Məhkəmə qərarları › İş №2(049)-3154/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3154/2024

19.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3154/2024 19.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclas katibi: X6, ərizəçi: Ərizəçi, ərizəçinin vəkili və nümayəndəsi: Lənkəran Rayon Vəkil Bürosunda fəaliyyət göstərən Vəkil, maraqlı şəxsin nümayəndəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin Məhkəmə mübahisələri iş üzrə mərkəzi filialının aparıcı mütəxəssisi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsini cəlb etdiyi "faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ilə məhkəməyə ərizə ilə müraciət edərək 1977-ci ilin iyul ayından 1980-cı ilin dekabr ayına kimi X4 fəhlə işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1955-ci il tarixdə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. Hazırda həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. Orta məktəbi bitirdikdən sonra 1972-ci ildə Bakı Texniki peşə məktəbinə qəbul olunmuş və 04 iyul 1974-cü ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra həmin ilin dekabr ayında hərbi xidmətə getmişdir. 18 dekabr 1976-cı il tarixdə hərbi xidmətdən qayıtdıqdan sonra ilk əmək fəaliyyətinə başlayaraq 1977-ci ilin iyul ayından 1980-cı ilin dekabr ayına kimi Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən Daş Karxanasında fəhlə işləmişdir. Sonradan, yəni xx.xx.1981-ci ildə X12 İdarəsinin Lənkəran rayonu Gərmətük qəsəbə çayxanasında çayçı kimi başlamış və xx.xx.1988-ci ilə kimi həmin çayxanada işləmişdir. xx.xx.1989-xx.xx.1994-cü il tarixlərdə isə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Bakı şəhəri, X13 İdarəsində işləmiş və xx.xx.1994-cü il tarixdə isə köçürmə yolu ilə Lənkəran X13 İdarəsinə İİİ dərəcəli suvaqçı vəzifəsinə keçirilməklə 24 fevral 2000-ci il tarixədək orada işləmişdir. xx.xx.2000-ci il tarixdə həmin müəssisə fəaliyyətini dayandırdığından bütün qulluqçularla birlikdə işdən azad olunmuşdur. xx.xx.2000-ci ildə isə Lənkəran rayon kənd mənzil kommunal təsərrüfatına fəhlə işinə qəbul olunmuş və 12 dekabr 2004-cü il tarixədək həmin təsərrüfatda işləmişdir. Bütün bu sadaladığı əmək fəaliyyəti işə girmə və işdən azad olma əmrləri ona məxsus olan İT № 18222449 nömrəli əmək kitabçasında qeyd olunmuşdur. Təhsili və hərbi xidmətdə olmağı ilə bağlı sənədləri də vardır.Yaşa görə ona pensiya təyin edilməsindən ötrü müvafiq sənədləri topayıb Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının 25 yanvar 2024-cü il tarixli 3-17-1/2-F- 18146/2024 nömrəli məktubu ilə sığorta stajının qanunla nəzərdə tutulan (25) ildən az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və ona məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. Mərkəzi filial imtinanın əsası olaraq göstərmişdir ki, onun ümumi sığorta stajı (xx.xx.1972-ci il tarixindən xx.xx.1974-cü il tarixinədək və xx.xx.1978-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğum müddət də nəzərə alınmaqla) 23 il təşkil edir. Eləcə də həmin məktubda qeyd edilmişdir ki, onun xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabımın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Pensiya sənədləri yoxlanılarkən onun Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən Daş Karxanasında əmək haqqı arayışları arxivdə aşkarlanmadığı və işlədiyi həmin müəssisə də hazırda fəaliyyət göstərmədikləri üçün əmək haqqı tabelləri tapılmamışdır. Ona görə də Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi filialı da yaşa görə pensiyanın təyin olunması üçün yalnız məhkəməyə müraciət edəcəyim halda mümkün ola biləcəyini ona bildirmişlər. Bu səbəbdən də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hansı ki, Daş Karxanasında işlədiyi həmin vaxt Daş Karxanasının müdiri vəzifəsini yerinə yetirən və hazırda da Lənkəran rayonu Yuxarı Nüvədi kəndində yaşayan X9 və eləcə də onunla birlikdə Daş Karxanasında qaynaqçı işləmiş, Lənkəran rayonu Bala-Şürük kənd sakini X7 və həmin təşkilatda onunla birlikdə işləmiş digər vətəndaşlar da təsdiq edə bilərlər, eləcə də adları qeyd etdiyi şəxslərdən ikisinin Əmək kitabçalarının surətini də əlavə edərək qeyd edir ki, göstərdiyi illər üzrə onların əmək kitabçalarında da Daş Karxanasında işlədikləri qeyd edilmişdir. Həmin vaxt onun Əmək Kitabçası olmadığından Daş Karxanasında işlədiyi illər qeyd edilməmişdir. Sonradan həmin Daş Karxanası, hansı ki, inzibati idarəsi Bakı şəhərində yerləşirdi yandığından və arxiv sənədləri məhv edildiyindən qeyd etdiyi illər ərzində orada işləməyimi təsdiq edən sənədləri tapa bilməmişdir. X5 Filialından da ona verilmiş 11 noyabr 2022-ci il tarixli a/823 nömrəli arxiv arayışından görünür ki, Lənkəran rayon Daş Karxanasının sənədləri X5 filialına təhvil verilmədiyindən 1977-1980-cı illər ərzində həmin təşkilatda işləməyim barədə məlumat verilməsi mümkün olmamışdır. O, ilk olaraq Şirvan İnzibati Məhkəməsinə müraciət edərək 1977-cii ilin iyul ayından 1980-cı ilin dekabr ayına kimi X4 fəhlə işlədiyi və Əmək Kitabçasında yazılmayan illərin iş stajına hesablanması və həmin stajla ona yaşa görə pensiyanın təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etsə də, məhkəmə onun sözügedən idarədə işləməyi faktının müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etməyi tövsiyyə etdi və o da bu səbəbdən ərizə verərək sənədləri inzibati məhkəmədən geri götürərək hazırkı iddia ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X17 Şəxsinin Məhkəmə mübahisələri iş üzrə mərkəzi filialının aparıcı mütəxəssisi Nümayəndə ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X9 bildirdi ki, ərizəçini həmyerlisi və keçmiş iş yoldaşı kimi tanıyır. Hazırda pensiyadadır. O, uzun müddət Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən Daş Karxanasında usta işləmişdir. Həmin müddətdə, təxminən 1977iyul ayından 1980-ci ilin dekabr ayına kimi Ərizəçi da eyni karxanada fəhlə işləmişdir. Bildiyinə görə sonradan Ərizəçi işdən çıxmışdır. Məhkəmə iclasında iştirak edən şahid X8 bildirdi ki, ərizəçini həmyerlisi və keçmiş iş yoldaşı kimi tanıyır. Hazırda pensiyadadır. O, uzun müddət Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən Daş Karxanasında qaynaqçı işləmişdir. Həmin müddətdə, təxminən 1977-iyul ayından 1980-ci ilin dekabr ayına kimi Ərizəçi da eyni karxanada fəhlə işləmişdir. Məhkəmə iclasında iştirak edən şahid X3 bildirdi ki, ərizəçini həmyerlisi və keçmiş iş yoldaşı kimi tanıyır. Hazırda pensiyadadır. O, uzun müddət Lənkəran rayonu Kosalar kəndi ərazisində yerləşən Daş Karxanasında ekskvatorçu işləmişdir. Həmin müddətdə, təxminən 1977-iyul ayından 1980-ci ilin dekabr ayına kimi Ərizəçi da eyni karxanada fəhlə işləmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxx 1955-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X5 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli a/823 saylı arxiv arayışından görünür ki, Ərizəçi Lənkəran rayon Daş Karxanasında sənədləri X5 filialına təhvil verilməmişdir.Ona görədə 1977-1980-cı illərdə həmin təşkilatda işləməyi barədə məlumat veriləsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikasının ƏƏSMN-nin tabeliyində DSMF-nin Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialının 25 yanvar 2023-cü il tarixli, 3-17-1/2-F-/8146/2024 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsində imtina olunması haqqında məktubundan görünür ki, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Dövlət Sosial Müdafiə Fondunun 7 saylı Regional Ərazi filialının 29 noyabr 2021-ci il tarixli məktubundan görünür ki, yaşa görə pensiyanın təyin olunması üçün yalnız məhkəməyə müraciət edəcəyim halda mümkün olacağı bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış əmək kitabçalarından görünür ki, X10 və X1 Daş Karxanasında işləmişlər İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-nin 307.2.5-ci maddəsinin tələblərinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 13cü bəndində göstərilmişdir ki, Nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə, tərəflərin izahatlarını, xüsusilə şahidlərin ifadəsinə, habelə məhkəmə iclasında tədqiq edilmiş sənədlərə əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Bu hal şahidlərin ifadələri ilə yanaşı şahidlərə məxsus olan əmək kitabçaları ilə tam təsdiq edilir. MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 307.2.5, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 1977-ci ilin iyul ayından 1980-cı ilin dekabr ayına kimi X4 fəhlə işləməyi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar