Məhkəmə qərarları › İş №2(049)-32/2023

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №2(049)-32/2023

20.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № 2(049)-32/2023 20.06.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rəşad Azad oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı8 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1, X2, İddiaçı3 qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və X1 Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair mülki işin baxış iclasını Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, X2, İddiaçı3 qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və X1 Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin baxış iclası zamanı İddiaçı8 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanmasını, iddia ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxmağı xahiş etməmişdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və tərəflərin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrinə əsasən məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X2, İddiaçı3 qızı, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8 və X1 Cavabdeh qarşı «ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Qərardadan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rəşad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar