Məhkəmə qərarları › İş №2(049)-300/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-300/2023

26.01.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-300/2023 26.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı «istifadə hüququna xitam verilməsi və evdən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Lənkəran rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və onların azyaşlı ailə üzvləri X10 və X3 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və onların azyaşlı ailə üzvləri X10 və X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin mənzilin boşadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almış, bu barədə DƏDRX tərəfindən xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır, eləcə də ********** qeydiyyat nömrəli, **********01-10301 reyestr nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində halhazırda iş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və onların azyaşlı ailə üzvləri X10 və X7 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan mənzilin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçiləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 ilə nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə hazırki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və onların azyaşlı ailə üzvləri X10 və X3 həmin mənzilə heç bir hüquqları yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və onların azyaşlı ailə üzvləri X10 və X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olması və orada yaşaması qeyri-qanunidir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdilər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin(bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-3150/18 №-li qərarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli, 2(049)-439/2017 №-li qətnaməsi ilə, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh12 və X4 müştərək qaydada əsas kredit borcu üzrə 33115,90 ABŞ dolları, faiz borcu üzrə 5332,38 ABŞ dolları, cərimə borcu üzrə 500,09 ABŞ dolları, cəmi 38948,37 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və ödənilmiş 30 AZN dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilməsi, tələb ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanında yerləşən 0.0295 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 107 saylı fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətində olan Lənkəran rayonu, Girdəni yerləşən 0.0295 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 107 saylı fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətində olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.03 ha torpaq sahəsinə və girov predmeti olan Cavabdeh1 məxsus dövriyyədəki mallara (mərmər məzar daşlarına) yönəldilməsi, həmin əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 38948,37 ABŞ dollan kredit borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pul vəsaiti ödənilməsi, İpoteka predmeti olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanında yerləşən 0.0295 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 107 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 38000 (otuz səkkiz min) manat və Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiyməti isə 19000 (on doqquz min) manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanında yerləşən 0.0295 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 107 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh1, X5 və Cavabdeh12 həmin yaşayış sahəsindən çıxarılmaları, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.03 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli, 2(106)-1620/2017 №-li qətnaməsi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Lənkəran Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli 2(106)-1620/2017 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmşdır. Həmin qətnamədən Cavabdeh1 və vəkili X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin ediməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 276/21 №-li protokoldan, habelə onunla "xxxx" KB ASC arasında bağlanmış müqavilədən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0295 ha torpaq sahəsi və onun üzərində yerləşən 0,51 kv.m sahəsi olan fərdi yaşayış evi hərrac vasitəsilə "xxxx" KB ASC-yə 24225 manata satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən (**********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli) Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0,0295 ha torpaq sahəsi və onun üzərində yerləşən 0,51 kv.m sahəsi olan fərdi yaşayış evi "xxxx" KB ASCnin tam mülkiyyətindədir. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışlardan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh2, 08.8.2003-cü il təvəllüdlü Cavabdeh6, xx.xx.1970-ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1950-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh8, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh9, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh5 Müşfiq oğlu, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh11, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh12, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh13, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh14, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh15 və xx.xx.2004-cü il təvəllüdlü X2 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 107 ünvanında qeydiyyatdadır. Hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli, 2(049)-439/2017 №-li qətnaməsi ilə, iddia qismən təmin edilərək, iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh12 və X4 müştərək qaydada əsas kredit borcu üzrə 33115,90 ABŞ dolları, faiz borcu üzrə 5332,38 ABŞ dolları, cərimə borcu üzrə 500,09 ABŞ dolları, cəmi 38948,37 ABŞ dolları borc qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla və ödənilmiş 30 AZN dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-nə ödənilməsi, tələb ipoteka predmeti olan Cavabdeh4 mülkiyyətində olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanında yerləşən 0.0295 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 107 saylı fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətində olan Lənkəran rayonu, Girdəni yerləşən 0.0295 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 107 saylı fərdi yaşayış evinə, Cavabdeh1 mülkiyyətində olan Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.03 ha torpaq sahəsinə və girov predmeti olan Cavabdeh1 məxsus dövriyyədəki mallara (mərmər məzar daşlarına) yönəldilməsi, həmin əmlakların hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 38948,37 ABŞ dollan kredit borcu və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 60 AZN məbləğində pul vəsaiti ödənilməsi, İpoteka predmeti olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanında yerləşən 0.0295 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 107 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 38000 (otuz səkkiz min) manat və Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiyməti isə 19000 (on doqquz min) manat məbləğində müəyyən edilməsi, İpoteka predmeti olan Lənkəran şəhəri, Şəhidlər Xiyabanında yerləşən 0.0295 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 107 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh4, Cavabdeh1, X5 və Cavabdeh12 həmin yaşayış sahəsindən çıxarılmaları, Lənkəran rayonu, Girdəni kəndində yerləşən 0.03 ha torpaq sahəsinə tutma yönəldikdən və satıldıqdan ən geci 1 ay ərzində həmin torpaq sahəsinin boşaldılması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli, 2(106)-1620/2017 №-li qətnaməsi ilə, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək Lənkəran Rayon Məhkəməsinin 19 yanvar 2017-ci il tarixli 2(106)-1620/2017 №-li qətnaməsi dəyişdirilmədən saxlanılmşdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-3150/18 №-li qərarı ilə, həmin qətnamədən Cavabdeh1 və vəkili X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin ediməmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 dekabr 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli 276/21 №-li protokola və habelə onunla "xxxx" KB ASC arasında bağlanmış müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən 0,0295 ha torpaq sahəsi və onun üzərində yerləşən 0,51 kv.m sahəsi olan fərdi yaşayış evi hərrac vasitəsilə "xxxx" KB ASC-yə 24225 manata satılmış, hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən (**********01-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli və xx.xx.2021-ci il qeydiyyat tarixli) Çıxarışla ünvan 1 ünvanında yerləşən 0,0295 ha torpaq sahəsi və onun üzərində yerləşən 0,51 kv.m sahəsi olan fərdi yaşayış evi "xxxx" KB ASCnin tam mülkiyyətinə verilmişdir. Hazırda cavabdehlər – xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh2, 08.8.2003-cü il təvəllüdlü Cavabdeh6, xx.xx.1970ci il təvəllüdlü Cavabdeh3, xx.xx.1950-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1987-ci il təvəllüdlü Cavabdeh7, xx.xx.1982-ci il təvəllüdlü Cavabdeh8, xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh9, xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh5 Müşfiq oğlu, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh10, xx.xx.1954-cü il təvəllüdlü Cavabdeh11, xx.xx.1973-cü il təvəllüdlü Cavabdeh12, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh13, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh14, xx.xx.1975-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh15 və xx.xx.2004-cü il təvəllüdlü X2 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 107 ünvanında qeydiyyatda, həmin mənzildən istifadə edilir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən: 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. 59.2. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehlərin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və onların azyaşlı ailə üzvləri X10 və X3 Unibank» KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və onların azyaşlı ailə üzvləri X10 və X1 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 107 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin mənzilin boşadılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və onların azyaşlı ailə üzvləri X10 və X3 Unibank» KB ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 Müşfiq oğlu, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh14, Cavabdeh15 və onların azyaşlı ailə üzvləri X10 və X1 şəhəri, Şəhidlər Xiyabanı küçəsi, ev 107 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaqla həmin mənzil boşadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar