Məhkəmə qərarları › İş №2(049)-3069/2022

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3069/2022

31.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3069/2022 31.10.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov Elvin oğlu, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 xx.xx.2021-ci il tarixdə Lənkəran rayonunda doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi X4 ilə xx.xx.2016-cı il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan 4 övladları-xx.xx.2017-ci il tarixdə Ülkər, xx.xx.2015-ci il tarixdə Gülay, xx.xx.2019-cu il tarixdə Ayan və xx.xx.2021-ci il tarixdə Dəniz adlı uşaqları anadan olmuşdur. O, xx.xx.2021-ci il tarixdə Dənizi dünyaya gətirərkən onun xəstəxanaya çatdırılması gec olduğundan uşağı ev şəraitində doğmuş və uşağa tibbi arayı verilməmişdir. Bu səbəbdən o, Dəniz üçün doğum haqqında şəhadətnamə ala bilməmişdir. Dəniz sağ-salamat doğulmuş və hazırda onunla və ailəsi ilə bərabər yaşayır. O, doğum şəhadətnaməsi üçün Maraqlı şəxsnə müraciət etsədə, uşağın tibbi arayışının olmadığı üçün Maraqlı şəxs doğum şəhadətnaməsi verməkdən imtina etmişdir. Buna görə də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun izahat verərərək X2 xx.xx.2021-ci il tarixdə Lənkəran rayonunda doğulması faktının müəyyən edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində ifadə verən Şahid1 göstərdi ki, ərizçinin baldızıdır, eyni kəndə olmalqa yaxınlıqda yaşayır. Ərizəçinin hamilə olduğunu görmüş və ev şəraitində doğum baş tutmuşdur. xx.xx.2021-ci il tarixdə uşaq doğulmuş və adını Dəniz qoymuşlar. Məhkəmə baxışında şahid qismində ifadə verən X3 göstərdi ki, ərizçinin qaynı arvadıdır, eyni kəndə olmalqa yaxınlıqda yaşayır. Ərizəçinin hamilə olduğunu görmüş və ev şəraitində doğum baş tutmuşdur. xx.xx.2021-ci il tarixdə uşaq doğulmuş və adını Dəniz qoymuşlar. Məhkəmə baxışında şahid qismində ifadə verən Şahid3 ərizçinin qaynanasıdır, doğum vaxtı bir evdə yaşamış, hazırda isə eyni kəndə olmalqa yaxınlıqda yaşayır. Ərizəçinin ev şəraitində doğuş etməsində iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə uşaq doğulmuş və adını Dəniz qoymuşlar. Uşaq hal hazırda sağıamdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş AZ –İİ 097035 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X1 nikahı xx.xx.2016-cı il tarixdə 87 sayı akt ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmədə elan edilmiş Lənkəran Rayon Gəgiran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 avqust 2022-ci il tarixli, 373 nömrəli arayışından görünür ki, X4 arvadı Ərizəçi, xx.xx.2015, xx.xx.2017 və xx.xx.2019-cu il təvəllüdlü qızları ilə birlikdə Lənkəran rayonu, Gəgiran kəndində yaşayır. İş materiallarında olan və məhkəmədə elan edilmiş Maraqlı şəxs xx.xx.2022-ci il tarixli/, 1117 nömrəli məktubundan görünür ki, ərizəçiyə doğum faktının qeydə alınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçini izahatını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən X5 xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu, Gəgiran kəndində doğulmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Hazırda anası və atası ilə bərabər ailəsinin himayəsində yaşayırlar. Övladı Dənizin doğum faktının müəyyən edilməsi ərizəçiyə onun doğumunun qeydiyyata alınması üçün lazımdır. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 3 №-li Qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X2 xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu, Gəgiran kəndində doğulması faktı müəyyən edilməli və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan digər məlumatlar göstərilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 xx.xx.2021-ci il tarixdə Lənkəran rayonu, Gəgiran kəndində doğulması faktı müəyyən edilsin. Akt qeydləri kitabının ata adı qrafasında X4, ana adı qrafasında Ərizəçi göstərilsin. Göstərilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq X2 adına doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar