Məhkəmə qərarları › İş №2(049)-3017/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3017/2025

01.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3017/2025 01.08.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi X1 - Ərizəçi hüquqi faktın müəyyən edilməsinə tələbinə dair ərizəsinə Lənkəran şəhərində baxaraq müəyyən etdim: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2014-cü il tarixdə Türkiyyə Respublikası, Qaziantep, Primer xəstəxanasında oğlu Davutun və xx.xx.2016-cı il tarixdə Suriya Respublikası Tapqa şəhərində oğlu Muhamedin ev şəraitində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini nəzərdən keçirərək müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsi ilə müəyyən olunmuş qaydalara riayət edilmədən verilmişdir. Belə ki, MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən isə ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi lazımi sənədlərin Türkiyyə Respublikası, Qaziantep, Primer xəstəxanasından ala bilməməsinə, həmin sənədlər itirilmişsə bərpasının mümküm olmamasına dair sübutlarını ərizəsinə əlavə etməmişdir. Bundan əlavə o, digər uşağının ev şərasitində doğulduğunu göstərsə də, həmin uşağın doğumunun Suriya Respublikası Tapqa şəhərinin müvafiq Qeydiyyat şöbəsində qeydə alınmaması ilə bağlı sübutunu da ərizəsinə əlavə etməmişdir. Halbuki, məhkəməyə ərizəçi o halda müraciət etməlidir ki, o, qeyd olunan sübutlarını ərizəsinə əlavə etsin. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, Ərizəçi qeyd olunan sübutlarını ərizəsinə əlavə etmədiyindən, bu hal ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilməməsi kimi qəbul edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalı və ərizəçiyə Azərbaycan Respublikası MPM-nin 152.4cü maddəsinin tələbləri, yəni qərardadda göstərilmiş nöqsanları aradan qaldırıb yenidən məhkəməyə müraciət etmək hüququna malik olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi hazırki tələblə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Ərizəsi qaytarıldığına görə onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım : Ərizəçi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2025-ci tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu ona qaytarılsın. Qərardadan rəsmi qaydada verildikdən sonra on gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar