Məhkəmə qərarları › İş №2(049)-3135/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-3135/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-3135/2024 23.09.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib Rüstəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı reqres tələbinə dair 2(049)-2770/2024 saylı və İddiaçı Cavabdeh qarşı reqres tələbinə dair 2(049)-3135/2024 saylı mülki işlərə acıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı reqres tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xeyrinə 2520.45 manat pulun və 45.20 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi 27 avqust 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-3135/2024 nömrə verilmişdir. Bundan əvvəl o, eyni əsas üzrə Cavabdeh qarşı reqres tələbinə dair məhkəməyə müraciət edərək cavabdehdən xeyrinə 1201,90 manat pulun və 33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsi 29 iyul 2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-2770/2024 nömrə verilmişdir. Məhkəmə hər iki mülki işi nəzərdən kecirib, iddiaçının fikrini dinləyib hesab edir ki, bir iddiacının bir cavabdehə qarşı eyni əsaslı tələblə müraciət etdiyindən mülki işlər bir icraatda birləşdirilməlidir. Belə ki, İddiaçı məhkəmə iclasında bildirmişdir ki, o, ümumilikdə zamin olaraq əsas borclu olan cavabdehin əvəzinə banka, eləcə də, icraçıların hesabına 7% olmaqla 2520 manat pul ödəmişdir. Birinci dəfə o, cavabdehin əvəzinə 1201.90 manat ödədiyindən, o həmin məbləğin tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Sonrada isə cavabdehin əvəzinə bir daha ödənişlər etdiyindən iddia tələbinin həcmini artıqmaq əvəzinə, yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumilikdə cavabehin əvəzinə ödədiyi 2520 manat pul tələbini etmişdir. Hazırda mülki işlərin birləşdirlməsinə etiraz etmir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı eyni əsas üzrə ayrı-ayrılıqda iki iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ikinci iddia ərizəsindəki tələb birinci iddia ərizəsindəki tələbi əhatə edir. Buna görə də məhkəmə sonuncu tələbi əsas götürərək hesab edir ki, 2(049)-2770/2024 saylı mülki işə 2(049)-3135/2024 nömrəli mülki iş birləşdirlməlidir. Azərbayçan Respublikasının MPM-nin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, hər iki işin tərəfləri və əsası eyni olduğundan bu işlər bir icraatda birləşdirilməsi məqsədəuyğundur. Qeyd olunanlara əsasən və Azərbayçan Respublikasının MPM-nin 169.3. və 263-264-cü maddələri rəhbər tutaraq ,məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı reqres tələbinə dair 2(049)-2770/2024 saylı mülki işə İddiaçı Cavabdeh qarşı reqres tələbinə dair 2(049)-3135/2024 saylı mülki iş bir icraatda birləşdirilsin və həmin işlərə bir icraatda baxılsın. Birləşdirilmiş mülki işdə 2(049)-2770/2024 saylı nömrəsi saxlanılsın. Sədrlik edən Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar