Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-2802/2025 21.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Meşələrin İnkişafı Xidmətinin 1 saylı X1rşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Lənkəran 1 saylı X10 Mərkəzinin 13 may 2025-ci il tarixli, 097/k saylı əmrinin ləğv edilməsi və onun yenidən işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx.xx.1989-cu ildə Lənkəran rayonunun Bəleton kəndində doğulmuşdur. Ailə həyatı ilə əlaqədar olaraq Digah kəndinə köçmüşdür. Hazırda ailə üzvləri ilə birgə həmin kənddə yaşayır. Orta təhsillidir, 3 uşaq atasıdır. xx.xx.2023-cü ildən Lənkəran rayonu X9 Mərkəzinin Haftoni meşəbəyisinin 16 saylı meşə dolayında meşə gözətçisi vəzifəsinə təyin olunmuşdur. İşlədiyi bu dövr ərzində həmişə nümunəvi bir işçi kimi olmuşdur. Heç vaxt işi ilə əlaqədar heç bir nöqsan buraxmamışdır. İşinə həmişə vicdanla yanaşmış və məsuliyyət hiss etmişdir. Qoruduğu meşə dalayını öz şəxsi əmlakı kimi qorumuşdur. Buna baxmayaraq yaşadığı kənddə onunla düşmənçilik edib həmişə ona qarşı qərəzli əməllər törədən Məmmədov Vüqar onu işdən uzaqlaşdırmaq üçün rəhbərlik etdiyi meşə dolayına gecə yarısı gedərək orada 7 ədəd cavan ağac kəsmiş və onları orada saxlamışdır. X6 və Meşə Təsərrüfatı İdarəsinə xəbər verərək, nümayəndələrlə birlikdə özü gedib kəsilmiş ağacları onlara göstərmişdir. Çox maraqlı məntiqdir. Bu şəxs, yəni Məmmədov Vüqar haradan bilir ki, meşənin hansı hissəsində ağac kəsilib? O, meşə təsərrüftaı işçisi deyil, ekologiya idarəsinin nümayəndəsi deyil, meşəni tanımadığı halda o, haradan bilir ki, meşədə həmin yerdə ağac kəsilib. Demək həmin ağacları kəsən Məmmədov Vüqardır. Onu işdən uzaqlaşdırmaq üçün, yəni işdən çıxartdırmaq üçün bu xoşağəlməz əməli törətmişdir. O, bu barədə işlədiyi idarəyə deməsinə baxmyaraq onu heç kim eşitməmişdir. İdarədə onu dilə tutaraq məcbur etmişlər ki, işdən azad olunması barədə ərizə yazsın. O, da məcbur olub işdən azad olunması barədə ərizə yazmışdır. Meşə təsərrüfatı idarəsi onu qanunsuz olaraq 13 may 2025-ci il tarixli 097/k nömrəli əmrlə işinə xitam vermişdir. Məlumat üçün bildirir ki, 3 uşaq atasıdır, uşaqlarından 2-si məktəblidir, bir övladı hələ körpədir. Böyük qızının 12 yaşı var. O, ağır dərəcəli talassemiya xəstəsidir. X15 Bakı şəhərində yerləşən Hematalogiya və Transfizalogiya xəstəsanasında qeydiyyatda olan talassemiya xəstəsidir. Ona 1-ci qrup əlillik müəyyən edilmişdir. Səndlər Tibbi Sosial Ekspertiza mərkəzindədir. Yaxın vaxtlarda onlara veriləcək. Ona 5 nəfərlik ailəni və bir ağır dərəcəli xəstəsini saxlamaq və onları yaşatmaq çox ağır gəlir. O, işlədiyi idarədə xahiş etmişdir ki, onun bu kəsilmiş ağaclardan xəbəri yoxdur, o, bu işdə günahsız adamdır. Onun günahı olmadığından işdən azad etməsinlər. 1-ci qrup əlil talasemiyya xəstəsi olan balası var. Onlar isə dediklərinə məhəl qoymamışlar, ərizə yazmağa məcbur etmişlər və işinə xitam vermişlər. O, bu barədə X13 Xidmətinin Lənkəran -Astara Regional şöbəsinə ərizə ilə müraciət etmişdir. Uşağının xəstəliyi ilə əlaqədar Bakıya xəstəxanaya getdiyi üçün Əmək müfəttişliyinə gedə bilməmişdir. Bu barədə Mediasiva Şurasına müraciət etmişdir. Orada da iş özünün müsbət həllini tapa bilməmişdir. Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli inzibati qərar onun şikayəti əsasında ləğv edilmiş və icraata xitam verilmişdir. Hazırki mübahisə ilə əlaqadar mediasiya arayışı ona mediasiya təşkilatı tərəfindən 05 iyul 2025-ci il tarixdə təqdim edilmişdir, o, da iddia ərizəsini 07 iyul 2025-ci il tarixdə poçt vasitəsilə məhkəməyə göndərmişdir. İşə bərpa olunmasına köməklik göstərilməsi ilə əlaqədar ilk öncə idarənin rəis müavininə şifahi qaydada müraciət etmiş, o, isə ona müsbət cavab vermədiyindən məcbur olub X8 ərizə ilə müraciət etmişdir. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iş üzrə cavabdeh Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, İddiaçı Mərkəzin Haftoni meşəbəyliyinin 16 sayh meşə dolay gözətçisi vəzifəsində işləmişdir. O, 13 may 2025-ci il tarixdə həmin gün işdən azad edilməsi barədə rəhbərliyə ərizə ilə müraciət etmişdir. Mərkəzin direktoru əvəzi Habil Əliyevin 13 may 2025-ci il tarixli əmri ilə həmin tarixdən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı azad edildiyi vəzifəyə hələ heç kəs təyin edilmişdir, həmin vəzifənin icrası müvəqqəti olaraq başqa şəxsə həvalə edilmişdir. İddiaçı sonradan X7 Lənkəran-Astara regional şöbəsinə işə bərpa edilməsinə köməklik göstərilməsi ilə əlaqadar müraciət etmişdir. İddiaçı tam olaraq qanuni əsaslarla işdən azad edildiyindən onun iddiası əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları : Məhkəmə iclasında elan edilməklə tədqiq edilən : Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin 060/K nömrəli 24 fevral 2023-cü il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə İddiaçı Mərkəzin Haftoni meşəbəyliyinin 16 saylı meşə dolayına 3( üç) ay sınaq müddətinə meşə gözətçisi vəzifəsinə qəbul edilmişdir. Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin 097/K nömrəli 13 may 2025-ci il tarixli əmrin surətindən görünür ki, həmin əmrlə Mərkəzin Haftoni meşəbəyliyinin 16 saylı meşə dolay gözətçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 hissəsinin “a” bəndinə əsasən 13 may 2025-ci il tarixindən xitam verilmişdir. İddiaçı tərəfindən Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin direktor əvəzinə ünvanlanmış xx.xx.2023-cü il tarixliərizənin surətindən görünür ki, həmin ərizə ilə o, ailə vəziyyəti ilə əlaqadar 13 may 2025-ci il tarixdən daşıdığı vəzifədən azad edilməsini xahiş etmişdir. İddiaçı məxsus olan ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, həmin kitabçanın 3-cü səhifəsində xx.xx.2025-ci il tarixli İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 097/K saylı əmr barədə qeyd vardır. Əmək kitabçalarına dair qeydiyyat kitabının təsdiqlənmiş çıxarışından görünür ki, əmək kitabçası İddiaçı ******* nömrəli əmək kitabçası xx.xx.2025-ci il tarixdə təhvil verilmişdir. Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MŞL/MT014/2025-00636 nömrəli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə mediasiya təşkilatına müraciət etmişdir. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. ********** nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür iddia tələbi üzrə İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı tərəfindən Lənkəran rayon Əmək Müfəttişliyinə ünvanlanmış ərizənin surətindən və poçt qəbzindən görünür ki, o, xx.xx.2025-ci il tarixdə işə bərpa olunmağına köməklik göstərilməsi barədə müraciət etmişdir. Məhkəmə sorğusu əsasında təqdim edilmiş X7 Lənkəran-Astara regional şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, Lənkəran rayonu Digah kəndində yaşayan İddiaçı Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin Haftoni meşəbəyliyinin 16 saylı meşə dolayının meşə gözətçisi vəzifəsindən qanunsuz azad olunması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin ünvanına daxil olmuş müraciətinə Xidmətin Lənkəran-Astara regional şöbəsində baxılmış və şöbənin xx.xx.2025-ci il tarixli 3-17-5/1-1- 56747/2025 nömrəli məktubu ilə ona rəsmi cavab verilmişdir. Vətəndaşa verilən cavab məktubunun və araşdırma zamanı toplanmış sənədlərin surəti məhkəməyə təqdim edilir. 1 saylı X9 Mərkəzindən X7 Lənkəran-Astara regional şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Sizin 02 iyun 2025-ci il tarixli 3-17- 5/2-50082/2025 saylı məktubunuza cavab olaraq bildiririk ki İddiaçı 1 saylı X11 Mərkəzinin Haftoni meşəbəyiliyinin 16 saylı meşə dolayına 24 fevral 2023-cü il tarixdə meşə gözətçisi vəzifəsinə qəbul edilmişdir. İddiaçı işdən azad olunması ilə bağlı 13 may 2025-ci ıl tarixində Mərkəzə muraciət etmişdir və onun ərizəsini nəzərə alaraq 13 may 2025-ci il tarixli 097/k saylı əmr ilə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-c hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verimış və son haqqı hesabı ödənilmişdir.” Lənkəran Rayon Məhkəməsinin 3(049)-443/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin qərarla İddiaçı şikayəti təmin edilmiş, İddiaçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsi ilə inzbati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş 05 may 2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 235.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Tətbiq edilən hüquq : Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; ... əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 3. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 4-1. Əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi
1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir.
2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq;
Maddə 11. İşəgötürənin əsas hüquqları Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b. bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a. əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b. bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c. əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;
Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü;
Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Maddə 76. Əmək müqaviləsinin ləğv edilməsini məhdudlaşdıran şərtlər
1. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
2. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır.
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 35. İddia müddətlərinin axımının dayandırılması 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4. Mediasiya prosesinə aşağıdakı gündən xitam verilir: 32.4.1. barışıq sazişinin imzalandığı gündən; 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşin faktiki halları və məhkəmənin mövqeyi :
Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı 13 may 2025-ci il tarixdə cavabdeh təşkilata ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdən ailə vəziyyəti ilə əlaqadar tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İşəgötürən həmin gün müvafiq əmri ilə iddiaçını işdən azad edərək, onunla olan əmək müqaviləsinə xitam vermişdir. İddiaçı ilk olaraq cavabdeh təşkilatın vəzifəli şəxsinə işə bərpa edilməsinə köməklik göstərilməsi üçün müraciət etmiş, müsbət cavab almadığını gördükdə isə sonradan xx.xx.2025-ci il tarixdə işə bərpa olunmağına köməklik göstərilməsi barədə X8 müraciət etmişdir və onun müraciəti ilə əlaqadar cavabdeh təşkilata müvafiq sorğu göndərilmiş və xx.xx.2025-ci il tarixdə cavabdeh təşkilat tərəfindən müfəttişliyə cavab məktubu göndərilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası üçün ərizə ilə mediasiya təşkilatına müraciət etmişdir, xx.xx.2025-ci il tarixdə “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış tərtib edilmiş, iddiaçıya həmin arayış xx.xx.2025-ci il tarixdə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş poçt zərfindən müəyyən edilir ki, iddiaçı tərəfindən məhkəmə iddia ərizəsi xx.xx.2025-ci il tarixdə göndərilmişdir. Məhkəmə iddiaçının iddia tələbinə münasibət bildirərək ilk olaraq qeyd edir ki, iddiaçı hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı öz iradəsinə uyğun olaraq xx.xx.2025-ci il tarixdən əmək müqaviləsinə xitam verilməsini tələb etmiş
, işəgötürən cavabdeh təşkilat tərəfindən isə Əmək Məcəlləsinin
68. Xəbərdarlıq müddətinin müəyyən olunmasında əsas məqsəd, işəgötürənə işdən çıxan işçinin yerinə başqa işçi tapmaq, işçinin çıxması səbəbindən yaranması mümkün olan iqtisadi itkinin qarşısını almaq imkanının tanınmasıdır. Təsadüfi deyil ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etdikdə, işçinin əmək müqaviləsini ləğv etmək barədə ərizəni geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi tanınmır.
69. Eyni zamanda qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən, əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər və bu halda əmək müqaviləsi ləğv edilə bilməz.
70. Göründüyü kimi əmək müqaviləsini ləğv etmək barədə ərizənin qüvvədən düşməsi üçün iki hal nəzərdə tutulmuşdur: 1. İşçinin xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürməsi barədə işəgötürənə yeni ərizə verməsi; 2. Xəbərdarlıq müddəti bitənədək ərizəni etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməsi.
71. Göründüyü kimi bu qaydanı müəyyən etməkdə qanunvericinin məqsədi, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçini götürmədiyi halda, işçiyə xəbərdarlıq müddəti ərzində öz fikrini dəyişib əmək münasibətlərini davam etdirmək imkanı tanımaqdır.
72. Baxılan işdən görünür ki, iddiaçı xəbərdarlıq müddəti bitənədək ərizəsini geri götürməsi və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verməsinə istinad etmir və bu hal məhkəmələr tərəfindən də müəyyən olunmayıb.
73. Başqa sözlə iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə ərizəsi geri götürülməmişdir, etibarsız sayılmamışdır, hazırda qüvvədədir. Bu halda işəgötürən iddiaçıya xərədarlıq müddəti bitənədək olan dövr üçün əmək haqqını ödəmək vəzifəsi daşıyır. Buna görə də apelyasiya instansiyası məhkəməsinin qətnaməsi «Cavabdeh MMC-nin 09 fevral 2024-cü il tarixli 01 saylı əmrinin ləğv edilməsi və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, 09 fevral 2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının cavabdeh tərəfindən iddiaçıya ödənilməsi» hissəsində ləğv edilməli, yeni qərar çıxarılmaqla, Cavabdeh MMCnin 09 fevral 2024-cü il tarixli 01 saylı əmri ləğv edilməli, iddiaçı 09 fevral 2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək işə bərpa edilmiş hesab edilməli və həmin müddət üçün ona məcburi işburaxma günlərinə görə əmək haqqı ödənilməlidir. Qətnamənin ləğv edilmiş qalan hissəsində - əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməsi, işə bərpa edilənədək məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi hissəsində iddia təmin edilməməlidir.
Məhkəmənin gəldiyi nəticə :
Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin 3-29-35/3-1-73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmri ləğv edilərək İbrahimov X2 İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə bərpa olunmalı və ona 14 fevral 2024-cü il tarixdən işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı dövlət qulluğundan azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinə xitam veriməsinə dair Meşələrin İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin 3-29-35/3-1- 73K/2024 nömrəli 13 fevral 2024-cü il tarixli əmri ləğv edilsin. İbrahimov X2 İnkişafı Xidmətinin 1 saylı X9 Mərkəzinin Astara rayonu üzrə təhsil sektorunun məsləhətçisi vəzifəsinə bərpa olunsun. İddiaçı 14 fevral 2024-cü il tarixdən işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanıb ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Lənkəran Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Anar Pənahov