Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2741/2023 18.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsində istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onun xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X2 küçəsində yerləşən 4 “a” saylı evin 26 saylı mənzilində istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda ailə üzvlərimlə birlikdə mülkiyyət hüququ ilə ona məxsus, xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X2 küçəsi, ev 4A ünvanında yerləşən 26 saylı mənzildə yaşayır. xx.xx.2014-cü il tarixdən hal - hazırki vaxtadək xüsusi mülkiyyət hüququ ilə mülkiyyətində olan həmin mənzildə ondan və ailə üzvlərindən başqa heç kim yaşamır. Lənkəran şəhəri, X2 küçəsi, ev 4A ünvanında yerləşən 26 saylı saylı mənzili 28 yanvar 2014-cü il tarixdə hazırki mülki iddia tələbi üzrə Cavabdeh1 notariat qaydasında alqı-satqı yolu ilə əldə etmişdir. Həmin tarixdən qeyd olunan mənzil onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən tam pay hüququ ilə xx.xx.2014-cü il qeydiyyat tarixli, Seriya RX № ******* olan, ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Hazırki mülki iş və ya mülki iddia tələbi üzrə cavabdehlər xx.xx.1942-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.1973-ci il təvəllüdlü Cavabdeh2 ona məxsus yuxarıda qeyd edilən mənzili 28 yanvar 2014-cü il tarixdə hazırki mülki iddia tələbi üzrə digər Cavabdeh1 notariat qaydasında alqısatqı yolu ilə ədə edərkən o, sözü gedən AN-İ № ******* saylı müqavilənin 8-ci bəndinə müvafiq olaraq üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürdüyü və 13-cü bəndinin tələbinə uyğun olaraq bir ay müddətinə satdığı əmlakdan qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyü halda, həmin öhdəliklərinə əməl etməmiş, hazırki anadək ona məxsus mənzildə həm özü qeydiyyatda qalmaqda davam etmiş, həm də hazırki mülki idia tələbi üzrə digər cavabdeh olan Cavabdeh2 qeydiyyatda saxlanılmaqla onun hüquqlarını pozmuşlar. Cavabdehlər ona məxsus mənzildə yaşamamaqla yanaşı, hazırda onların hansı ünvanda yaşadıqlarını belə bilmir. Onların onun mənzilindəki qeydiyyatı formal xarakter daşıyır. Onlar onun mənzilində qeydiyyatda olduqlarından, bu hal onun mülkiyyət hüquqlarımın həyata keçirilməsinə ciddi maneçilik törədir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Lənkəran rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 4Ə-01-98 saylı reyestr nömrəli, 28 yanvar 2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, həmin müqavilə əsasında satıcı Cavabdeh1 mülkiyyətində oan Lənkəran şhəri, H.Abdullayev küçəsində yerləşən 4 “a” saylı evin 26 saylı mənzilini alıcı İddiaçı satmışdır. Həmin müqavilənin 8-ci bəndinə əsasən, satıcı üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 13-cü bəndinə əsasən, bir ay müddətinə satdığı əmlakdan qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsində yerləşən 4 “a” saylı evin 26 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. İş materillarında olan "Asan-Masallı” orqanından alınmış xx.xx.2022-ci il tarixli, ******* saylı “yaşayış yeri iizrə qeydiyyat haqqında” arayışdan görünür ki, cavabdehlər Cavabdeh1 və Həsənov X3 şəhəri, Hənifə Abdullayev küçəsində yerləşən 4 “a” saylı evin 26 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında iş materialları ilə müəyyən olundu ki, iddiaçı Salayev X1 şəhəri, Hənifə Abdullayev küçəsində yerləşən 14 “a” saylı evin 26 saylı mənzilini tam mülkiyyət üzrə alqı-satqı müqavləsi əsasında almışdır. Cavabdehlərdən Cavabdeh1 mənzilin keçmiş keçmiş mülkiyyətçisidir. Cavabdehlər iddiaçının ailə üzvləri deyildirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 203.1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqlarına xitam verilmiş, iddiaçı isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli mənzilə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehlərin mübahisəli mənzildən könüllü olaraq qeydiyyatdan çıxmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Göründüyü kimi, cavabdehlərin mənzilə sahiblik etmək və mənzildən istifadə etmək hüquqları artıq mövcud deyildir. Odur ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan mübahisəli mənzildən cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etməkdə haqlıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, sözügedən mənzilə dair İddiaçı adına qeydiyyatın aparılması ilə mübahisəli mənzil üzərində cavabdehlərin hüquqları itirilmiş, iddiaçının isə bu mənzil üzərində mülkiyyət hüququ əmələ gəlmişdir. Buna görə də, cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları qala bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzilindən cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı xüsusi mülkiyyətində olan Lənkəran şəhəri, X2 küçəsində yerləşən 4 “a” saylı evin 26 saylı mənzilindən istifadə hüquqlarına xitam verilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Cavabdeh1 və Cavabdeh2 Lənkəran şəhəri, X2 küçəsində yerləşən 4 “a” saylı evin 26 saylı mənzilindən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2741/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2741/2023
18.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver