Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-32/2024 14.03.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, məhkəmə iclas katibi Caniyev Tofiq Əmrəli oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Əlipaşa oğlu, Cavabdeh2, Cavabdeh4 və X8 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Salmanov X11 Yeganə Şakir qızı, Cavabdeh4 və X8 qarşı “ümumi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə verilmiş **********34-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyat haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Lənkəran rayonunun Vel kəndində yerləşən 0,2 hektar həyətyanı torpaq sahəsi üzərində 3/36 hissədə müəyyən edilmiş payların naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci ildə Lənkəran rayonunun Vel kəndində anadan olmuş və orada qeydiyyatda olmaqla yaşayır. X12 anası, Cavabdeh4 Abil oğlu isə atasıdır. Onların birgə nikahlarından 3 uşaqları - İddiaçı (iddiaçı), Cavabdeh1 və X9 doğulmuşdur. X2 xx.xx.2014-cü il tarixdə, atası Cavabdeh4 Abil oğlu isə 25 may 2016-cı il tarixdə vəfat etmişdir. Mərhum X2nın atası ilə birgə nikah dövründə əldə etdikləri əmlakların ona məxsus hissəsi “Qanun üzrə vərəsəlik hüququ haqqında" 01 aprel 2022-ci il tarixli şəhadətnamə ilə digər vərəsələr Cavabdeh1 və X3 hər birinin 1/3 hissədə payı müəyyən edilməklə verilmiş, ona çatası 1/3 hissə pay isə verilmədən açıqda saxlanılmışdır. Həmin şəhadətnamədə göstərilən miras əmlaklar aşağıdakılardır: ƏMDK DƏDRX-in Lənkəran Ərazi idarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X10 verilmiş **********34-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Lənkəran rayonunun Vel kəndində yerləşən ümumi sahəsi 0,2 ha olan torpaq sahəsinin mərhum X10 məxsus olan hissəsi və AR DTXK Lənkəran rayon şöbəsi tərəfindən xx.xx.2000-ci il tarixdə X10 verilmiş seriya nömrəsi JN - 3 KOD ********* olan dövlət aktına əsasən Lənkəran rayonunun Vel kəndində yerləşən ümumi sahəsi 0,26 ha olan torpaq sahəsinin mərhum X10 məxsus olan hissəsi. Sözügedən şəhadətnamə hər iki valideyninin vəfatından sonra, yəni 01 aprel 2022-ci il tarixdə alınmışdır. Daha sonra isə xx.xx.2022-ci il tarixdə Dövlət Reyestr Xidmətindən müvafiq çıxarışlar alınmışdır. xx.xx.2022-ci il tarixdə verilmiş **********34- 10301 reyestr nömrəli çıxarışda Lənkəran rayonunun Vel kəndində yerləşən 0,2 hektar həyətyanı torpaq sahəsi və üzərindəki ümumi sahəsi 124,6 kv.m-dən ibarət fərdi yaşayış evinə münasibətdə paylar müəyyən edilmişdir. Cavabdehlərdən Cavabdeh1 fərdi yaşayış evinə münasibətdə 5/6, torpaq sahəsinə münasibətdə 15/36, Cavabdeh2 torpaq sahəsinə münasibətdə 1/6, cavabdehlərin uşaqları X7 torpaq sahəsinə münasibətdə 1/6 və Cavabdeh4 torpaq sahəsinə münasibətdə 1/6 hissədə paylan müəyyən edilmişdir. Onun özünün payı isə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmaqla etdiyi müraciət əsasında fərdi yaşayış evi üzərində 1/6, torpaq sahəsi üzərində isə 3/36 hissədə müəyyən edilmişdir. Mərhum valideynlərinin 1-ci növbə vərəsələri o özü, Cavabdeh1 və X4r. Yəni qeyd olunan torpaq sahəsi üzərində bu vərəsələrin hər birinin payı 1/3 hissədə müəyyən olunmalıdır. Lakin vərəsələrdən X9 (bacısı) özünə məxsus 1/3 hissədə paydan Cavabdeh1 xeyrinə imtina etdiyindən Cavabdeh1 payı 2/3 hissədə, onun payı isə 1/3 hissədə müəyyən olunmalı idi. Buna baxmayaraq **********34-10301 reyestr nömrəli çıxarışla qanunsuz olaraq onun fərdi yaşayış evi üzərində olan payı yarıbayarı azaldılaraq 1/3 hissədə deyil, 1/6 hissədə müəyyən edilmiş, torpaq sahəsi üzərindəki payı isə 3/36 (1/12) hissədə müəyyən olunmaqla ona çatası pay 4 dəfə azaldılmışdır. Göründüyü kimi, torpaq sahələri və fərdi yaşayış evi üzərində müəyyən edilməli olan ona məxsus paylar azaldılaraq Cavabdeh1 və 1-ci növbə vərəsə olmayan ailə üzvlərinin adlarına rəsmiləşdirilmişdir. Daha sonra məhkəməyə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, mərhum atası Cavabdeh4 oğlu notariat kontorunda miras əmlakların ona məxsus hissəsini vəsiyyətnamə ilə Cavabdeh1 vəsiyyət etmişdir, lakin mərhum X2 özünə çatası payı heç kimə vəsiyyət etməmiş və həmin paya münasibətdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Nə notariat kontorunda, nə da reyestr xidmətində hazırki mülki iş üzrə mübahisə predmeti olan əmlakların vərəsələri adına rəsmiləşdirilməsindən xəbəri olmamış və qeyd etdiyi qurumlar tərəfindən ona müvafiq bildiriş göndərilməmişdir. Yəni vərəsə kimi iştirakı təmin edilmədən sənədləşdirilmə işləri həvata keçirilmişdir. Hər bir halda 10 saylı Lənkəran ərazi idarəsi tərəfindən paylar müəyyən edilərkən qanunsuzluğa yol verilsə də, o, hazırda mübahisəli torpaq sahəsinin ona çatası hissə üzrə payının ayrılmasını istəyir. Çünki, cavabdehlərin paylar müəyyən edilərkən yol verdikləri qanunsuzluqlar azmış kimi, adına müvafiq çıxarışlarla rəsmiləşdirilmiş torpaq sahələrinin ona məxsus hissəsini də ondan almağa çalışır və yolunu bağlayırlar. Odur ki, mülkiyyətində olan əmlaklardan istifadə edə bilməyi üçün torpaq sahəsindən payın ayrılması zəruridir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu çıxış edərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2, Cavabdeh4, X1 Azər Əlipaşa oğlu və sonuncunun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrnin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və onun nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********34-1031 reyestr nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Lənkəran rayonu, Vel kəndində yerləşən fərdi yaşayış evinin altındakı 0.20 ha torpaq sahəsi 15/36 hissə Cavabdeh1 və 3/36 hissə İddiaçı ümumi paylı mülkiyyətindədir. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 23 dekabr 2022-ci il tarixli, 4098 №-li arayışdan görünür ki, Cavabdeh4 Abil oğlu 20 may 2016-cı il tarixdə beyin insultu səbəbindən Lənkəran rayonu, Vel kəndində ölmüşdür. Lənkəran Rayon Qeydiyyat Şöbəsinin 23 dekabr 2022-ci il tarixli, 4097 №-li arayışdan görünür ki, X12 28 mart 2014-cü il tarixdə uşaqlığın bədxassəli şişi səbəbindən Lənkəran rayonu, Vel kəndində ölmüşdür. xx.xx.2022-ci il tarixli, 25411 №-li ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-10/8889 №-li, 25 dekabr 2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Lənkəran rayonu, Vel kəndində yerləşən 0,20 ha torpaq sahəsindən İddiaçı 3/36 hissə payının naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bunun üçün **********34-10301 reyestr nömrəli çıxarışda qeyd olunan 0,20 ha torpaq sahəsinin şimal tərəfindən cənub istiqamətinə 8,7 metr məsafədən sonra sərhəd hasarı çəkilməli və torpaq sahəsinin şərq istiqamətində mövcud olan yoldan ayrılacaq sahəyə yeni yol çəkilərək giriş-çıxış qapısı qoyulmalıdır. Bölgü variantı rəyin tədqiqat hissəsində göstərilmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatın ümumi dəyəri 100 manat təşkil edir. Məhkəmə iş üzrə iddiaçı və onun nümayəndəsinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********34-1031 reyestr nömrəli Çıxarışa əsasən Lənkəran rayonu, Vel kəndində yerləşən fərdi yaşayış evinin altındakı 0.20 ha torpaq sahəsi 15/36 hissə Cavabdeh1 və 3/36 hissə İddiaçı ümumi paylı mülkiyyətindədir. İddiaçı həmin torpaq sahəsindən özünə düşən payın naturada ayrılmasını tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8889 №-li, 25 dekabr 2023-cü il tarixli rəyinə əsasən Lənkəran rayonu, Vel kəndində yerləşən 0,20 ha torpaq sahəsindən İddiaçı 3/36 hissə payının naturada ayrılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bunun üçün **********34-10301 reyestr nömrəli çıxarışda qeyd olunan 0,20 ha torpaq sahəsinin şimal tərəfindən cənub istiqamətinə 8,7 metr məsafədən sonra sərhəd hasarı çəkilməli və torpaq sahəsinin şərq istiqamətində mövcud olan yoldan ayrılacaq sahəyə yeni yol çəkilərək girişçıxış qapısı qoyulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsidir. Həmin maddənin tələbinə görə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3cü maddəsinin tələbi baxımından iddia təmin edlməli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-10/8889 №-li, 25 dekabr 2023-cü il tarixli rəyinin tədqiqat hissəsində göstərilmiş bölgü variantı əsasında Lənkəran rayonu, Vel kəndində yerləşən fərdi yaşayış evinin altındakı 0.20 ha torpaq sahəsindən 3/36 hissə ölçüdə torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilməlidir. Əks hal mülkiyyətçinin Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə qorunan mülkiyyət hüquqlarının, yəni mülkiyyətindəki əmlaka dair sərəncam vermək, ona sahiblik və istifadə etmək hüquqlarının həyata keçirilməsinə məhdudiyyət yarada bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə həmçinin onu da qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun məbləği cavabdehlər Cavabdeh1 Əlipaşa oğlu, Cavabdeh2, Cavabdeh4 və X5 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 Əlipaşa oğlu, Cavabdeh2, Cavabdeh4 və X5 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixdə verilmiş **********34-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Lənkəran rayonu, Vel kəndində yerləşən 0,2 hektar həyətyanı torpaq sahəsindən 3/36 hissə ölçüdə torpaq sahəsi naturada ayrılaraq İddiaçı verilsin. İddiaçı tərəfindən iddianın verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun məbləği cavabdehlər Cavabdeh1 Əlipaşa oğlu, Cavabdeh2, Cavabdeh4 və X5 müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehlər Cavabdeh1 Əlipaşa oğlu, Cavabdeh2, Cavabdeh4 və X5 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-32/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-32/2024
14.03.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver