Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3109/2023 19.09.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi: X1, ərizəçi X5 iştirakı ilə, Ərizəçi X5 maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etdiyi iş üzrə “doğum faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Lənkəran Rayon məhəkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi X12 ərizə ilə məhkəməyə müraciət edərək onunla X2 birgə nikahından doğulmuş Nurbanu adlı uşağın xx.xx.2023-cü il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1998-ci il tarixdə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. 28 iyul 2017-ci ildə həmkəndlisi X6 ilə nikahlarını Lənkəran rayon Girdəni kənd inzibati ərazi dairəsində 08 sayla rəsmiləşdirməklə ailə qurmuşdur. Ailə qurduqdan sonra o, yoldaşı Tariyel Kərimlinin yaşadığı evinə gəlin köçmüşdür. Ailə qurduqdan sonra yoladşının işi ilə əlaqədar olaraq Füzuli rayonunda yaşamışdır. Daha sonra yoladşının iş yerini dəyişməsi ilə bağlı olaraq Gəncə şəhərində yaşamışdırlar. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Səlahəddin adlı oğlan uşağı, xx.xx.2023-cü il tarixdə isə Nurbanu adlı qız uşağı doğulmuşdur. Belə ki, Səlahəddin xəstəxana şəraitində doğulduğundan onun üçün doğum şəhadətnaməsi alınmışdır. Lakin, ikinci uşağı Nurbanu 2023-cü ilin iyun ayında gecə saat 23 radələrində ev şəraitində doğulduğundan və doğumu haqqında tibbi arayış olmadığından doğum haqqında şəhadətnamə ala bilməmişlər. Belə ki, o, hamiləlik müddətində yoladşının yanında, yəni Gəncə şəhərində yaşayıb və orada mütəmadi olaraq həkim müayinələrindən keçmişdir. Həkim müayinələrindən keçməsini iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də aydın görünür. Lakin, yoldaşının iş rejimi ilə bağlı o, Gəncə şəhərində evdə tək olduğundan doğuş müddətinə az qalmış Lənkəran rayonuna gəlib ki, valideynləri və qoumları ona kömək olsunlar. xx.xx.2023-cü il tarixdə gecə saat 23 radələrində ağrıları olduğundan xəstəxanaya getmək üçün təcili tibbi yardıma zəng vurmuşlar. Lakin, təcili tibbi yardım maşını gələnə kimi doğuş baş vermiş və hazırda doğulması faktının müəyyən edilməsini istədiyi qız uşağı Nurbanu doğulmuşdur. Doğuş baş verdikdən sonra onu təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparmıçlar və o xəstəxanada 4 gün qalmışdır. xx.xx.2023-cü il tarixdə xəsatəxanadan onu evə buraxıblar. Lakin qeyd etdiyi kimi, uşaq ev şəraitində doğulduğundan Maraqlı şəxs tərəfindən doğum şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Övladı böyüdükcə doğum şəhadətnaməsinin olmaması müəyyən çətinliklər yaradır. Doğum haqqında şəhadətnamə almaq üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına və Maraqlı şəxsnə müraciət etsələr də, bu barədə həkim arayışı olmadığına görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. Nurbanu adlı uşağın xx.xx.2023-cü il tarixdə ev şəraitində doğulması faktını məhkəməyə təqdim edəcəyi şahidlər təsdiq edirlər. Uşaq doğulan vaxt adlarını qeyd etdiyi şahidlər orda olmuşlar. Bundan başqa Nurbanu adlı uşağın xx.xx.2023-cü il tarixdə ev şəraitində doğulması faktı ərizəsinə əlavə etdiyi Lənkəran rayon Girdəni kənd icra nümayədəliyinin arayışları, Girdəni kənd həkim məntəqəsinin arayışı, X4 Mərkəzinin çıxarışı, Maraqlı şəxs məktubu və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının məktubu ilə də sübuta yetirilir. O, faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi X12 ərizəsində göstərdiklərini təsdiq edib ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X7 bildirdi ki, ərizəçinin qaynanasıdır. Ərizəçi hamiləliyinin son günlərində onun evində, Lənkəran rayonu, Girdəni kəndində olmuşdur. xx.xx.2023-cü il tarixdə gəlinin doğuşu baş tutmuş və təcili yardım gələnə kimi doğuş baş vermişdir. Doğuş zamanı o, ərizəçinin bibisi, ögey nənəsi orada olmuş və uşağı o, tutmuşdur. Uşaq hazırda sağlamdır və uşağa Nurbanu adını qoymuşlar. Məhkəmədə şahid qismində dindirilmiş X8 bildirdi ki, ərizəçinin ögey nənəsidir. Ərizəçi hamiləliyinin son günlərində qaynanasının evində, Lənkəran rayonu, Girdəni kəndində olmuşdur. xx.xx.2023-cü il tarixdə kimi doğuş ev şəraitində baş vermişdir. Doğuş zamanı o, ərizəçinin qaynanası, bibisi orada olmuş və uşağı ərizəçinin qaynanası tutmuşdur. Uşaq hazırda sağlamdır və uşağa Nurbanu adını qoymuşlar. Məhkəmədə şahid qismində dindirilmiş X3 bildirdi ki, ərizəçinin bibisidir. Ərizəçi hamiləliyinin son günlərində qaynanasının evində, Lənkəran rayonu, Girdəni kəndində olmuşdur. xx.xx.2023-cü il tarixdə kimi doğuş ev şəraitində baş vermişdir. Doğuş zamanı o, ərizəçinin qaynanası, ögey nənəsi orada olmuş və uşağı ərizəçinin qaynanası tutmuşdur. Uşaq hazırda sağlamdır və uşağa Nurbanu adını qoymuşlar. İş materiallarında olan və məhkəmədə elan edilmiş Lənkəran Rayon Girdəni kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 12 iyul 2023-cü il tarixli, 12/30/598 nömrəli arayışından görünür ki, Ərizəçi Lənkəran rayonu Girdəni kəndində pasport qeydiyyatında olmaqla hal-hazırda Girdəni kəndində yaşayır. Ərizəçi deməsinə görə 25 iyun 2023-cü il tarixində saat 23 radələrində Nurbanu adında qız övladı doğulmuşdur. İş materiallarında olan və məhkəmədə elan edilmiş “Lənkəran rayon mərkəzi xəstəxanası”nın Bağırzadə (Kərimli) Nübar Namiq qızını sorğusuna cavab məktubundan görünür ki, X4 Mərkəzdə Ərizəçi uşaq dünyaya gətirməsi ilə bağlı heç bir qeydiyyat olmamasına görə doğum haqqında şəhadətnaməin verilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə elan edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 1188 nömrəli məktubundan görünür ki, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə ərizəçini izahatını və şahidlərin ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahidlərin ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında 12 aprel 2019-cu il tarixli, 3 №-li Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, X5 X6 ilə birgə nikahından olan Nurbanu adlı qadın cinsindən olan uşağın 25 iyun 2023-cü il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X5 X6 ilə birgə nikahından olan Nurbanu adlı qadın cinsindən olan uşağın 25 iyun 2023-cü il tarixdə Lənkəran rayonu, Girdəni kəndində doğulması faktı müəyyən edilsin. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3109/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3109/2023
19.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver