Məhkəmə qərarları › İş №2(049)-2819/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2819/2023

19.07.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2819/2023 19.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Mən Lənkəran Rayon Məhkəməsinin hakimi X1 – İddiaçı cavabdeh Lənkəran rayonu, Gərmətük qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2005-ci il tarixli 27 nömrəli qərarın etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri 19 iyul 2023-cü il tarixdə nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Lənkəran rayonu, Gərmətük qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2005-ci il tarixli 27 nömrəli qərarın etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini nəzərdən keçirib hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, 20 aprel 2012-ci il tarixli 329-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək, Azərbaycan Respublikası MPM-nin ikinci bölməsinin ikinci yarımbölməsi qüvvədə olmuşdur. Həmin ikinci bölmənin ikinci yarımbölməsinin 24-cü fəslidəki 285.0.2-ci maddəsində müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələr üzrə işlərə xüsusi iddia icraatı qaydasında baxılması göstərilmişdir. Lakin, 20 aprel 2012-ci il tarixli 329- İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 12 may 2012-ci il, № 103, Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2012-ci il, № 05, maddə 411) ilə ikinci bölmənin ikinci yarımbölməsi bütövlükdə MPM-dən çıxarılmışdır. 20 aprel 2012-ci il tarixli 329-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək ümumi məhkəmələrin müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərin qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) olan ərizələrə baxmaq səlahiyyəti olmuşdur. Lakin, həmin Qanun qüvvəyə mindikdən sonra bu növ ərizələrə İnzibati Məhkəmələrədə baxılır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara inzibati məhkəmə icraatı qaydasında məhkəmələrdə baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 nömrəli Qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxıla bilməz. İddiaçıya izah olunmalıdır ki, onun Lənkəran rayonu, Gərmətük qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2005-ci il tarixli 27 nömrəli qərarın etibarsız hesab edilməsi və s. tələbinə dair ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 151, 152, 263-264, 268-269-cu maddələrini və 20 aprel 2012-ci il tarixli 329-İVQD nömrəli Azərbaycan Respublikasının Qanununu rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Lənkəran rayonu, Gərmətük qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2005-ci il tarixli 27 nömrəli qərarın etibarsız hesab edilməsi və s. tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Həmin iddia ərizəsinə əlavə olunmuş sənədlər, eləcə də ödənilmiş 100 manat dövlət rüsumu isə qərardad qanuni qüvvəsini aldıqdan sonra geri qaytarılsın. İddiaçıya izah olunsun ki, onun Lənkəran rayonu, Gərmətük qəsəbə Bələdiyyəsinə qarşı xx.xx.2005-ci il tarixli 27 nömrəli qərarın etibarsız hesab edilməsi və s. tələbinə dair ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar