Məhkəmə qərarları › İş №2(049)-3000/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3000/2025

13.11.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3000/2025 13.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X1 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasdının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab olunması tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 24 fevral 2024-cü il tarixdə Rusiya Federasiyasının Murmansk viləyəti tabeliyində olan Monçeqorsk şəhər bələdiyyə təşkilatı administrasiyasının VVAQ şöbəsində Rusiya Federasiyasının vətəndaşı Cavabdeh ilə aralarında bağlanmış ********************7 saylınikahın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, iddiasını onunla əsaslandırmışdır ki, 24 fevral 2024-cü il tarixdə Rusiya Federasiyasının Murmansk viləyəti tabeliyində olan Monçeqorsk şəhər bələdiyyə təşkilatı administrasiyasınınVVAQ şöbəsində Rusiya Federasiyas vətəndaşı Cavabdeh ilə aralarında ********************7 saylı nikahın bağlanması haqqında qeyd tərtib olunmuşdur. Lakin Cavabdeh ilə nikaha girməyə könüllü razılığı olmamış və nikahları formal xarakter daşıyır. Cavabdeh ilə ər-arvad kimi yaşamamışlar. Birgə nikahlarından uşaqları yoxdur. Tələbi ilə bağlı cavabdehə təklif göndərsə də, sonuncu mediasiya prosesində iştirak etməmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nikahın həqiqətən etibarsız olması ilə bağlı şahidləri də vardır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiasının təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, əslində onun cavabdehlə ailə həyatı qurmaq niyyət olmamış, Rusiyada ali məktəbə daxil olub ali təhsil almaq məqsədilə Rusiya vətəndaşı olan cavabdehlə rəsmi nikaha girmiş, lakin onun onunla ailə qurmaq niyyəti olmaışdır. Faktiki olaraq cavabdehlə ər-arvad münasibətlərinə daxil olmamış, onunla birgə təsərrüfat aparmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh sonucu qeydiyyatda olduğu ünvana lazımi qaydada bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işi nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən və onun tərcümə edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında nikah 24 fevral 2024-cü il tarixdə Rusiya Federasiyasının Murmansk viləyəti tabeliyində olan Monçeqorsk şəhər bələdiyyə təşkilatı administrasiyasının VVAQ şöbəsində ********************7 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra iddiaçı öz soyadını saxlamışdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən Bu məcəllənin 10—12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Həmin Məcəllənin Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Qeyd olunan Məcəllənin 25.3-cü maddəsinə əsasən nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. Həmin Məcəllənin 25.4-ci maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlə ailə qurmaq niyyəti olmadığından, eləcə də cavabdeh məhkəmə iclasına gələrək bunu inkar etmədiyindən iddiaçının irəli sürdüyü tələb təmin olunmalı və İddiaçı ilə Cavabdeh arasında 24 fevral 2024-cü il tarixdə Rusiya Federasiyasının Murmansk viləyəti tabeliyində olan Monçeqorsk şəhər bələdiyyə təşkilatı administrasiyasının VVAQ şöbəsində ********************7 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah 24 fevral 2024-cü il tarixdən etibarsız hesab edilməlidir. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 24 fevral 2024-cü il tarixdə Rusiya Federasiyasının Murmansk viləyəti tabeliyində olan Monçeqorsk şəhər bələdiyyə təşkilatı administrasiyasının VVAQ şöbəsində ********************7 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah 24 fevral 2024-cü il tarixdən etibarsız sayılsın. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülsün. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar