18 aprel 2023-cü il tarixli aktdan görünür ki, Masallı Xidmət Sahəsinin rəis müavini X3, Masallı Xidmət Sahəsinin TQQ cə SX-nin rəisi X20 və Masallı Xidmət Sahəsinin QDX-nin çilingəri X1 rayonu, Həsənli kənd sakini Museyibova Xalidənin iştirakı ilə və videogörüntü altında göstərilən ünvanda qazıntı işləri aparılmış və uzun müddət istifadəsiz çıxıntı ağzı bağlı şəkildə torpaq altından çııxarılmışdır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 12 may 2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı ümumibirgə mülkiyyyətində Masallı rayonu, Həsənli kəndində 0.75 ha kənd təsərrüfatlı, 0.12 ha isə yaşayış məntəqələri torpaqlar vardır. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış ******* nömrəli əmək kitabçasından müəyyən olunur ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Lənkəran X23ı İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin 10-cu dərəcəli mühəndis vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2022-ci il tarixdə Lənkəran X23ı İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində əsasən işdən azad edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 10 yanvar 2023-cü il tarixli, 14-2-2-10/3-1İ-8/2023 nömrəli Əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin c bəndinə əsasən a”ylıq əmək haqqının ¼ məbləğində” cərimə edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 27 yanvar 2023-cü il tarixli, 14-2-2-10/3-1i-37/2023 nömrəli Əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət”verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 17 mart 2023-cü il tarixli, 14-2-2-10/3-1i-104/2023 nömrəli Əmrdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən “sonuncu xəbərdarlıqla şiddətli töhmət”verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 20 aprel 2023-cü il tarixli Aktdan görünür ki, Lənkəran X23ı İdarəsinin Hüquq şöbəsinin rəisi Nümayəndə, şöbənin böyük hüquq məsləhətçisi Fuad Məhərrəmov, şöbənin hüquq məsləhətçisi Xəzər Bayramov aktı ondan ötrü tərtib etmişlər ki, Lənkəran X23ı İdarəsinin Masallı rayonu üzrə rəis müavini İxtiyar Seyfullayevin 14-2-2-10/3-5-1588/2023 saylı 20 aprel 2023-cü il tarixli xidməti yazısında göstərilənlərə aydınlıq gətirilməsi məqsədilə Masallı Xidmət Sahəsində Sayğacların qəbulu və istismarı xidmətinin rəisi işləyən İddiaçı izahatının alınması üçün Lənkəran X23ı İdarəsinə dəvət olunmuşdur. Lakin o, naməlum səbəbdən Lənkəran RQİİnə gəlməmiş və izahat verməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış 15 may 2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı öz əlyazmnası ilə yazıdğı ərizədə göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Lənkəran X23ı İdarəsində inzibati binada həmkarlar təşkilatının iclasında qeyd olunan nöqsanları qəbul etmiş və peşmaçılıq keçirmiş, övladının tələbə olması, ailəyə qazanc gətirən şəxs olması nəzərə alın\araq fəhlə kateqoriyasına keçirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə elan edilərək araşdırılmış Azəriqaz X7 X23 İdarəsinin Həmkarlar Təşkilatının 15 may 2023-cü il tarixli, 05/2023 nömrəli iclas protokolundan görünür ki, Lənkəran X23ı İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi üseynov Əlizamin Əliəşrəf oğlunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi məqsədəuyğun hesab edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Həmin Məcəllənmin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəlləni 68.1-ci maddəsinə əsasən Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsində isə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsasları qeyd olunmuşdur. Belə ki, həmin maddəyə əsasən bu əsaslardan biri də işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu haldan ibarətdir. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinin tələbinə görə həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 83-cü maddəsinin tələbinə görə əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinin tələbinə görə isə əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Həmin Məcəllənin 84.2-ci maddəsinin tələbinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Əliəsrəf oğlunun Lənkəran X23ı İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsindən azad edilməsi ilə bağlı Lənkəran X23ı İdarəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı Əmr qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, qeyd olunan əmrdən görünür ki, əmrin giriş hissəsində «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini rəhbər tutaraq və işçinin əmək funksiyasını yerinə yetirməməsini nəzərə alaraq» qeyd edilmiş, Əmrin məzmununda isə əmək müqaviləsinin ləğv edilməsinin əsası isə X5 05/2023 nömrəli 15 may 2023-cü il tarixli protokolunun olması göstərilmişdir. Halbuki qanunvericilik yuxarıda da göstərildiyi kimi əmək müqaviləsinin ləğv edilmə əsaslarını konkret olaraq dəqiq göstərmişdir və həmin əsaslar arasında həmkarlar ittifaqı təşkilatının protokolu yoxdur. Qanunun mənasına görə, həmkarlar ittifaqı təşkilatının razılığı işəgötürünənin işçini işdən azad etməsi üçün əsas deyil, həmin hal prosedur qayda kimi nəzərdə tutulmuşdur. Prosedur qaydaya riayət edilməsi isə işəgötürənin birbaşa vəzifə səlahiyyətlərinin yerinə yetirilməsindən irəli gəlir. Əmək Məcəlləsinin 70-ci maddəsi 4 bənddən ibarətdir. Bu maddənin “ç” bəndində deyilir ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bu maddə ilə bağlı qeyd olunmalıdır ki, qanunun bu göstərişi imperativ xarakter daşımır. Belə ki, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Hazırda mübahisələndirilən əmrdən isə işəgötürənin işçini hansı əsasla işdən çıxarması müəyyən edilmir, çünki işəgötürən əsas qismində qanunda nəzərdə tutulmayan protokolu göstərmişdir ki, bu da hüquqi təbiət etibarı ilə əmək qanunvericiliyinin tələblərinə tamamilə ziddir. Məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi özlüyündə konkret norma müəyyən etməklə yanaşıı blanket norma kimi digər maddədə olan halların siyahısını dəqiq göstərmişdir. Nəzərə alınmalıdır ki, həm “ç” bəndinin özündə göstərilmiş “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə” müddəası və blanket norma kimi göstərilən və həmin Məcəllənin 72-ci maddəsində göstərilən “özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi” müddəaları genişləndirici təfsir edilə bilməz. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işin hallarından İddiaçı barəsində olan 15 may 2023-cü il tarixli Həmkarlar Təşkilatının protokolunun hansı əsasla çağırılması və hansı əsasa görə onun barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsi müəyyən deyil. Belə ki, işin hallarından görünür ki, Masallı rayon sakini Xalidə Museyibova iddiaçı barəsində qanunsuz qazdan istifadə ilə bağlı şikayət etmiş, bu şikayətin araşdırılması zamanı hər hansı qanunsuz qaz istifadə halına rast gəlinməmişdir ( 18 aprel 2023-cü il tarixli aktdan görünür ki, torpaq altından uzun müddət istifadəsiz çıxıntı aşkar edilmişdir), lakin buna baxmayaraq şəxsin intizam məsuliyyətinə cəlb edilməsi barədə hüquq idarəsi tərəfindən işəgötürəbnə müraciət edilmiş, işəgötürən isə həmin halı, - hansı ki, heç bir sənəd, şahid ifadəsi və digər halla sübuta yetirilmir- müzakirə etmək üçün həmkarlar təşkilatına müraciət etmişdir. Həmkarlar Təşkilatı isə işçinin barəsində şikayət etmiş şəxsin şikayətinə əsasən iclas keçirilməsini qərara almasına baxmayaraq işçinin əvvəllər əmək funksiyasını pozması əsası ilə işçi barəsində Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiq edilməsi məqsədəuyğun hesab etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsi işçi ilə əmək müqaviləsinin xitam verilməsi əsaslarını dəqiq tənzim etməklə, əmək qanunvericiliyinin tələblərinə zidd əmək müqaviləsinin xitam verilməsinin yolverilməz olduğunu əks etdirir. Qanunvericiliyin təhlilindən görünür ki, qeyd edilən əsasla əmək müqaviləsinə xitam verilməsi üçün işəgötürən tərəfindən əmək qanunvericiliyi ilə müəyyən edilmiş ümumi şərtlərlə yanaşı, bir sıra xüsusi şərtlərə də əməl olunmalıdır. Həmin şərtlərə xüsusilə əmək müqaviləsinə xitam verilməsi əsasının konkret müəyyən edilməsi aiddir. Məhkəmə hesab edir ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən cavabdeh X10 Lənkəran X23 İdarəsi tərəfindən əmək qanunvericiliyinin tələbləri və şərtləri pozulmuş, iddiaçının işdən azad edilməsi qanunsuz və əsassız olmuşdur. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Lənkəran X23ı İdarəsinin X18 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-2-10/3-1K-108/2023 saylı əmr etibarsız hesab edilsin, məcburi iş buraxma müddəti üçün xx.xx.2023-cü il tarixdən əmək haqqının ştat cədvəlinə əsasən hesablanıb İddiaçı ödənilməklə Hüseynov X4 X23ı İdarəsində əvvəlki, Lənkəran X23ı İdarəsinin Masallı rayonu üzrə sayğacların qəbulu və istismarı xidmətinin rəisi vəzifəsinə bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2629/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2629/2023
28.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver