Məhkəmə qərarları › İş №2(049)-31/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-31/2023

11.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-31/2023 11.01.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi ilə, iddiaçılar İddiaçı1 Səli oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X1 və X2 cavabdeh Gilan Holdinq MMC-yə qarşı «mülkiyyətlərində olan torpaq sahəsinin zəbtdən azad edilməsi və sahibliyə qaytarılması və həmin torpaq sahəsinin üzərində yerləşən qanunsuz inşa edilmiş tikililərin və qurğunun sökülməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında hazırlıq iclasını keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Səli oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X1 və X2 cavabdeh Gilan Holdinq MMC-yə qarşı «mülkiyyətlərində olan torpaq sahəsinin zəbtdən azad edilməsi və sahibliyə qaytarılması və həmin torpaq sahəsinin üzərində yerləşən qanunsuz inşa edilmiş tikililərin və qurğunun sökülməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin baxış iclası 11 yanvar 2023-cü il tarixə təyin edilmiş, lakin nə iddiaçılar, nə də ki, cavabdehin nümayəndəsi məhkəməyə gəlməmişlər. Qeyd olunan Məcəllənin 259.0.6-cı maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4.-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Göstərilənlərə və MPM-nin 263, 264 və 268-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 Səli oğlu, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X1 və X2 cavabdeh Gilan Holdinq MMC-yə qarşı «mülkiyyətlərində olan torpaq sahəsinin zəbtdən azad edilməsi və sahibliyə qaytarılması və həmin torpaq sahəsinin üzərində yerləşən qanunsuz inşa edilmiş tikililərin və qurğunun sökülməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra iddiaçı ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar