Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-301/2023 24.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov Elvin oğlu, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun, yəni Ərizəçi 31 oktyabr 1997-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.2004-cü il tarixdə Lənkəran rayon, Qumbaşı kəndində tam orta məktəbə daxil olmuş, xx.xx.2014-cü il tarixdə həmin məktəbi 9-cu sinfini bitirmişdir. Anası X7 ilə atası X8 1996-cı il tarixdə ailə qurub evlənmişlər, lakin nikahlarını nə o vaxt, nə də sonralar rəsmiləşdirməmişlər. Ərizəçi 31 oktyabr 1997-ci il tarixdə anadan olduğu zaman ev şəraitində, tibb müəssisəsindən kənarda doğulduğu üçün bu barədə digər müvafiq sənədlər olmadğı üçün ona tibbi arayış verilməmişdir. Artıq 25 yaşı var doğum şəhadətnaməsi olmadığına görə özünə şəxsiyyəti təsdiq edən sənədi ala bilmir. Bu səbəbdən o, özü üçün doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, onun tibbi arayışının olmadığı üçün doğum şəhadətnaməsi verməkdən imtina etmişdir. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərərək ərizəsinin təmin edilməsini və 31 oktyabr 1997-ci il tarixdə Lənkəran rayonunda doğulması faktının müəyyən edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X1 göstərdi ki, ərizçinin valideynləri 1986-cı ildən qonşu olmuşdur, eyni kəndə olmalqa yaxınlıqda yaşayır. Ərizəçinin atası Nurəli ailəsində üç uşaq olmuşdur. Ərizəçinin anası Nazilənin hamilə olduğunu görmüş və sonuncunun ev şəraitində doğum baş tutmuşdur. 31 oktyabr 1997-ci il tarixdə uşaq doğulmuş və adını Çinarə qoymuşlar. Məhkəmə baxışında şahid qismində ifadə verən X2 ifadəsində göstərdi ki, ərizəçi bacısı nəvəsidir anası Nazilə, atası Nurəlidir, Nurəliyə el arasında Rüfət deyirlər. Ərizəçi Nazilə ilə Nurəlinin qızıdır və 1997-ci ildə evdə doğulmuşdur. O, doğuşda şəxsən iştirak etmiş, doğuşu isə Səmayə adlı qonşu köməklik etmişdir. Doğuşunda köməklik edən Səmayə vəfat etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə verən X3 ifadəsində göstərdi ki, ərizəçinin valideynləri ilə qonşu olmuşdur. Anası Nazilə atası Nurəlidir, Çinarənin doğuşunda şəxsən iştirak etmişdir. Məhkəmədə şahid qismində ifadə verən X9 ifadəsində göstərdi ki, Lənkəran Rayon Qumbaşı Kənd evlər komitəsinin sədri vəzifəsində işləyir. 1996 ilin aprel ayında həmin vəzifədə çalışır. Ərizəçini tanıyır, sonuncunun valideynləri Nazilə və Nurəlidir evdə doğulduğuna görə ərizəçiyə şəhadətnamə verilməmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş Lənkəran Rayonu Liman şəhər Qumbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 may 2022-ci il tarixli, 932 nömrəli arayışından görünür ki, Ərizəçi valideyinləri X8 və X7 ilə bir yerdə Qumbaşı kəndində yaşayırlar. İş materiallarında olan və məhkəmədə elan edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 999 nömrəli məktubundan görünür ki, ərizəçiyə doğum faktının qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçini izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən ərizəçi 31 oktyabr 1997-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində doğulmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Hazırda anası və atası ilə bərabər ailəsinin yanında yaşayırlar. Ona doğum faktının müəyyən edilməsi və doğumunun qeydiyyata alınması və şəxsiyyət vəsiqəsi almaq üçün lazımdır. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahidlər ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi 31 oktyabr 1997-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində doğulması faktı müəyyən edilməli və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 31 oktyabr 1997-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində doğulması faktı müəyyən edilsin. Akt qeydləri kitabının ata adı qrafasında X8, ana adı qrafasında X7 göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq Ərizəçi adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-301/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-301/2023
24.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver