Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № 2(049)-3226/2024 23.10.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul” tələbinə iddia qaldıraraq X1 onun əmək haqqımdan tutularaq, 22 aprel 2016-cı il tarixli, 2(049)-4567/2016 nömrəli məhkəmə qətnaməsinin icrası məqsədi ilə "xxxx" (Nikoil) İKB ASC-yə ödənilmiş 879,38 manat və iddia qaldırılması üçün ödədiyi 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X3 13 mart 2015-ci il tarixdə Yelo Bank (Nikoil) İKB ASC ilə 13Z1-2-0-108-15 nömrəli kredit müqaviləsi bağlayaraq, 24 ay müddətinə illik 29% olmaqla 3000 ABŞ dolları məbləğində kredit vəsaiti götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı kimi 13 mart 2015-ci il tarixdə onunla 13Z1-2-0-108- 15 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit ödənişlərinin müqavilə üzrə etmədiyindən Yello Bank (Nikoil) İKB ASC ərizə ilə məhkəməyə müraciət edərək, X3 və ondan əsas borc üzrə 2402,73 (iki min dörd yüz iki tam yüzdə yetmiş üç) ABŞ dolları, faiz borcu üzrə 400,27 (dörd yüz tam yüzdə iyirmi yeddi) ABŞ dolları, cərimə borcu üzrə 66 (altımış altı) ABŞ dolları, ümumilikdə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanmaqla 2869 (iki min səkkiz yüz altımış doqquz) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirimi) manat tutularaq, kreditor “Nikoil” X2 ödənilməsi barədə 2-(049)-4567/2016 saylı 22 aprel 2016-cı il tarixli məhkəmə əmri qəbul edilmişdir. Sözügedən məhkəmə əmri Lənkəran rayon İcra və Probasiya şöbəsinin icraatında daxil olduqdan sonra İcra məmuru “İcraata başlamaq haqqında qərar” qəbul etmişdir. Məhkəmə əmri üzrə qalıq məbləğdən 879,38 ( səkkiz yüz yetmiş doqquz manat otuz səkkiz) manatın onun əmək haqqımdan tutulmasından ötrü 03 noyabr 2022-ci il tarixdə № 230197/25-19 saylı məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 Sınaq Stansiyasına yönəltmişdir. Həmin İdarədən əmək haqqından 291,38 (iki yüz doxsan bir manat otuz səkkiz) qəpik pul tutulmuşdur. 10 aprel 2023-cü il 3-22-13-15/04-K nömrəli əmrlə işdən azad olduğundan 230197/25-19 nömrəli icra sənədinin icrası dayandırılmışdır. Yenidən həmin il "xxxx" Açıq Səhmdar Cəmiyyətini digər bölməsində Lənkəran-Lerik- Astara rayon bölməsində gözətçi vəzifəsində əmək fəaliyyətinə başlamış və əmək haqqından tutulma xx.xx.2023-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat olmuşdur və ümumilikdə onun əmək haqqından 879,38 manat vəsait tutulmuşdur. Həmin məbləğin ona qaytarılmasını cavabdehdən dəfələrlə istəsə də hər dəfə bəhanələr gətirərək ondan tutulan pulu qaytarmaqdan yayınır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun çıxış edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək bildirdi ki, əgər iddiaçı ondan məhkəmədənkənar pulu tələb etsəydi, o, iddiaçının əmək haqqından tutulan pulu ona qaytarardı. Odur ki, iddia tələbinin təmin edilməsinə etirazının olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Lənkəran Rayon Məhkəməsinin 2(049)-4567/2016 nömrəli, 22 aprel 2016-cı il tarixli məhkəmə əmrinin surətindən görünür ki, tələb təmin edilmiş, borclular X3 və İddiaçı əsas borc üzrə 2402,73 (iki min dörd yüz iki tam yüzdə yetmiş üç) ABŞ dolları, faiz borcu üzrə 400,27 (dörd yüz tam yüzdə iyirmi yeddi) ABŞ dolları, cərimə borcu üzrə 66 (altımış altı) ABŞ dolları, ümumilikdə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanmaqla 2869 (iki min səkkiz yüz altımış doqquz) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirimi) manat tutularaq, kreditor “Nikoil” X2 ödənilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X5 Sınaq Stansiyasının xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, 2022-ci ilin noyabr ayından etibarən hər ay İddiaçı əmək haqqından 15 % olmaqla 2023-cü ilin mart ayına qədər ümumilikdə 291,38 manat pul tutularaq "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. Müvafiq ödəniş tapşırıqlarından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 4567/2016 nömrəli, 22 aprel 2016-cı il tarixli icra sənədinin icrası ilə əlaqədar İddiaçı əmək haqqından xx.xx.2023-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat, xx.xx.2024-cü il tarixdə 84 manat olmaqla, ümumilikdə 588 manat pul tutulmuşdur. "xxxx" ASC tərəfindən Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 4567/2016 nömrəli, 22 aprel 2016-cı il tarixli icra sənədi üzrə borc tam olaraq banka ödənilmişdir. Göstərilənləri nəzərə alaraq Lənkəran Rayon Məhkəməsinin 2(049)- 4567/2016 nömrəli, 22 aprel 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Müvafiq ödəniş qəbzlərindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)-4567/2016 nömrəli, 22 aprel 2016-cı il tarixli məhkəmə əmrinə əsasən tələb təmin edilmiş, borclular X3 və İddiaçı əsas borc üzrə 2402,73 (iki min dörd yüz iki tam yüzdə yetmiş üç) ABŞ dolları, faiz borcu üzrə 400,27 (dörd yüz tam yüzdə iyirmi yeddi) ABŞ dolları, cərimə borcu üzrə 66 (altımış altı) ABŞ dolları, ümumilikdə Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş manat məzənnəsi ilə hesablanmaqla 2869 (iki min səkkiz yüz altımış doqquz) ABŞ dolları məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirimi) manat tutularaq, kreditor “Nikoil” X2 ödənilməsi qərara alınmışdır. Məcburi icra tədbirləri nəticəsindən İddiaçı əmək haqqından ümumilikdə 879,38 manat tutularaq "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən Lənkəran Rayon İcra və Probasiya Şöbəsinə müraciətə edərək, Lənkəran Rayon Məhkəməsinin 2(049)-4567/2016 nömrəli, 22 aprel 2016-cı il tarixli icra sənədi üzrə borc tam olaraq banka ödənildiyini bildirərək Lənkəran Rayon Məhkəməsinin 2(049)-4567/2016 nömrəli, 22 aprel 2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Bununla da zamin İddiaçı həmin məbləği cavabdehdən tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə baxışında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475-ci maddəsinə uyğun olaraq Cavabdeh 879,38 manat pulun və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 879,38 manat pulun və 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov
Məhkəmə qərarları › İş №2(049)-3226/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №2(049)-3226/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver