Məhkəmə qərarları › İş №2(049)-3100/2022

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3100/2022

02.09.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3100/2022 02.09.2022 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu iddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızının Cavabdeh1 və Mı̇ rzəyeva Arzu Qubad qızına qarşı əmək mübahisələri üzrə işə bərpa, əmrin ləğvi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsinə baxaraq müəyyən etdi: İddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızı Cavabdeh1 və Mı̇ rzəyeva Arzu Qubad qızına qarşı əmək mübahisələri üzrə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, barəsində olan Şirvan Apellyasiya Məhkəməsi tam icra edilməsi üçün Lənkəran rayonu, İ.Hüseynov adına Osaküçə tam orta məktəbi üzrə verilmiş 11 iyun 2021-ci il tarixli, 32 saylı əmr ləğv edilməsi, Lənkəran rayonu, İ.Hüseynov adına Osaküçə tam orta məktəbinə texnologiya müəllimi vəzifəsinə işə bərpa edilməsi və ona 11 iyun 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanması barəsində öhdəlik qoyulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iddia ərizəsinə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddiaçının iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İddiaçının ərizəyə əlavə etdiyi, habelə elektron məhkəmə sistemi vasitəsi ilə göndəriyi sənədlərdən müəyyən olunur ki, o, əvvəllər eyni cavabdehə qarşı eyni tələb ilə müraciət etmiş və birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi rədd olunsa da, apellyasiya məhkəməsi tərəfindən iddiası təmin olunmuş, həmin qətnamə kassasiya instasniyası tərəfindən də qüvvədə saxlanılmışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Lənkəran Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(049)-2249/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızı iddia ərizəsi ilə müraciət edərək cavabdeh İ.Hüseynov adına Osaküçə tam orta məktəbə qarşı işə bərpa edilməsinə dair ərizə ilə müraciət edərək İ.Hüseynov adına Osaküçə tam orta məktəbi tərəfindən verilmiş 11 iyun 2021-ci il tarixli, 32 saylı əmrin ləğv edilməsi və İ.Hüseynov adına Osaküçə tam orta məktəbinə işə bərpa edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddiaçının tələbi rədd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(016)-281/2022 nömrəli qətnaməsi ilə iddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızının apellyasiya şikayəti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(049)-2249/2021 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq Lənkəran rayonu, İ.Hüseynov adına Osaküçə tam orta məktəbi üzrə verilmiş 11 iyun 2021-ci il tarixli, 32 saylı əmr ləğv edilmiş, Nurı̇ yeva Röya Əlı̇ paşa qızı Lənkəran rayonu, İ.Hüseynov adına Osaküçə tam orta məktəbinə texnologiya müəllimi vəzifəsinə işə bərpa edilmiş və ona 11 iyun 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2022-ci il tarixli, 2(102)-3052/2022 nömrəli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 08 fevral 2022-ci il tarixli, 2(016)-281/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsinə əlavə edilmiş, habelə iddiaçı tərəfindən elektron məhkəmə sistemi vasitəsi ilə göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Lənkəran Rayon İcra və Probasiya Şöbəsinin 17 avqust 2022-ci il tarixli İcraata başlamaq haqqında qərarından görünür ki, Lənkəran rayonu, İ.Hüseynov adına Osaküçə tam orta məktəbi üzrə verilmiş 11 iyun 2021-ci il tarixli, 32 saylı əmr ləğv edilməsi, Nurı̇ yeva Röya Əlı̇ paşa qızı Lənkəran rayonu, İ.Hüseynov adına Osaküçə tam orta məktəbinə texnologiya müəllimi vəzifəsinə işə bərpa edilməsi və ona 11 iyun 2021-ci il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanması barədə icraata başlanılmış və Lənkəran rayonu, İ.Hüseynov adına Osaküçə tam orta məktəbinə icranı təmin etməsi, əks halda məcburi icra ediləcəyi barədə tələb bildirilmişdir. Göründüyü kimi, iddiaçının tələbi, yəni barəsində olan əmrin ləğvi və işə bərpa olunması, iş buraxmaya görə əmək haqqı hesablanması haqqında tələblər barəsində qanuni qüvvəyə minmiş qətnamə var və həmin tələblər üzrə icra icraatına da başlanılmışdır. Məhkəmə hesab edir ki, belə olduğu təqdirdə, iddiaçının ərizəsi qəbul edilə bilməz, çünki artıq həmin tələb təmin edilməklə icraya yönəldilmişdir. MPM-nin 153.4-cü maddəsinin tələbinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. MPM-nin 153.5-ci maddəsinin tələbinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsaslanaraq və MPM-nin 153, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızının Cavabdeh1 və Mı̇ rzəyeva Arzu Qubad qızına qarşı əmək mübahisələri üzrə işə bərpa tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizəçiyə rəsmi qaydada iddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızına verilsin. İddiaçı Nurı̇ yeva Röya Əlı̇ paşa qızına izah edilsin ki, qərardad hazırkı cavabdehə qarşı, hazırkı predmet barəsində və hazırkı əsaslarla yenidən iddia qaldırması mane olur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar