Məhkəmə qərarları › İş №2(049)-3076/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3076/2024

23.08.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3076/2024 23.08.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu, İddiaçı cavabdehlər Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidmətinin Lənkəran- X1 üçün şəxs qimsində cəlb etdiyi “əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatların sistemə daxil edilməsinin X2 Xidmətinə həvalə edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidmətini üçün şəxs qimsində cəlb etdiyi “əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatların sistemə daxil edilməsinin X2 Xidmətinə həvalə edilməsi” tələbinə dair ərizə ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı idddia ərizəsində, Cavabdeh ilə iddiaçı, yəni İddiaçı arasında bağlanmış əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatların «Əmək və məşğulluq» altsisteminə daxil edilməsi hüququnun X2 Xidmətinə həvalə edilməsini barədə qətanmə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən müyyən olunduğu kimi şəxsin tələbi əmək müqaviləsinin qüvvədən düşməklə bu barədə məlumatların X2 Xidmətinə həvalə edilməsidir. Göründüyü kimi tələb birbaşa Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidmətinə yönəldilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidmətinin ünvanı isə ünvan 1h qismində göstərilmiş Cavabdeh ünvanı barəsində isə Elektron Məhkəmə Sistemində hər hansı məlumat aşkar edilməmişdir. Belə ki, Elektron Məhkəmə Sistemində Cavabdeh VÖEN-i göstərilsə də, hüquqi ünvanı haqqında məlumat yoxdur. Məhkəmə, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidmətinin Lənkəran- X1 hazırkı iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 fevral 2024-cü il tarixli qərarına əsasən müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir. MPM-nin 35.1-ci maddəsinin tələbinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-nin 36.3-cü maddəsinə əsasən alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. MPM-nin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı məhkəməyə maraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, iddia ərizəsi geri qaytarıldığına görə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu da ona geri qaytarılmalıdır. MPM-nin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.3-cü maddəsinin tələblərinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və MPM-nin 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdehnə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X2 Xidmətinin Lənkəran- X1 üçün şəxs qimsində cəlb etdiyi “əmək müqaviləsinin qüvvədən salınmış hesab edilməsi və bununla bağlı məlumatların sistemə daxil edilməsinin X2 Xidmətinə həvalə edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İddiaçıya izah edilsin ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lənkəran Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar