Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-303/2023 08.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «iş stajı faktın müəyyən ediilməsi» ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icaat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun işlədiyi RSU-6-da xx.xx.1973-cü ildən xx.xx.1974-cü ilədək, MTİİTS-də xx.xx.1991-ci ildən (xx.xx.1993-cü ildən idarənin adı dəyişilərək X2 müəssisə) xx.xx.2005-ci illərin faktı müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ali təhsil almamışdan öncə, 1973-cü ildə Lənkəran şəhərində yerləşən RSU-6-da 1-ci dərəcəli fəhlə vəzifəsinə təyin olunmuş, bu əmək kitabçasında xx.xx.1973-cü il tarixində idarə rəisinin 242 nömrəli əmrinə əsasən işə qəbul olunmağı öz əksini tapmışdır. Sonralar həqiqi hərbi xidmətə gedib və buna görə xx.xx.1974-cü ildə işdən azad olunmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra Lənkəran Meşəkombinantın dekabr, 1976-cı il tarixli 145 nömrəli əmrə əsasən işdən azad olunmuşdur. xx.xx.1977-ci il, 248 u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat Hazırlıq fakültəsini əyani oxumuş, xx.xx.1978-ci il, 141 u/p saylı əmrlə həmin İnstitutun Hazırlıq fakültəsini əyani oxumuş, xx.xx.1978-ci il. 141 u/p saylı əmrlə həmin İnstitutun “İnşaat” fakültəsinin əyani şöbəsinə qəbul olunmuşdur. xx.xx.1983-cü il, 199u/p saylı Azərbaycan Mühəndis İnşaat İnstitutunun «İnşaat» fakültəsinin əyani şöbəsinin «sənaye və mülki tikinti» ixtisasını tam kursunu bitirmiş, diplomunu almış və təyinatla həmin il 30 nömrəli DMD-də 1983-cü ildən 1990-cı ildə qədər betonçu və iş ustası vəzifəsində çalışmışdır. Həmin ilin 20 avqust tarixində Lənkəran XRSU-ya, 34 nömrəli əmrə əsasən injener poarqabzaçı kimi fəaliyyətə başlamış, 1991-ci ilin 18 dekabr tarixində işdən azad olunmuş, həmin müəssədə baş injener vəzifəsinə təyin olunmuşdur. 1991-ci ilin dekabr ayından işdən azad olunmuş, 19 dekabr 1991-ci ildə 6 nömrəli əmri ilə Lənkəran şəhəri Azərbaycan Respublikası EA riyaziyyat-mexanika nəzdində istedad k/dövlət müəssəsində direktor vəzifəsinə təyin olunmuş, həmin ilin dekabr ayına işdən azad olunaraq və master vəzifəsinə təyin olumuşdur. Qısa müddət ərzində orda da işdən azad olunmuşdur. 1991-ci ilin dekabr ayında Lənkəran Mənzil Komunal Xidmətlər Nazirliyi Mənzil Təsərrüfatı Respublika İstehsalı Təmiri və İstismarı birliyi Lənkəran rayon MTİİ, TS-23-li əmri ilə iş ustası (master) və ştat cədvəlinə əsasən işə qəbul olunub və istedad k/dövlət müəssisəsinin paraqraf 5-əsasən MT, İİTS keçmişdir. Sözügedən müəssisədə 1991-ci ildən 2005-ci ilə qədər işləmişdir. Müvafiq qanunvericiliyə görə göstərdiyi 1991-2005-ci il əmək fəaliyyətini Nazirlər Kabinentinin xx.xx.2007-ci il 12 saylı qərarının 29-cu bölməsinə əsasən güzəştli şərtlərlə pensiyaya hüququ verilir. Eyni zamanda Lənkəran MTİİTS təsərrüfat fəaliyyətinin xx.xx.1993-cü il tarixində Lənkəran İxtisaslaşdırılmış çox sahəli müəssədə göstərdiyi əmək fəaliyyəti və bundan öncəki 1984-1990-cı il əmək fəaliyyəti də güzəştli pensiya hüququna malikdir. Əfsuslar olsun ki, onun əmək fəaliyyətinin 32 il 4 ay olmasına baxmayaraq, ƏSMN-nin DSMF-nın Lənkəran şəhər şöbəsi onun əmək stajının 14 ilini sayır, ona 180 manat sosial pensiya təyin edirlər. Daha sonra Ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək, onun xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü ilədək Lənkəran RSU-6-da, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Lənkəran XRSU 12 nömrəli Təmir Tikinti İdarəsində və xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək MTİİTS-də (xx.xx.1993-cü ildən idarənin adı dəyişdirilərək X2 Müəssisə adlandırılmışdır) işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi xüsusi icraat qaydasında verdiyi ərizəsini müdafiə edib, ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizədə qeyd olunanlarla əlaqədar aşağıdakı qeyd edir: Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Ərizəçi ərizəyə əlavə etdiyi əmək kitabçasından, X1 Müəssisə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 05 №-li Arayışdan(ona əlavə edilmiş əmək haqqı cədvəlidən), Lənkəran rayon 6 №-li təmir-tkinti sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 02 №-li Arayışdan müəyyən olunur ki, Ərizəçi xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü ilədək Lənkəran RSU-6-da, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Lənkəran XRSU 12 nömrəli Təmir Tikinti İdarəsində və xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək MTİİTS-də işləmişdir. Belə olan halda da şəxsin qeyd olunan tarixlərdə qeyd olunan müəssisələrdə işləməsi faktının məhkəmə qaydasında təsdiq edilməsinə hər hansı zərurət yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 308-ci maddəsinin, həmçinin «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.2-ci bəndinin tələbindən də müəyyən olunur ki, hüquqi fakt o zaman məhkəmə tərəfindən müəyyən olunur ki, həmin faktın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Hazırki işin hallarından isə müəyyən olunur ki, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməli olması tələb edilən hal artıq onun tərəfindən təqdim edilmiş sənədlərlə müəyyən olunur. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddəsinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizədə göstərlən hallara xüsusi icraat qaydasında baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 52, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «onun xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü ilədək Lənkəran RSU-6-da, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Lənkəran XRSU 12 nömrəli Təmir Tikinti İdarəsində və xx.xx.1991-ci il tarixdən xx.xx.2005-ci il tarixədək MTİİTS-də işləməyi faktının müəyyən edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan, onun tərəfə rəsmi qaydada verildiyindən sonra 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov
Məhkəmə qərarları › İş №2(049)-303/2023
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-303/2023
08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver