Məhkəmə qərarları › İş №2(049)-2772/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2772/2023

27.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2772/2023 27.12.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pay torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun zəbtdən azad edilməsi, gediş-gəliş yolun törədilən maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İdiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh LENK FRUİP MMC tərəfindən tərəfindən zəbt edilmiş Lənkəran xıyonu, Separadi kəndində yerləşməklə iddiaçıya və ailə üzvlərinə məxsus ümumi sahəsi 55 ha olan torpaq sahəsinə gediş-gəliş yolunun zəbtdən azad edilməsi, cavabdeh tərəfindən həmin gediş-gəliş yolunun üzərində məftil torlardan çəkilmiş çəpərin onların hesabına sökülməsi və cavabdeh tərəfindən törədilən maneənin aradan qaldırılmaqla qanunsuz hərəkətlərinə son qoyulması və dövlət rüsumu kimi ödədiyi 100 manat pulun cavabdehdən alınaraq ona verilməsiinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iş üzrə tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, həmin ərizə ilə İddiaçı hazırki mülki iş üzrə iddia tələbindən imtina edir və həmin imtinası qəbul edilərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan “Elektron məhkəmə” İnformasiya sistemində olan elektron kabinet vasitəsilə Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə göndərilmiş ərizədə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddiadan imtinanın qəbul edilərək iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4 maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, hazırki mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilərək, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pay torpaq sahəsinə gedən ümumi istifadədə olan yolun zəbtdən azad edilməsi, gediş-gəliş yolun törədilən maneənin aradan qaldırılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar