Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2788/2024 05.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - İddiaçı Cavabdeh MMC-ə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə 05 avqust 2024-cü il tarixdə baxaraq, müəyyən etdim : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC ilə aralarında bağlanılmış xx.xx.2022-ci il tarixli, 09 nömrəli mənzilə dair hüquqların ötürülməsi, mülkiyyətçinin köçürülməsi və yeni mənzillə təmin edilməsi haqqında müqavilə üzrə öhdəliklərin icra edilməsi - Lənkəran şəhəri X5 2 ünvanındakı yeində tikilmiş yeni çoxmərtəbəli mənzil binanın yaşayışının 3-cü mərtəbəsində üz tərəfi Xəzər dənizinə və yan tərəfi Lənkəran şəhər Dəmir Yolu stansiyasının önündəki dairə istiqamətində (layihə üzrə 2a saylı mənzil) olan 3 otaqlı, 80 kvm sahəsi (içdən-içə) olan müqavilənin 4.3-cü bəndinə əsasən tam təmirli mənzili mənə təhvil verilməsi (Təhvil-təslim zamanı mənə 80 kvm sahədən az sahəli mənzil təhvil verildiyi halda, hər çatışmayan 1 kvadratmetr sahəyə görə 1.000 manat məbləğində pul ödənilməsini), müqavilənin 4.6-cı bəndinə əsasən mənzilin ƏMDK yanında DƏDRX-nin Lənkəran Şəhər Ərazi İdarəsində öz adıma rəsmiləşdirilməsi üçün lazımi qanuni hərəkətlərin edilməsi və zəruri xərcləri ödənilməsi, xx.xx.2023-cü il tarixdən hesablanmaqla qətnamənin icra olunduğu vaxtadək aylıq 400 manat müvəqqəti yaşayış üçün kompensasiyanın ödənilməsi barədə, məhkəmədə hüquqlarımın müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar aralarında bağlanılmış hüquqi yardımın göstərilməsi haqqında 263 nömrəli müqavilə üçün hesaba köçürdüyü 320 manat məbləğin cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia tələbini qiymətləndirlməyən iddia hesab edərək cəmi 100 manat dövlət rüsumu ödəmişdir. Halbuki, iddiaçının tələbindən görünür ki, 1 kv.m. mənzilin sahəsinin qiyməti 1000 manat göstərilmiş, belə olan halda o, qiyməti 80 000 manat olan mənzilin ona təhvil verilməsini, xx.xx.2023-cü il tarixdən hesablanmaqla qətnamənin icra olunduğu vaxtadək aylıq 400 manat müvəqqəti yaşayış üçün kompensasiyanın ödənilməsi (iddia ərizəsi verən tarixə bu məbləğ 19 aya görə 7600 manat təşkil eləyir) xahiş etmişdir. Yəni, iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi anda onun iddia tələbinin qiyməti 87 600 manat olmuşdur. Bu məbləğə nisbətdə 349.80 manat dövlət rüsumu ödəməlidir. Belə ki, Azərbaycan Respublikasının «X3» Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiməti 10000 manatdan çox olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, İddiaçı məhkəməyə daxil olmuş ərizəsini nəzərdən keçirib hesab edirəm ki, iddiaçı, qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Həmin Məcəllənin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuş və onun qaytarılmasının son günü - xx.xx.2024-cü il tarix qeyri-iş gününə düşdüyündən, iddia ərizəsi ondan sonrakı iş günü- xx.xx.2024-cü il tarixdə geri qaytarılır. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 28192 nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149.1,152, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, qərara aldım : İddiaçı Cavabdeh MMC-ə qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsitələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli 28192 nömrəli qəbzlə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılmasına dair nöqsanları aradan qaldırıldıqdan sonra onun ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan onun surəti rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X4
Məhkəmə qərarları › İş №2(049)-2788/2024
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2788/2024
05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver