Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-315/2023 06.02.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X8 ilə birgə nikahından olmuş Banu adlı uşağın 04 avqust 2020-ci il tarixdə Lənkəran şəhərində doğulması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki o, xx.xx.1990-cı il tarixdə Hacıqabul rayonunda anadan olmuşdur. 12 sentyabr 2017-ci ildə Lənkəran şəhər sakini X8 ilə rəsmi nikaha daxil olmuş və nikahlarını 1 saylı Bakı Asan xidmət mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. 30 iyun 2018-ci il tarixdə isə el adəti ilə toyları olmuş və o, hazırda yoldaşı olan X3 yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. Birgə nikahılarından xx.xx.2019-cu il tarixdə Zümrüd və xx.xx.2020-ci il tarixdə isə Banu adlı iki uşağıqları doğulmuşdur. Belə ki, Zümrüd xəstəxana şəraitində doğulduğundan onun üçün doğum şəhadətnaməsi ala bilmişlər. Lakin, ikinci uşağıqları Banu 2020-ci ilin avqust ayında gecə saat 04 radələrində Covid-19 pandemiyası dövründə ev şəraitində doğulduğundan və doğumu haqqında tibbi arayış olmadığından doğum haqqında şəhadətnamə ala bilməmişlər. Övladının böyüdükcə doğum şəhadətnaməsinin olmaması müəyyən çətinliklər yaradır. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsəklərdə də, bu barədə həkim arayışı olmadığına görə şəhadətnamənin verilməsindən imtina edilmişdir. O, faktı təsdiq edən sənədi başqa qaydada əldə edə bilmədiyindən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Odur ki, göstərilənləri nəzərə alıb ərizənin təmin olunması barədə qətnamə çıxarılmasım məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərinə uyğun məzmunlu çıxış edərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına öz nümayəndəsinin gəlməsini təmin etməmişdir. Maraqlı şəxs məhkəməyə məktub ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də, məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə verən X9 bildirmişdir ki, Ərizəçi ərinin əmisi yoldaşıdır. Banu gecə saatlarında doğuldu. Həmin vaxt Covid-19 pandemiyası dövrü olduğundan onlar xəstəxanaya müraciət edə bilməmişdirlər. Banu ev şəraitində doğulmuşdur. Banunun 04 avqust 2020-ci il tarixdə Lənkəran şəhərində doğulması faktını təsdiq edir. Uşağın doğulması zamanı onların yanında olmuş, doğuş prosesinə o da köməklik göstərmişdir. Məhkəmə baxışında şahid qismində ifadə verən X5 bildirmişdir ki, Ərizəçi ərinin xalasıdır. Banu gecə saatlarında doğuldu. Həmin vaxt Covid-19 pandemiyası dövrü olduğundan onlar xəstəxanaya müraciət edə bilməmişdirlər. Banu ev şəraitində doğulmuşdur. Banunun 04 avqust 2020-ci il tarixdə Lənkəran şəhərində doğulması faktını təsdiq edir. Uşağın doğulması zamanı onların yanında olmuş, doğuş prosesinə o da köməklik göstərmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Lənkəran Rayon Qeydiyyat X1 ünvanlanmış 04 noyabr 2022-ci il tarixli, 1475 saylı məktubdan görünür ki, ona uşağın üçün doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş AZ–İİ № 228543 saylı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 və X10 nikahları 12 sentyabr 2017-ci il tarixdə 2650 sayı ilə 1 saylı Asan xidmətinin qeydiyyat şöbəsində qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1990-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 02 yanvar 1991-ci il tarixdə doğulmuşdur İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 fevral 2023-cü il tarixli, 12-16/553 saylı arayışından görünür ki, X2 şəhəri, Şeyx Zahid küçəsi, 1 saylı ünvanda qeydiyyatda olmaqla yaşayır. Aşağıdakı tərkibdə ailə üzvləri vardır: arvadı Ərizəçi-1990, qızı X6-2019, qızı X11. İş materiallarında olan və məhkəmə iclasında elan edilmiş qəbzdən görünür ki, Ərizəçi Lənkəran Rayon Məhkəməsində iddia qaldırmaqdan ötrü 100 manat dövlət rüsümu ödəmişdir. Məhkəmə ərizəçini izahatını və şahid ifadələrini dinləyib, işin faktiki hallarını araşdıraraq və məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, həqiqətən də doğum faktı müəyyən olunması tələb edilən Banu adlı uşaq 04 avqust 2020-cı il tarixdə Lənkəran şəhərində doğulmuşdur. Uşaq ev şəraitində doğulmuşdur. Övladı Banunun doğum faktının müəyyən edilməsi ərizəçiyə onların doğumunun qeydiyyata alınması üçün lazımdır. Övladının doğumu barədə qeydi başqa qaydada əldə edə bilmədiyindən ərizəçi göstərilən faktın müəyyən olunmasından ötrü məhkəməyə müraciət etmişdir. İşin göstərilən halları ərizəçinin izahatı, bunu tamamlayan şahid ifadələri və iş materiallarında olan məhkəmə tərəfindən sübut kimi qəbul edilmiş digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 159.1 və 159.2-ci maddələrinə qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq Qeydiyyat şöbələri) tərəfindən aparılır. Həmin orqanlar öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadın dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Banu adlı uşağın 04 avqust 2020-ci il tarixdə Lənkəran şəhərində doğulması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Ərizəçi X8 ilə birgə nikahından olmuş Banu adlı uşağın 04 avqust 2020-ci il tarixdə Lənkəran şəhərində doğulması faktı müəyyən edilsin. Qətnamədən, onun tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkaran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-315/2023
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-315/2023
06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver