Məhkəmə qərarları › İş №2(049)-3/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3/2024

06.06.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3/2024 06.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə aid zolağın zəbtdən azad edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə aid zolağın zəbtdən azad edilməsi” iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona məxsus xüsusi mülkiyyətində (Çıxarış № 0457523) tikilmiş fərdi yaşayış evinə aid yol zolağını Cavabdeh tərəfindən qanunsuz zəbt olunmasını nəzərə alıb, fərdi yaşayış evinə aid yolun boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə baxışında iştirak edən İddiaçı məhkəməyə vəsastətlə müraciət edərək, sözügedən iş üzrə iddia ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etdi. İşin məhkəmə baxışında iştirak edən Cavabdeh məhkəməyə izahatında iddia tələbinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini məhkəməyə bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddiaçının vəsatətini nəzərə alıb, iş materiallarını araşdıraraq, hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə aid zolağın zəbtdən azad edilməsi” tələbinə dair mülki iş baxılmamış saxlanılsın. İddiaçıya izah olunsun ki, o, hazırki iddia tələbi ilə ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar