Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2770/2024 23.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynov Murad Əbdül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1201,90 manat pulun və ödənilmiş 33 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə 2(049)-2770/2024 nömrəsi verilmişdir. Ardınca o, həmin əsasla bağlı Cavabdeh qarşı reqres qaydada pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 2520 manat pulun və ödənilmiş 45.20 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə 2(049)-3135/2024 nömrəsi verilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)-3135/2024 saylı qərardadı ilə 2(049)-2770/2024 saylı mülki işlə 2(049)-3135/2024 saylı mülki iş bir icraatda birləşdirilmiş, həmin işlərə bir icraatda baxılması qərara alınmış, birləşdirilmiş mülki işdə 2(049)-2770/2024 saylı nömrəsi saxlanılmışdır. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır. Sonuncu, ”Amrahbank” Binə fılialndan xx.xx.2015-ci il tarixli, 17/0100/15 saylı kredit müqaviləsinə əsasən 3000 ABŞ dolları məbləğidə kredit götürmüşdür. Həmin kredit xətti açılarklən müqavilə üzrə o, ona zamin durmuşdur. Cavabdeh yalnız bir müddət kredit ödəmiş, lakin, sonradan kredit ödəməkdən imtina etmişdir. Ona görə də o, zamin olduğu üçün onun yerinə “Amrahbank” Binə filialına hər ay işləməklə 2520 manat pul ödəmiş, bunula da kredit tam bağlanmışdır. Sonradan o, cavabdehdən odədiyi pulumu istədikdə , cavabdeh ona “pulun adını çəkmə, verməyəcəm” demişdir. Hazırda tərəfindən “Amrahbank”a onun yerinə kredit borcuna ödədiyi 2520 manat pulunu tələb edir. Lənkaran Rayon Məhkəməsinin 2(049)7564/2016 saylı xx.xx.2016-ci tarixli məhkəmə əmri ilə Cavabdeh, X1 və ondan müştərək qaydada “ Amrakbank “ASC nin xeyrinə cəmi 2121 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq “Amrakbank”ın xeyrinə ödənilməsi əmr edilmişdir. Lənkəran rayon İcra şöbəsi qeyd edilən əmri icra edərək onun aylıq əmək haqqımdan 2415 manat əsas borc və 105 manat, ümumilikdə 2520 manat icra ödənişi tam olaraq ondan tutulmuşdur.İcra məmuru icra edərək məndən 1201 manat 90 qəpik onun əmək haqqına yönəldilərək ondan tutmuşdur. Həmin borc məndən tutulduğundan hesab edir ki, reqres qaydasında onun həmin pulu tələb etmək hüququm vardır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, o, ümumilikdə zamin olaraq əsas borclu olan cavabdehin əvəzinə banka, eləcə də, icraçıların hesabına 7% olmaqla 2520 manat pul ödəmişdir. Birinci dəfə o, cavabdehin əvəzinə 1201.90 manat ödədiyindən, o həmin məbləğin tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Əslində “Amrakbank”ın hesabına daha 688 ABŞ dolları 1169 manat ödənildiyini bilib iddia tələbinin həcmini artıqmaq əvəzinə, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu dəfə ümumilikdə cavabehin əvəzinə ödədiyi 2520 manat pul tələbini etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: İş materiallarında olan Lənkaran Rayon Məhkəməsinin 2(049)7564/2016 saylı xx.xx.2016-ci tarixli məhkəmə əmrinin surətindən görünür ki, Cavabdeh, X1 və İddiaçı müştərək cəmi 2121 ABŞ dolları və 20 manat dövlət rüsumu tutularaq “Amrakbank”ın xeyrinə ödənilməsi əmr edilmişdir. İş materiallarında olan “X4” şirkətinin xx.xx.2019-cu il tarixli, 614/QS nömrəli cavabından görünür ki, Lənkaran Rayon Məhkəməsinin 2(049)7564/2016 saylı xx.xx.2016-ci tarixli icra vərəqəsi üzrə borclu İddiaçı “Amrakbank”ın xeyrinə 1201,90 manat əsas borc və 7% təşkil edən 85 manat icra ödənişi tam olaraq tutulmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdm edilmiş xx.xx.2024-cü il tarixli “Hesabdan çıxarış”dan görünür ki, xx.xx.2024-cü il tarixə İddiaçı “Amrakbank”a 1214 manat əsas və 20 manat dövlət rüsumuna görə borcu qalmış, o, həmin borcları tam olaraq ödənilmişdir. İş materiallarında olan 3 ədəd ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 46 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, işdə olan digər sübutlar mübahisənin həlli üçün əhəmiyyət kəsb etmədiyindən onların təqdiq edilməsinə lüzum yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçınn izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə 12 ay müddətinə, illik 29% olmaqla 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı və X2 həmin kredit sazişi üzrə zamin qismində iştirak etmişlər. Əsas borclu Cavabdeh banka olan borcunu müqavilə şərtlərinə uyğun qaytarmadığından bank məhkəməyə müraciət etmiş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(049)-7564/2016 saylı əmri ilə bankın tələbi təmin olunmuşdur. Əmr icraya yönəldilərək onun icrası ilə əlaqədar Cavabdeh banka olan borcu İddiaçı əmək haqqından tutularaq "xxxx" ASC-nin hesabına köçürülmuşdur. İddiaçı Cavabdeh onun borcunu ödədiyinə görə pulunu qaytarmasını dəfələrlə xahiş etmiş, lakin cavabdeh borcunu qaytarmaqdan yayınmışdır. Ona görə də iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalaraq 7 % təşkil edən icra ödənişi də daxil olmaqla onun əmək haqqından tutulmuş 2520 manat pulun Cavabdeh tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, xx.xx.2019-cu il tarixə iddiaçı “Amrakbank”ın xeyrinə 1201,90 manat əsas borc və 7% təşkil edən 85 manat icra ödənişi tam olaraq ödəmişdir. Onun ardınca isə xx.xx.2024-cü il tarixə “Amrakbank”a daha 7% icra ödənişi olmaqla 1214 manat əsas və 20 manat dövlət rüsumu ödəmişdir. Ümumilkdə o, “Amrakbank”a 7% icra ödənişi olmaqla 2520.90 manat ödəmişdir. (1201.90 + 85 + 1214 + 20 = 2520.90) Məhkəmə sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçı 7% icra ödənişi və dövlət rüsumu olmaqla ümumilikdə 2520.90 manat pul ödəsə də, cavabdehdən 2520 manat tələb etdiyindən, Cavabdeh 2520 manat pul alınaraq İddiaçı verilməlidir. Eləcə də o, ümumilikdə 46 manat dövlət rüsumu ödəsə də, 45,20 manat dövlət rüsumunun ona qaytarılımasını xahiş etmişdir. Buna görə də, cavabdehdən 45.20 mamat dövlət rüsumu tutularaq iddiaçıya verilməlidir. Belə ki, MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2520 manat, eləcə də 45.20 manat dövlət rüsumu, cəmi 2565.20 manat alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2(049)-2770/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-2770/2024
23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver