Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3027/2025 14.10.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştiraki ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbi”nə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrə ilə rəsmiləşdirilmiş çıxarışın, adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) etibarsız hesab edilməsi və Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 7, ümumi sahəsi 66.3 kv.m. olan 14 nömrəli 3 otaqlı kommunal mənzilin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, X2 Rayon Məhkəməsinə müraciət edərək Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 3-cü şəxs-İddiaçı arasında 30 dekabr 1986-cı il tarixdə bağlanmış Lerik şəhəri, Həzi Aslanov küçəsi, ev 7, ümumi sahəsi 66,30 kv.m olan 14 nömrəli 3 otaqlı kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsinə əsasən X3 iddiası təmin edilmiş, Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 3-cü şəxs-İddiaçı arasında 30 dekabr 1986-cı il tarixdə bağlanmiş Lerik şəhəri, Həzi Aslanov küçəsi, ev 7, ümumi sahəsi 66,30 kv.m olan 14 nömrəli 3 otaqlı kommunal mənzilə verilen kirayə (icarə) müqaviləsi etibarsız hesab edilmişdir. 3-cü şəxs İddiaçı apellyasiya şikayəti verərək Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Lerik Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli, 2 (048)-641/2021 saylı qərardadına əsasən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti icraata qebul edilmiş, apellyasiya şikayəti ona əlavə edilmiş sənədlərlə va mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndarilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-444/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsinə əsasən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra 3-cü şəxs-İddiaçı kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-444/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Azerbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-3318/2023 saylı qərarına əsasən 3-cü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-444/2022 saylı, 03 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş va iş yenidən baxılması üçün apellyasiya instansiyasi məhkəməsinə qaytarılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1671/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən 3-cü şəxs-İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X3 Lerik Mənzil-Kommunal Təsərrüfatı Birliyi, 3-cü şəxs- İddiaçı arasında 30 dekabr 1986-ci il tarixdə bağlanmiş Lerik şəhəri, Həzi Aslanov küçəsi, ev 7, ümumi sahəsi 66,30 kv.m olan 14 nömrəli 3 otaqlı kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi barədə ərizəsi təmin edilməmişdir. Bundan sonra iddiaçı X1 Apellyasiya Məhkəməsinin 2(106)-1671/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qətnaməsindən kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasi Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (102)-886/2024 qərarına əsasən iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Bununla bağlı Şirvan Apellyasiya məhkəməsinə müraciət edərək Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli 2(048)641/2021 saylı qətnaməsinin icrasında geri dönüş edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(106)-1671/2023 saylı qərardadı ilə ərizəsi təmin edilmiş, Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 sayli qətnaməsinin icrasına dönüş edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasinin 2(106)-1671/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qətnaməsinin qəbul edilməsi ilə əlaqədar Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsinin icraatında dönüş edilməsi, Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ünvan 1 ünvanında yerləşən yataqxanaya dair iddiaçi X3 adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 26 dekabr 2023-cü il tarixli 2(106)1671/2023 saylı qərardadı icra üçün cavabdeh Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Kadastrı ve Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran ərazi idarəsinə göndərilmiş, həmin idarənin 16 yanvar 2025-ci il tarixli 3-21-3-43/2-158/2025 saylı məktubu ilə bildirilmişdir ki, 2(106)- 1671/2023 saylı iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadın qət etdi hissəsində Lerik şəhəri, Həzi Aslanov küçəsi, ev 7, mənzil 14 ünvanında yerləşən yataqxanaya dair iddiaçi X3 adına verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi qeyd olunsa da, sözügedən daşınmaz əmlak hal-hazırda X3 mülkiyyətində deyil. Belə ki, xx.xx.2023-cü il tarixində 4 saylı Bakı Asan Xidmət Mərkəzində bağlanmış 42-2223 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, həmin daşınmaz əmlak Cavabdeh2 xeyrinə özgəninkiləşdirilmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran ərazi idarəsinə müraciət etmiş va sözügeden daşınmaz əmlaka xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Qeyd edirik ki, 2(106)-1671/2023 saylı iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadın qət etdi hissəsində ləğvi qeyd olunan çıxarış və texniki pasportun mülkiyyətçisi X6 olmadığı üçün həmin çıxarış və texniki pasport Milli Qeydiyyat Sistemində aktiv deyil. Bu səbəbdən sözügedən çıxarış ve texniki pasportun ləğvi texniki olaraq mümkünsüzdür. Məhkəmə iclasında İddiaçı tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, Lerik şəhəri, Həzi Aslanov küçəsində yerləşən 7 saylı evin 14 nömrəli mənzili hazırda Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin mənzil Cavabdeh2 adına bağışlama müqaviləsi əsasında rəsmiləşdirilməmişdir. Həmin müqavilə hazıradək mübahisələndirilməmişdir və qüvvədədir. Belə olan halda Cavabdeh2 xüsusi mülkiyyətində olan həmin mənzilə dair çıxarışın etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Həmçinin İddiaçı həmin mənzilin thvil verilməsi Cavabdeh2 mülkiyyət hüquqlarının qanunsuz məhdudlaşdırılmasına səbəb ola bilər. Eyni zamanda İddiaçı həmin mənzilə heç bir hüququ yoxdur, o, həmin mənzildə qeydiyyatda da deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında elan edilməklə tədqiq edilən: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3318/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla müstəqil predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(106)-444/2022 nömrəli qətnaməsi ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Ali Məhkəmənin həmin qərarının təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 nömrəli qətnaməsi ilə (hakim A.Q.Kiçibəyov) iddia təmin olunmuş, Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinin üçüncü şəxs İddiaçı arasında 30 dekabr 1986-cı il tarixdə bağlanmış Lerik şəhəri, Həzi Aslanov küçəsi, ev 7, ümumi sahəsi 66,30 kv.m. olan 14 nömrəli 3 otaqlı kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 mart 2022-ci il tarixli, 2(106)-444/2022 nömrəli qətnaməsi ilə (hakim Z.A.Zeynalovun sədrliyi və məruzəsi ilə, hakimlər M.K.Həsənovun və Z.M.Allahyarovun iştirakı ilə) apellyasiya şikayəti təmin edilməmiş, Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 nömrəli qətnaməsi üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1671/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla üçüncü şəxs İddiaçı tərəfundən verilmiş apellyasiya şikayəti təmin edilərək, Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı X3 cavabdeh Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyinə, üçüncü şəxs İddiaçı qarşı Lerik Mənzil-Kommunal Təsərrüfat Birliyi ilə üçüncü şəxs İddiaçı arasında bağlanmış 30 dekabr 1986-cı il tarixli kommunal mənzilə verilən kirayə (icarə) müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1671/2023 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, həmin qərardadla Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021ci il tarixli, 2(048)-641/2021 sayli qətnaməsinin icrasına dönüş edilməsi, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasinin 2(106)-1671/2023 saylı, 16 noyabr 2023-cü il tarixli qətnaməsinin qəbul edilməsi ilə əlaqədar Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsinin icraatında dönüş edilməsi, Lerik Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(048)-641/2021 saylı qətnaməsi əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı ünvan 1 ünvanında yerləşən yataqxanaya dair iddiaçi X3 adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) ləğv edilməsi qərara alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, 2(106)-1671/2023 saylı iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadın qət etdi hissəsində Lerik şəhəri, Həzi Aslanov küçəsi, ev 7, mənzil 14 ünvanında yerləşən yataqxanaya dair iddiaçı X3 adına verilmiş çıxarış və texniki pasportun ləğv edilməsi qeyd olunsa da, sözügedən daşınmaz əmlak hal-hazırda X3 mülkiyyətində deyil. Belə ki, xx.xx.2023-cü il tarixində 4 saylı Bakı Asan Xidmət Mərkəzində bağlanmış 4Ə-2223 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, həmin daşınmaz əmlak Cavabdeh2 xeyrinə özgəninkiləşdirilmişdir. Cavabdeh2 xx.xx.2023-cü il tarixində ********** qeydiyyat nömrəli ərizə ilə 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş və sözügedən daşınmaz əmlaka xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əldə etmişdir. 2(106)-1671/2023 saylı iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadın qət etdi hissəsində ləğvi qeyd olunan çıxarış və texniki pasportun mülkiyyətçisi X6 olmadığı üçün həmin çıxarış və texniki pasport Milli Qeydiyyat Sistemində aktiv deyil. Bu səbəbdən sözügedən çıxarışın və texniki pasportun ləğvi texniki olaraq mümkünsüzdür.” “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, idiaçı İddiaçı Lerik rayonu, Orand kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş ********** nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hazırki iddia tələbi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbində X3 adına xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrə ilə rəsmiləşdirilmiş çıxarışın, adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) etibarsız hesab edilməsi və Lerik şəhəri, Həzi Aslanov küçəsi ev 7, ümumi sahəsi 66.3 kv.m. olan 14 nömrəli 3 otaqlı kommunal mənzilin ona təhvil verilməsini tələb etmişdir. Lerik şəhəri, Həzi Aslanov küçəsində yerləşən 7 saylı evin 14 nömrəli mənzili hazırda Cavabdeh2 xüsusi mülkiyyətindədir. Həmin mənzil xx.xx.2023-cü il tarixində 4 saylı Bakı Asan Xidmət Mərkəzində bağlanmış 4Ə-2223 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Cavabdeh2 xeyrinə özgəninkiləşdirilmişdir. Sözügedən bağışlama müqaviləsi mübahisələndirilməmişdir. Məhkəmə, iddia tələbinə münasibət bildirərək ilk olaraq qeyd edir ki, iddiaçı, iddia tələbində X3 adına olan çıxarışın, adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) etibarsız hesab edilməsini tələb etməsinə baxmayaraq, iddia ərizəsində cavabdeh qismində X4 qeyd etməmiş, tələbin yalnız Cavabdeh2 qarşı olduğunu qeyd etmişdir. Başqa cavabdehin işə cəlb edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Hmin məcəllənin 51.3-cü maddəsinə əsasən, başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Lerik şəhəri, Həzi Aslanov küçəsində yerləşən 7 saylı evin 14 nömrəli mənzil Cavabdeh2 adına özgəninkiləşdirildiyindən həmin mənzilə dair X3 adına olan Çıxarış və texniki pasport Milli Qeydiyyat Sistemində aktiv deyildir. Bu səbəbdən də X3 adına rəsmiləşdirilmiş çıxarışın, adına verilmiş bütün hüquqmüəyyənedici sənədlərin (çıxarışlar, evə və torpağa dair kadastr və texniki pasport) etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir. Eyni zamanda Lerik şəhəri, Həzi Aslanov küçəsində yerləşən 7 saylı evin 14 nömrəli mənzil Cavabdeh2 xüsusi mülkiyyətində olduğuna görə həmin mənzilin iddiaçıya təhvil verilməsi üçün əsaslar mövcud deyildir. Belə ki, həmin hissədə iddia tələbinin təmin edilməsi Cavabdeh2 sözügedən mənzilin üzərində olan və qanunla qorunan mülkiyyət hüququnun pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir. Həmçinin nəzərə alınmalıdır ki, prosessual qanunvericilik tərəflərin izahatlarını sübut növlərindən biri kimi qəbul etsə də, MPM-in 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. Eyni zamanda MPM-ə əsasən əgər tərəf qarşı tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları etiraf edirsə, əks tərəf gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edilir. Belə etiraf yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir (maddə 106.3). Bundan başqa o, da qeyd olunmalıdır ki, MPM etirafla bağlı iki institut müəyyən edir: faktın etirafı (maddə 106.3) və iddianın etirafı (maddə 191). Prosessual qanunvericilik hər iki etirafa münasibətdə yazılı və ya protokola imza etmə şərti irəli sürmüşdür. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). Qeyd edilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbi”nə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi və mənzilin təhvil verilməsi tələbi”nə dair iddiası təmin edilməsin. İddia tələbi üzrə İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №2(049)-3027/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3027/2025
14.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver