Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2648/2025 26.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi uşaqların doğum faktlarının müəyyən edilməsi tələbi barədə ərizəsinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra ərizəçi) məhkəməyə müraciət edərək xx.xx.2008-ci il tarixdə doğulmuş X7 və xx.xx.2010-cu il tarixdə doğulmuş X2 Lənkəran rayonu, Liman şəhərində doğulması faktının müəyyən edib, doğumun qeydə alınması və onların adına doğum haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində anadan olmuşdur. 13 noyabr 2005-ci ildə X8 ilə nikahlarını Lənkəran rayonu Nərimanabad qəsəbə ərazi nümayənəsində rəsmiləşdirmişlər, birgə nikahlarından üç övladları olmuşdur. Uşaqlardan birinin doğum haqqında şəhadətnaməsini almışdır. Digər iki uşaqlarına doğum haqqında şəhadətnamə almamışdır. Böyük övladı xx.xx.2008-ci ildə Elvira və ikinci övladı xx.xx.2010-cu il tarixdə Nərmin adlı uşaqlar Lənkəran rayonu Liman şəhərində yerləşən doğum evində anadan olmuşdur. Hüquqi savadı olmadığı üçün hər iki uşaqlar üçün forma 3 almamışdır. Hazırda Lənkəran rayonu Liman şəhərində yerləşən doğum evi dağılmış və xəstəxana başqa əraziyə köçürülmüşdür. Uşaqlar üçün doğum şəhadətnaməsini almaq üçün Lənkəran rayonu Liman şəhərində yerləşən doğum evi dağıldığı üçün forma 3 verməkdən imtina edilmişdir. Bu səbəbdən hər uşaq üçün arayış verilmişdir. Həmin arayışları Lənkəran rayonu qeydiyyat şöbəsinə təqdim etmiş, lakin arayışlar əsasında uşaqlar üçün doğum şəhadətnaməsi verilməmişdir. Hazırda uşaqların birinin on yeddi, digər uşağın on beş yaşı var. Hələ də uşaqların şəxsiyyətini təsdiq edən sənədləri yoxdur. Çünki bu günə kimi onların adına doğum haqqında şəhadətnamə verilməmişdir. Onlar Azərbaycanda doğulmuşlar, azərbaycanlıdırlar, niyə də onların şəxsiyyətini təsdiq edən sənədləri olmasın. Maraqlı şəxsnə müraciət etmişdir. Orada onların adına doğum haqqında şəhadətnamənin verilməsindən imtina edildi və bildirdilər ki, onların adına doğum haqqında şəhadətnamə götürmək üçün gərək doğulmağını təsdiq edən tibb müəssisəsindən sənəd təqdim edilməlidir, lakin onlarda müvafiq həkim arayışı olmadığı üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşlər. Hazırda övladı xx.xx.2008-ci ildə anadan olmuş Elvira və övladı xx.xx.2010-cu il tarixdə anadan olmuş Nərmin adlı uşaqları üçün doğum haqqında şəhadətnaməni başqa yolla əldə edə bilmir. Buna görə də xx.xx.2008- ci ildə anadan olmuş Elvira və xx.xx.2010-cu il tarixdə anadan olmuş Nərmin adlı uşaqlarının Lənkəran rayonu, Liman şəhərində doğulmağı faktının müəyyən edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət edir. Qeyd etdiyi xüsusatları X1, X15 və X3 təsdiq edə bilərlər. Ərizəsinə xəstəxananın arayışlarını və qeydiyyat şöbəsinin məktublarını əlavə etmişdir. Uşaqların doğum faktlarının müəyyən edilməsi hazırki vəziyyətdə yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərə uyğun məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki, o, 1982-ci ildə Lənkəran rayonu, Nərimanabad qəsəbəsində doğulmuşdur və hazırda da Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayır. O, 13 noyabr 2005-ci il tarixdə X10 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından üç övladları olmuşdur. Uşaqlardan birinin doğum haqqında şəhadətnaməsini almışdır. Digər iki uşaqlarına doğum haqqında şəhadətnamə almamışdır. X7 və X2 doğum haqqında şəhadətnamələri olmasa da, qızı Elvira xx.xx.2008-ci il tarixdə, digər qızı Nərmin isə xx.xx.2010-cu il tarixdə Lənkəran rayonu, Liman şəhərində xəstəxana şəraitində doğulmuşlar. O, qızı X4 xx.xx.2008-ci il tarixdə, X2 xx.xx.2010-cu il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulması faktını təsdiq edir. X1, X13 və X3 da şahid X6 ifadəsinin məzmununa uyğun ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdiklərini bildirdilər. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclasının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə X5 nikahı 13 noyabr 2005-ci il tarixində Azərbaycan Respublikası Nərimanabad qəsəbə ərazi vahidi nümayəndəsi tərəfindən 52 №-li aktla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Ağayev, arvada Ağayeva soyadı verilmişdir. Ərizəçiyə məxsus olan AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1986-cı il tarixdə Lənkəran rayonu Nərimanabad kəndində doğulmuşdur və hazırda da həmin kənddə qeydiyyatdadır. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-5/8-10-583/2025 nömrəli və 3-16-5/8-10-582/2025 nömrəli müraciətə cavab məktublarından görünür ki, Maraqlı şəxs arxivində X7 və X2 doğumu haqqında akt qeydləri aşkar olunmamış, ərizəçiyə doğum faktlarının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 99 nömrəli arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X5 xx.xx.2010-cu il tarixdə bir qızı doğulmuşdur və bu yeni doğulmuşların inkişaf tarixi kitabında 169 nömrə ilə qeyd edilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 98 nömrəli arayışdan görünür ki, xx.xx.1986-cı il təvəllüdlü X5 xx.xx.2008-ci il tarixdə bir qızı doğulmuşdur və bu yeni doğulmuşların inkişaf tarixi kitabında 169 nömrə ilə qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ağayeva Elvira adlı uşaq xx.xx.2008ci il tarixdə, Ağayeva Nərmin adlı uşaq isə xx.xx.2010-cu il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuşlar. Lakin həmin uşaqların doğumu müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmamışdır. Adı çəkilən uşaqların doğum haqqında şəhadətnamələri olmadığından onların yaşayış yeri üzrə qeydiyyata alınmaları, həmçinin, qanunda nəzərdə tutulan təhsil, sosial və digər vətəndaş hüquqlarından istifadə etmələri mümkün deyildir. Ərizəçi tərəfindən qeydiyyat şöbəsinə təqdim edilən sənədlər həmin uşaqlara doğum haqqında akt qeydlərinin tərtib edilməsinə əsas verməmişdir. Elvira və Nərmin adlı uşaqların doğum faktlarının başqa qaydada təsdiq edilməsi və ərizəçinin bununla bağlı zəruri sənədləri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün deyildir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 nömrəli qərarında qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları (o cümlədən, doğumun qeyd edilmə faktını - maddə 307.2.3) müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarını rəhbər tutaraq hesab edir ki, Elvira və Nərmin adlı uşaqların doğum haqqında şəhadətnamələri olmasa da, onların anadan mənşəyi (analıq), uşaqların adları, doğum tarixləri və yeri barədə müvafiq məlumatlar ərizəçinin izahatı və şahidlərin ifadəsi ilə yanaşı iş materialları ilə də təsdiq olunduğundan Elvira adlı uşağın xx.xx.2008-ci il tarixdə, Nərmin adlı uşağın isə xx.xx.2010-cu il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmaları faktı sübuta yetirilmiş hesab edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, hazırki vəziyyətdə ərizəçinin öz övladları üçün doğum faktını təsdiq edən sənədləri, yəni doğum haqqında şəhadətnamələri başqa qaydada ala bilməsi, yaxud həmin sənədlərin bərpası mümkün olmadığından hazırki iş üzrə ərizəçinin doğmuş olduğu Elvira adlı uşağın xx.xx.2008-ci il tarixdə, Nərmin adlı uşağın isə xx.xx.2010-cu il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. İddia tələbinin digər hissəsi - doğumun qeydə alınması və uşaqların adına doğum haqqında şəhadətnamələrin verilməsi ilə bağlı olduğundan və həmin məsələlər üzrə qeydiyyat və şəhadətnamə verilməsi müvafiq icra hakimiyyətinin səlahiyyətinə aid olduğundan ərizə həmin hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.1-ci bəndinə görə doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizəçi ərizəsi qismən təmin edilsin. Ərizəçi uşaqları – X4 xx.xx.2008-ci il tarixdə, X2 isə xx.xx.2010-cu il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmaları faktı müəyyən edilsin. Ərizə qalan hissədə rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-2648/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2648/2025
26.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver