Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2769/2024 02.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul” tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə hazırlıq iclası 02 sentyabr 2024-cü il saat 10:30-a təyin edilmişdir və məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflər qanunamüvafiq qaydada məlumatlandırılmışlar. Belə ki, iş materiallarına əlavə edilmiş “poçt göndərişlərinin izlənmə”lərindən görünür ki, iş üzrə iddiaçı X1 məhkəmə bildirşinə dair müvafiq poçt göndərişi iddia ərizəsində qeyd etdiyi ünvan 1 ünvanı üzrə 05 avqust 2024-cü il tarixdə saat 09:52-də, Cavabdeh isə ünvan 2i ünvanı üzrə 09 avqust 2024-cü il tarixdə saat 16:42-də poçt rabitəsi vasitəsilə çatdırılmışdır. Lakin iş üzrə İddiaçı Cavabdeh məhkəmə hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər (eyni zamanda “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsilə də). Məhkəmə işin bu hallarını nəzərə alaraq və iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 259.0.6ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 saylı 31 mart 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. MPM-in 260.1 və 260.7-ci maddələrinə görə məhkəmə iddianın baxılmamış saxlanılması haqqında qərardad çıxarır və həmin qərardaddan şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-2769/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2769/2024
02.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver