Məhkəmə qərarları › İş №2(049)-2753/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2753/2023

11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2753/2023 11.10.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X5, ərizəçi: Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən X8, maraqlı şəxs: Lənkəran rayon X7 nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Komitəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X34 10 saylı Lənkəran Ərazi İdarəsini və Lənkəran Rayonu Aşağı Nüvədi Bələdiyyəsini maraqlı şəxs qismində cəlb etdiyi «Daşınmaz əmlaka (mənzilə) mülkiyyət (sahiblik ,ondan istifadə etmək və onun barəsində sərəncam vermək) hüququ faktının müəyyən edilməsi (tanınması)» tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən fərdi kommunal tipli 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, 55 kv.m. yaşayış sahəsi olan yaşayış mənzilinə (evinə) münasibətdə mülkiyyət (sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək) hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Lənkəran rayo Aşağı-Nüvədi qəsəbəsində doğulmuş, xx.xx.1998-ci il tarixdə vətəndaş X24 (xx.xx.1975-ci il təvəllüdlü) ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, həmin nikahdan övladları: xx.xx.1997-ci il təvəllüdlü X30 və xx.xx.1999-cu il təvəllüldlü X31 doğulmuşlar. Qeyd edilən ailə tərkibi ilə 2000-ci ilin əvvəlinədək Lənkəran rayonu, Aşağı-Nüvədi kəndində yerləşən, qaynatası X2 məxsus olan fərdi yaşayış evində yaşamışlar. Lakin 2000-ci ilin yanvar ayında ərizəçi, həyat yoldaşı ilə birlikdə qərara gəlmişdir ki, Lənkəran rayonu, Aşağı- Nüvədi qəsəbəsində yerləşən, 1986-ci ildə Məyrəm (Məryəm у Həsənova adlı vətəndaşa “В.O.Abbasov” sovxozunun 15 oktyabr 1986-cı il tarixli, 118 №-li Əmri ilə tərəfindən müvafiq verilmiş və həmin vətəndaşın Aşağı-Nüvədi qəsəbəsindən köçüb getməsi ilə əlaqədar satmaq istədiyi fərdi kommunal (digər qonşu ilə bir dam altında olan) tipli 1 ( mərtəbəli, 3 (üç) otaqlı 55 kv.m. yaşayış sahəsi olan mənzili (evi), həmin evin yerləşdiyi təxminən: 800 (səkkiz yüz) kv.metrlik həyətyanı sahəsi ilə birlikdə satın alsınlar. Beləliklə, 2000-ci ilin yanvar ayında həmin fərdi kommunal tipli 3 (otaqlı) evi və o: yerləşdiyi həyətyanı torpaq sahəsini satın almış və həmin evdə hazırki dövrədək özünün övladları ilə birlikdə yaşamaqdadır. Lakin, vaxtikən arxayınlıq ucbatından yaşadığı evə dair müvafiq sənədləri adına əldə etmədiyindən və ötən dövlərdə bu məsələ aktual olmadığından həmin sənədləri günədək əldə etməmişdir. Hazırda yaşadığı mənzil tərəfindən satın alındığı gündən hal-hazıradək həmin fərdi kommunal tipli ev üçün mənzil kirayəsi (ev) pulu, kommunal xərclər, telefon, işıq və qaz pulu mütamadi və vaxtı-vaxtında, əri X9 və övladlarının yekdil razılığı əsasında əri X9 adında qeydiyyatda olmaqla ərizəçi tərəfindən ödənilməkdədir və hal-hazırda göstərilən ödəniş ünvanlarına hər-hansı borcu yoxdur. Həmin mənzilə köçən zaman ailəsinin tərkibi aşağıdakı kimi olmuşdur və onlar hamısı pasport almaq yaşının tamamında həmin mənzilə müvafiq illərdə daimi yaşayış (pasport) qeydiyyatına alınmışlar: X24 (əri - xx.xx.1975-ci il təvəllüdlü), daimi yaşayış qeydiyyatına alınmışdır; Ərizəçi (özü - xx.xx.1977-ci il təvəllüdlü) daimi yaşayış qeydiyyatına alınmış; X30 - (oğlu - xx.xx.1997-ci il təvəllüdlü) daimi yaşayış qeydiyyatına alınmış; X31 - (oğluxx.xx.1999-cu il təvəllüdlü) daimi yaşayış qeydiyyatına alınmışdır. Qeyd etdiyi hallarla bağlı özünün qonşularına müraciət etmiş və onların tərəfindən və iştirakı ilə müvafiq xx.xx.2022-ci il tarixli Akt da tərtib edilmişdir. Həmin aktda göstərilmişdir ki, “Bu aktı 2 (iki) nüsxədə tərtib edib imzalayırıq ondan ötrü ki, uzun illərdir bizim qonşumuz kimi yaxından tanıdığımız vətəndaşlar X24 və Ərizəçi 2000- ci ilin yanvar ayından etibarən hazırki tarixədək Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən, 1986-ci ildə vətəndaş Məyrəm Həsənovaya "B.O.Abbasov” sovxozu tərəfindən verilmiş və sonradan onun tərəfimdən 2000-ci ilin yanvar ayında X14 həyətyanı torpaq sahəsi ilə birgə satılmış 3 (üç) otaqlı fərdi yaşayış evində öz övladları ilə birlikdə yaşayırlar.” Bundan əlavə, yuxarıda qeyd etdiyim həmin hallarla bağlı Lənkəran rayonu, Aşağı- Nüvədi qəsəbəsi üzrə Lənkəran Şəhər İcra Hakimiyyətinin Aşağı Nüvədi qəsəbə ərazi vahidliyi üzrə nümayəndəsinə və X7 sədri müraciət etmişəm onların iştirakı ilə təşkil edilmiş araşdırıcı komissiya tərəfindən müvafiq xx.xx.2023-cü il tarixli Akt da tərtib edilmişdir. Həmin aktda da göstərilmişdir: “Biz, aşağıda imza edən komissiya üzvləri: Lənkəran Şəhər İcra Hakimiyyətinin Aşağı Nüvədi qəsəbə ərazi vahidliyi üzrə nümayəndəsi X25, X7 sədri Nümayəndə, Lənkəran rayon Aşağı Nüvədi qəsəbə sakini X20, Lənkəran rayon Aşağı Nüvədi qəsəbə sakini X3, Lənkəran rayon Aşağı Nüvədi qəsəbə sakini X17, Lənkəran rayon Aşağı Nüvədi qəsəbə sakini X10, Lənkəran rayon Aşağı Nüvədi qəsəbə sakini X49 ab oğlunun iştirakı ilə bu . tı tərtib etdik ondan ötrü ki, Natiq Əliyev şifahi olaraq bələdiyyə idarəsinə müraciət edərək uzun müddətdir ki, yaşadığı 3 otaqlı kommunal tipli evin və arazisinda yerldşdiyi 0.08 ha torpaq sahəsinin hazıda onun adına özəlləşdirilməsini xahiş etmişdir. Məsələ ilə bağlı yerində araşdırma aparıldı. Aaraşdırma zamanı məlum oldu ki, X26 artıq 23 ildir ki, sözügedən evdə ailəsi ilə birlikdə yaşayırlar. X28 komissiyaya təqdim etdiyi 24.102022-ci il tarixli arxiv arayışından görünür ki, həmin kommunal ev 1986-ci ildə "В.O.Abbasov" sovxozunun 118 nömrəli əmri ilə Məyrəm Həsənova adlı şəxsə verilmişdir. Məyrəm Həsənova isə 2000-ci ilin yanvar ayında həmin evi X15 öz aralarında razılaşıb sataraq Lənkəran rayonundan köçüb getmişdir. Vətəndaş N.Əliyevin yaşadığı kommunal evinin torpaq sahəsi isə Lənkəran rayon X7 yerəköçürmə xəritəsinə əsasən bələdiyyə mülkiyyətinə aid edilməmişdir. Vətəndaş N. Əliyevin yaşadığı kommunal evinin özəlləşdirilməsi məsələsi ilə bağlı ona məhkəməyə müraciət etmək hüququ izah olundu. Aktı doğru və və düzgün bilib imza edirik.Komissiya üzvləri” Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən, 1986-ci ildə vətəndaş Məyrəm Həsənovanın məzil tələbatını ödəmək məqsədilə ona “В.O.Abbasov” sovxozu tərəfindən verilmiş və sonra 2000-ci ilin yanvar ayında ərizəçinin və əri X24 tərəfindən mənzilin satış qiyməti tam ödənilməklə Məyrəm Həsənova tərəfindən onlara satılmış fərdi kommunal tipli yaşayış evinin onun adına rəsmiləşdirilməsinə əri X24 və hər iki övladı: X30 və X31 özlərinin notarial qaydada razılıqlarını vermişlər. Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən, 1986-ci ildə vətəndaş Məyrəm Həsənovanın məzil tələbatını ödəmək məqsədilə ona “B.O.Abbasov” sovxozu tərəfindən verilmiş və sonra 2000-ci ilin yanvar ayında ərizəçi və əri X24 tərəfindən mənzilin satış qiyməti tam ödənilməklə Məyrəm Həsənova tərəfindən bizə satılmış fərdi kommunal tipli yaşayış evinin mənim adıma rəsmiləşdirilməsindən ötrü o, 2023-cü ilin iyun ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, müraciətlə əlaqədar olaraq AR İN yanında ƏMDX DƏDKR PHŞ-i 10 saylı Lənkəran Ərazi İdarəsindən imtina cavabı təqdim edilmişdir. Hesab edir ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən, 1986-ci ildə vətəndaş Məyrəm Həsənovanın məzil tələbatı ödəmək məqsədilə ona “B.O.Abbasov” sovxozu tərəfindən verilmiş və sonra 2000-ci ilin yanvar ayında ərizəçi və əri X24 tərəfindən mənzilin satış qiyməti tam ödənilməklə Məyrəm Həsənova tərəfindən onlara satılmış fərdi kommunal tipli yaşayış evində ailə üzvləri ilə birlikdə 2000-ci ilin yanvar ayından bu günədək müddətdə yaşadığı 22,5 (iyirmi iki il yarım) il müddətinin üzərinə 1986-cı ilin 15 oktyabr tarixindən 2000-ci ilin yanvar ayındək olan 13 (on üç) il 2 (iki) ay müddəti də əlavə edilməklə, cəmi təxminən 35 (otuz beş) il 8 (səkkiz) ay müddətində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış yuxarıda göstərilən daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində ərizəçi və əri N.Əliyevin fasiləsiz və etirazsız sahiblik etdiyi, həmçinin, X24 və digər ailə üzvlərinin həmin evin ərizəçinin adına mülkiyyət hüququ ilə qeydə alınmasına notarial qaydada razılıqları nəzərə alınmaqla, ərizəçinin həmm fərdi kommunal tipli yaşayış evinə (mənzilə) mülkiyyət (sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək) hüquqununun əldə edilməsi faktı müəyyən edilməli (tanınmalı) və ərizəçi həmm evin (mənzilin) mülkiyyətçisi kimi tanınmalıdır. (qeydə alınmalıdır). Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Lənkəran rayon Aşağı Nüvədi qəsəbəsinin bələdiyyəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Lənkəran rayon Aşağı Nüvədi qəsəbəsinin bələdiyyəsinin sədridir. Ərizəçi ailəsi ilə birlikdə uzun müddətdir həmin evdə yaşayır. Ərizənin təmin edilməsini heç bir etirazı yoxdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş X10 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçini qonşusu kimi tanıyır. Ərizəçinin hazırda yaşadığı evdə 1986-cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə ərinə satmış və ərizəçi ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur və həmin aktı təsdiq edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X11 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçinin hazırda yaşadığı evdə 1986-cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə ərinə satmış və ərizəçi ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur və həmin aktı təsdiq edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X4 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçinin hazırda yaşadığı evdə 1986-cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə ərinə satmış və ərizəçi ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur və həmin aktı təsdiq edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X16 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçinin hazırda yaşadığı evdə 1986-cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə ərinə satmış və ərizəçi ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur və həmin aktı təsdiq edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X12 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçinin hazırda yaşadığı evdə 1986-cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə ərinə satmış və ərizəçi ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur və həmin aktı təsdiq edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X17 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçinin hazırda yaşadığı evdə 1986-cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə ərinə satmış və ərizəçi ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur və həmin aktı təsdiq edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X6 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçinin qaynatasıdır. Ərizəçinin hazırda yaşadığı evdə 1986-cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə onun oğluna satmış və ərizəçi ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur və həmin aktı təsdiq edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X13 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçinin hazırda yaşadığı evdə 1986-cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə onun oğluna satmış və ərizəçi ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur və həmin aktı təsdiq edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X32 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçinin hazırda yaşadığı evdə 1986-cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə onun oğluna satmış və ərizəçi ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. xx.xx.2022-ci il tarixli aktdakı imza ona məxsusdur və həmin aktı təsdiq edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X20 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçinin hazırda yaşadığı evdə 1986-cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə ərinə satmış və ərizəçi ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. xx.xx.2023-cü il tarixli aktdakı imza ona məxsusdur və həmin aktı təsdiq edir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X24 ifadəsində göstədi ki, Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yaşayır. Ərizəçinin əridir. Hazırda yaşadığı evdə 1986cı ildən 2000-ci il tarixədək Məyrəm Həsənova adlı şəxs yaşamış, 2000-ci ildən isə Məyrəm Həsənova həmin evi ərizəçi ilə ona satmış və ailəsi ilə birlikdə həmin tarixdən həmin ünvanda yaşayırlar. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran rayonu, B.O.Abbasov” sovxozunun 15 oktyabr 1986-cı il tarixli, 118 №-li əmrindən çıxarışdan görünür ki, Sovxoz Həmkarlar ittifaqı komitəsinin 17 sentyabr 1986-cı il tarixli 31 sayla həyat iclas qərarına əsasən sovxozun yaşayış mənzilinə ehtiyacı olduqlarını nəzərə alaraq Həsənova Məyrəmə 3 otaqdan ibarət 55 m2 sahəsi olan mənzil verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquq şəxsi 10 saylı Lənkəran ərazi idarəsinin 07 iyun 2023-cü il tarixli, 3-21-3-43/2- 1625/2023 nömrəli məktubundan görünür ki, Aşağı Nüvədi, B.O.Abbasov adına sovxozun xx.xx.1986-cı il tarixli,118 nömrəli əmrindən çıxarışı, habelə xx.xx.2023-cüil və xx.xx.2022-ci il tarixli “Akt” lar üzrə həmin mənzilin Məyrəm Həsənova ayrıldığı barədə yəni həmin mənzil üzərində onun mülkiyyət hüquqlarına dair hüquqmüəyyənedici sənəd qismində hər- hansı bir sənəd təqdim olunmaması qeyd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran rayonun Qeydiyyat şöbəsi tərəfindən verilmiş Vl-ЖГ 357739 saylı nikahın haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə oğlu ilə nikahları xx.xx.1998-ci il tarixdə rəsmiləşmiş, ərə Əliyev, arvada Həsənova soyadları verilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış Lənkəran rayonun Aşağı Nüvədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 29 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, X9 ailə üzvləri Ərizəçi X30 və X21r. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış qaz, işıq, poçt ödəniş qəbzlərindən görünür ki, ərizəçi tərəfindən mütəmadi olaraq kommunal xidmətlər üçün ödənişlər edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilməklə araşdırılmış xx.xx.2023-cü il tarixli Akt və xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, qeyd olunan akta imza edənlər ərizəçinin ailəsi ilə birlikdə 200-ci ildən Lənkəran rayonu, Aşağı Nüvədi qəsəbəsində yerləşən 1986-cı il tarixdə vətəndaş Məyrəm Həsənovaya “B.O.Abassov sovxozu” tərəfindən verilmiş və 2000-ci ildə X1 fərdi yaşayış evində yaşadığını təsdiq etmişlər. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəyə əlavə edilmiş sənədləri araşdıraraq, heblə şahid ifadələrini əsasən ərizədə göstərilənlərə hüquqi qiymət verərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə əsasən, heç kəs insan və vətəndaş hüquq və azadlıqlarının, o cümlədən mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur. İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs əmlakından maneəsiz istifadə hüququna malikdir. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. "Mançini İtaliyaya qarşı" işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçinin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ—əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 178.6-cı maddəsinə əsasən əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın və ya 30 il əvvəl ölmüş və ya mülkiyyətin sahiblik müddətinə görə əldə edilməsi müddətinin əvvəlində xəbərsiz itkin düşmüş elan olunsun. Lakin qeydiyyat, rəsmi elan olunmuş müddətdə etiraz verilmədikdən və ya rədd edildikdən sonra yalnız məhkəmənin qərarı ilə aparılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 3-cü maddəsinə əsasən məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə, araşdırması zamanı müəyyən olundu ki, ərizəçi hazırda yaşadığı mənzildə uzun müddətdir ( ərizədə 35 il 8 ay qeyd edilmişdir) yaşamasını nəzərə alaraq Mülki Məcəlləsinin 178.6-cı maddəsinıə istinad edərək məhz müddətin həmin normaya əsasən hesablanmasını və buna görə ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, ərizəçinin göstərilən MM-nin 178.6-cı maddəsində göstərilən müddət onun ərizəsində qeyd etdiyi kimi deyil, məhz MM-nin qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında 28 dekabr 1999-cu il tarixli Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1964-cü ildən etibarən qəbul olunmuş Azərbaycan SSR X48 Heyətinin fərmanlarının təsdiq edilməsi barədə Azərbaycan Sovet Sosialist Respublikasının qanunları (onların müvafiq hissələri), habelə bu maddədə göstərilən Azərbaycan Respublikasının qanunları (onların hissələri) və digər normativ hüquqi aktları 2000-ci il iyunun 1-dən ləğv edilmiş və həmin qanuna edilmiş 26 may 2000-ci il tarixli dəyişikliyə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi təsdiq edilmişdir. 01 sentyabr 2000-ci il tarixdən qüvvəyə minməsi göstərilmişdir. Göründüyü kimi, Mülki Məcəllə 2000-ci ildən qüvvəyə mindiyindən həmin məcəllənin müddəları da 2000-ci il tarixdən qüvvədə olduğu üçün, normada gösstərilən müddət qanunun qüvvəyə mindiyi vaxtdan əvvəl yox, qanunun qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən MM-nin 178.6-cı maddəsində göstərilən müddət barədə tələb yerinə yetirilmədiyi üçün ərizə təmin edilməməlidir. MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 218.3-cü maddəsinə əsasən işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Lənkəran rayonu, Aşağı-Nüvədi qəsəbəsində yerləşən fərdi kommunal tipli 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, 55 kv.m. yaşayış sahəsi olan yaşayış mənzilinə (evinə) münasibətdə mülkiyyət (sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək) hüququnun tanınmasına dair ərizəsi təmin edilmədən rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar