Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2750/2025 07.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı Akı̇ f oğlunun Cavabdeh qarşı "qanunsuz inşa edilmiş hin və məftillərin sökülməsi və ümumi gediş-gəliş yolunun aaçılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Akı̇ f oğlu Cavabdeh qarşı "qanunsuz inşa edilmiş hin və məftillərin sökülməsi və ümumi gediş-gəliş yolunun aaçılması" tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinin xahiş etdim hissəsində göstərmişdir ki, "Bölgü eskizində və “fərdi yaşayış evi və torpaq sahəsinin bölgüsü barədə saziş”də nəzərdə tutulan 0,00942 ha ümumi yola aid torpaq sahəsində qanunsuz inşa edilmiş hinin, quraşdırılmış məftillərin sökülməsi və əkilmiş ağacın çıxarılması təmin edilməklə ümumi gediş-gəliş yolunun açılması barədə qətnamə çıxarasınız" Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, iddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən verilmiş ərizədə tələbin nədən ibarət olması konkret olaraq müəyyyən deyil. İddiada hansı "Bölgü eskizində və “fərdi yaşayış evi və torpaq sahəsinin bölgüsü barədə saziş"ə əsasən tələb irəli sürülməsi müəyyən deyil, eləcə də sökülməsi tələb olunan hin və məftillərin hansı ərazidə olması, hansı ünvana gedən yolun açılması, konkret ünvanı, yeri, ərazisi göstərilməmişdir. İddiaçıya izah edilməlidir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 29119 nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə maraciət etmək üçün müvafiq olaraq 100 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Akı̇ f oğlunun Cavabdeh qarşı "qanunsuz inşa edilmiş hin və məftillərin sökülməsi və ümumi gediş-gəliş yolunun aaçılması" tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. xx.xx.2025-ci il tarixli, 29119 nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı Akı̇ f oğluna geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-2750/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2750/2025
07.07.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver