Məhkəmə qərarları › İş №2(049)-2959/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-2959/2024

19.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-2959/2024 19.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyənetdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X4 xx.xx.2015-ci il tarixdə, X2 isə xx.xx.2018-ci il tarixdə Suriya Ərəb Respublikasında doğulmaları faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-1836/2024 nömrəli qərardadı ilə (hakim A.Pənahov) ərizəçi ərizəsində sübutların siyahısını göstərmədiyi üçün, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiə geri qaytarılmış, qəradadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən həmin tələblə bağlı məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Lakin, ərizəçi həmin nöqsanları aradan qaldırmadan, yenidən eyni nöqsanlarla ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsi və ona əlavə edilmiş sənədlər təkrar nəzərdən keçirilərkən müəyyən edildi ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı ərizəçi ərizəsində tələbinin əsaslandığı hallara dair konkret olaraq sübutların siyahısını göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrııqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruru şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizəçi ərizəsində tələbinin əsaslandığı hallara dair sübutların siyahısını göstərmədiyindən hazırki vəziyyətdə ərizəsinin icraata qəbul olunması mümkün deyildir. Ona görə də ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa tam şəkildə riayət edilməməsi əsası ilə hazırki ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçi ərinin Suriyə Ərəb Respublikasında vəfat etdiyini göstərsə də, bu barədə sübutunu ərizəsinə əlavə etməmişdir. Bundan əlavə onun ərinin kim olduğu, eləcə də onunla rəsmi nikahda olub-olmadığını müəyyən etmək olmur. Belə ki, bir uşağının atasının “Anar”, digərinin isə atasının “Sahib” olduğu göstərilmişdir. Müəyyən etmək olmur ki, ərizəçinin bir əri, yoxsa iki əri olmuşdur. Bundan əlavə qeyd edilməlidir ki, MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi uşaqlarının doğum faktlarını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsini, yaxud onların doğumunu təsdiqləyən sənədlərin bərpasının mümkün olmamasını təsdiqləyn sübutunu ərizəsinə əlavə etməmiş, həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğunu ərizəsində göstərməmişdir. Qeyd edilməlidir ki, MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, qərardadın təsviri hissəsində göstərilənlər həmin çatışmazlıqlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Ərizəçiyə o da izah olunur ki, MPM-nin 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Ərizəçi artqıq 2-ci dəfədir ki, nöqsanlı eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət edərək işə düşgün və tezliklə baxılmasına maneçilik törədir. Buna görə də bir daha qeyd olunan nöqsanları aradan qaldırmadan ərizəçi ərizə verərsə, o, 500 manatadək cərimə oluna bilər. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Ərizədən müəyyən olunur ki, ərizəçi xx.xx.2024-cü il tarixdə, 20115 nömrəli mədaxil qəbzi ilə hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizə qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114, 149, 150, 152, 157, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, qəraraaldım: Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər təkrar geri qaytarılsın. Onun tərəfindən xx.xx.2024-cü il tarixdə, 20115 nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu təkrar ərizəçiyə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar