Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3152/2025 26.11.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: X13, İddiaçı: X8, Cavabdeh: Cavabdeh1 iştirakı ilə, İddiaçı X4, cavabdehlər Cavabdeh1 və X2 qarşı «paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi bölgü mümkün olmadıqda payın dəyərinin, digər mülkiyyətçilərə ödəməklə onların ümumi mülkiyyətdə olan payının, mülkiyyət hüquqlarına xitam verilməsi » tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək DƏDKR X19 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il olan, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********08-05101-093045 olan, Çıxarış və Texniki Pasport əsasında, mən iddiaçı- İddiaçı qızma məxsus, ünvan 1 ünvan: AZ-4204, ünvan 2a yaşadığım ümumi sahəsi 51,60 kv.m. olan mənzilin mənə aid olan 1/6 - hissədə payın naturada bölünməsi mümkün olmadığından cavabdehlər 1/6 - hissədə paylı mülkiyyətin mülkiyyətçi Cavabdeh1 qızma payın dəyəri olaraq 5000 (beş min) manat,1/6 - hissədə paylı mülkiyyətin mülkiyyətçi X3 payın dəyəri olaraq 5000 (beş min) manat,olmaqla cəmi 5000 + 5000 = 10000 (on min) manat pulu ödənilməklə, cavabdehlər Cavabdeh1 və X1, ümumi mülkiyyətdə olan payındakı mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı-İddiaçı, ünvan 1 ünvan: AZ-4204, ünvan 3si 51,60 kv.m. olan mənzil mən, bibim-X9 və cavabdehlərin mülkiyyətindədir.Beləki, sözügedən mənzilin mən, bibim və cavabdehlərin paylı mülkiyyətində olması barədə-xx.xx.2021-ci il tarixdə vəfat etmiş atam X5 miras qalmış daşınmaz əmlak, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi (Bundan sonra DƏDKR publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsi adlanacaq.) tərəfindən mülkiyyət hüquqlarımız daşınmaz əmlakın reyestr nömrəsi **********08-05101-093045 olan, qeydiyyat nömrəsi ********** saylı, xx.xx.2024-cü il tarixli Çıxarış və xx.xx.2024-cü il tarixli Texniki Pasport da, verilmişdir. İddiaçı-1/6 hissə pay.X9-1/2 hissə pay (bibim).Cavabdeh1- 1/6 hissə pay (rəhmətlik atamın birinci arvadı).X6-1/6 hissə pay (rəhmətlik atamın birinci arvadından olan ögəy qardaşım).Mübahisəli mənzildə mən və bibim- İbrahimova Şəhla bir təsərrüfatda yaşayırıq. Rəhmətlik atamın birinci arvadı-Cavabdeh1 və ögəy qardaşım Əbülfətli Mirrafıq həmin mübahisələndirilən mənzildə yaşamırlar.Mənə çatan payın “əmlakın naturada bölünməsi” tələbinə dair məhkəmədə iddia qaldırsam da, Lənkəran rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-468/2025 saylı, qətnaməsi ilə iddia rədd edilmişdir. Qanunvericiliyin tələbinə əsasən payın naturada bölünməsinə yol verilmədiyinə və bunun ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün olmadığına görə, paylı mülkiyyətçilərə düşən payın dəyərinin onlara ödənilməsi ilə bağlı məhkəməyə müraciət edirəm. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin mahiyyətinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş gəlməməsi barədə məhkəmə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın çıxarışından görünür ki, İddiaçı adına olan ünvan 1 ünvan: AZ-4204, Lənkəran şəhəri, Əli Məmmədov küçəsi, giriş 118, М2, m2 ) 1/6 hissədə, Cavabdeh1 1/2 hissədə X10, 1/6 hissədə X7, İddiaçı mülkiyyətindədir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-468/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər X9, Cavabdeh1 və X2 qarşı “əmlakın naturada bölünməsi” tələbi barədə iddia təmin edilməməsi barədə qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(102)-2485/2025 saylı qətnaməsindən görünür ki,maraqlarına toxunan şəxs İddiaçı kassasiya şikayəti təmin edilməyərək Şiran Apellyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(106)-741/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş xx.xx.2025-ci il tarixli xx-xx/1219 nömrəli Lənkəran Şəhər İHB-nın Lənkəran şəhər 1 saylı inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışdan görünür ki, İddiaçı həqiqətən Lənkəran rayonun şəhəri ,Z.Əliyeva küçəsi,ev 78/19,m 69 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmədə elan edillməklə araşdırılmış xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət etmək üçün 100.40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; MM-nin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; MM-nin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; MM-nin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir; MM-nin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli qərarında göstərilir ki, ...əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Həmin qərarda göstərilir ki, ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda. Bununla, Mülki Məcəllənin 220.4-cü maddəsində öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsi nəzərdə tutulmamışdır, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə zidd olardı. Məhkəmə, eyni zamanda, hazırkı iddianı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 02/2024 nömrəli qərardadında göstərilən mövqeyə uyğun həll edilməsini əsaslı hesab edir. Belə ki, həmin qərardadın 20-ci bəndində əsasən, əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmüllkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Həmin qərardadın 37-ci bəndində göstərilmişdir ki, ilk növbədə qeyd olunmalıdır ki, hər bir mülkiyyətçi yalnız özünə məxsus payın ayrılmasını tələb etmək hüququna malikdir. Digər mülkiyyətçinin payının naturada ayrılması və ya kompensasiya ödənilməklə ümumi mülkiyyətdəki payına xitam verilməsi barədə iddia qaldırıla bilməz. Bu qaydanın yeganə istisnası Mülki Məcəllənin 220.4-cü maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin qərardadın 45-ci bəndində göstərilmişdir ki, bununla yanaşı, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 220.4-cü maddəsinin ikinci cümləsində payın naturada ayrılmasının mümkünlüyü halında ayrılmanı tələb edən mülkiyyətçinin razılığı ilə naturada bölgünün əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi imkanı da nəzərdə tutulmuşdur. Bu zaman məhkəmə yalnız kompensasiyanın məbləği ilə bağlı tərəflər arasında qarşılıqlı razılığın olduğu halda həmin məbləğin ödənilməsini qət edə bilər, əks halda isə müəyyən etdiyi qaydada naturada bölgü barədə qətnamə çıxarmalıdır. Göründüyü kimi iddianın təmin edilməsi qanunvericilik baxımından yolverilməzdir. Odur ki, məhkəmə, Konstitusiya Məhkəməsinin Plenum qərarlarında göstərilən və Ali Məhkəmənin qeyd olunan qərardadında müəyyən edilmiş hüquqi mövqeyə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. MPM-nin 119.1-ci maddəsinə əsasən İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumü iddiaçının özünüə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddiaçı qıznın torpaq sahəsinin naturada bölunməsinə dair iddiası rədd edilsin. İş üzrə İddiaçı tərəfindən ödənilmiş 100.40 manat dövlət rüsumü iddiaçının özünə aid edilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov
Məhkəmə qərarları › İş №2(049)-3152/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3152/2025
26.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver