Məhkəmə qərarları › İş №2(049)-2721/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2721/2023

22.08.2023 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2721/2023 22.08.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, Ərizəçinun iştirakı ilə, Ərizəçinun «ölüm faktının müəyyən edilməsi» haqqında xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixində anadan olmuş X3nun xx.xx.2023-cü il tarixində Lənkəran rayonu Liman şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, Ərizəçi yuxarıda qeyd edilən ünvanda yaşayır. X14 onun əri olmuşdur. X14 xx.xx.1967-ci il tarixdə anadan olmuş və 09 mart 2023-cü il tarixdə vəfat etmişdir. Belə ki, mərhum əri xx.xx.2023-cü il tarixdə, saat 08:45 radələrində yaşadığı evdə özünü asaraq intihar etmişdir. Təcilli və X7 şöbəsinə məlumat verilmişdir. Mərhum X1 rayonunda yerləşən qəbrstanlıqda dəfn edilmişdir. Mərhum həyat yoldaşı vəfat edərkən o vaxt hüquqi savadsızlıqdan onun ölümünü təsdiq edən həkim arayışı alınmamışdır. Mərhumun ölməsi barədə həkim arayışı ala bilmədiklərindən onun üçün ölüm haqqında şəhadətnamə götürmək mümkün olmamışdır. O, bununla əlaqədar ərinin ölüm faktının qeyd olunması barədə şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Maraqlı şəxs arxivində ərinin ölüm akt qeydiyyatı aşkar olunmadığı bildirilmişdir. Qeydiyyat şöbəsində ona həmin faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsini tövsiyyə edilmişdir. Ona görə də o, X5 ölüm faktının müəyyən etmək üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ölüm faktının qeyd olunması ona vərəsəlik məsələsinin həll edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edib, ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, əri sağlığında narkotik istifadəçisi olmaqla diabet xəstəliyindən də əziyyət çəkmişdir. Bir ayağı çürümüşdü və həkimlər həmin ayağının amputasiya edilməli olduğunu ona bildirmişdilər. O, isə həmişə deyirdi ki, ayağının kəsilməsinə razı olmayacaq və özünü asaraq intihar edəcək. 09 mart 2023-cü il tarixdə səhər saatlarında toyuq tövləsinə yumurta yığmaq üçün getdikdə həyat yoldaşının orada özünü asaraq intihar etdiyini görmüşdür. Dərhal oğlunu köməyə çağırmışdır və onu asıldığı yerdən yerə salmışlar. Bu faktla əlaqədar Lənkəran rayon prokurorluğunda araşdırma aparılmışdır və cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmədən ərizə tələbinin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəməyə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-nin) 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: AZE seriyalı AA1235904 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 xx.xx.1967-cı il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuşdur və Lənkəran rayonu Liman şəhəri M. İbayev ünvanında qeydiyyatdadır. AZE seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə Lənkəran rayonu Port-İliç şəhərində doğulmuşdur və Lənkəran rayonu Liman şəhərində qeydiyyatdadır. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X14 xx.xx.1991-ci il tarixdə rəsmi nikaha girmiş və bu barədə “95” nömrəli nikah akt qeydi tərtib edilmişdir. Lənkəran ŞİHB-nın Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 832 nömrəli, xx.xx.2023-cü il tarixli arayışında qeyd edilmişdir ki, “X14 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir və Liman şəhər qəbiristanlığında dəfn edilmişdir”. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli nömrəli 13-16-8-10-1277/2023-cü il tarixli məktubunda Ərizəçinun ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası’’nın 8.5 bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı,ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi,ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu halda ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon prokurorunun köməkçisi, İİİ dərəcəli hüquqşünas X8 “cinayət işinin başlanması rədd edilməsi haqqında” qərarından görünür ki, X5 yaşadığı evdə kəndirlə özünü asaraq intihar etməsi barədə daxil olmuş məlumata əsasən, prokurorluqda araşdırma aparılmış və hər hansı cinayət hadisəsinin olması faktı öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, X3 onun qonşusu olub. O, narkotik istifadəçisi idi. Səhər işə gedərkən ona zəng edərək bildirmişdilər ki, İlqar özünü asaraq intihar edib. O, hadisə yerinə çatarkən meyidi yerə qoymuşdular. Sol ayağı çürümüşdü. Bənna işləyirdi. Məhrumun meyitini o yumuşdur. Meyitin üzərində xəsarət yox idi. Heç kimlə düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında şahid qismində X11 ifadəsində bildirmişdir ki, O, mərhum İlqar Lələyevin doğma oğludur. 09 mart 2023-cü il tarixdə işdə növbədə olarkən səhər tezdən anası ona zəng edərək atasının tövlədə özünü asaraq intihar etdiyini ona bildirmişdir. O, dərhal rəhbərlikdən icazə alaraq, atasının həyətinə gəlmiş və tövlədə atasının asılı vəziyyətdə qaldığını görmüşdür. Atası sağlığında narkotik aludəçisi idi və diabet xəstəliyindən əziyyət çəkirdi. Ayağı çürümüşdü və həmin ayağını kəsməli idilər. O, isə hər zaman bu xəstəliyə dözməyərək intihar edəcəyini bildirirdi. Atasını qohumların və qonşuların iştirakı ilə Liman şəhər qəbiristanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 Ələskər İlqar oğlunun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iş üzrə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, X3 09 mart 2023-cü ildə Lənkəran rayonu Liman şəhərində ölməsi faktı öz təsdiqini tapır. Buna görə də Ərizəçi ərizəsi təmin edilməlidir. MPM-nin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd olunan Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki,vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq İcra Hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin,atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq olunmuş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın ümumi müddəalarının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ailə Məcəlləsinin 193.2-ci maddəsinə əsasən ölüm faktının müəyyən edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il təvəllüdlü, Lənkəran rayonunda doğulmuş X5 09 mart 2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 27 iyul 1967-ci il tarixdə Lənkəran rayonu, Liman şəhərində doğulmuş X6 09 mart 2023-cü il tarixdə Lənkəran rayonu Liman şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə Qeydiyyat orqanları tərəfindən ölümün qeydə alınması üçün əsasdır. Qətnamənin icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maraqlı şəxsnə həvalə olunsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X20

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar